Hazırlıq iclasında təqsirləndirilən şəxslər anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilənlərin müdafiəçiləri işdə kobud qanun pozuntusu olduğu üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını, maddi sübutlara baxış keçirilməsini və bəzi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və prosesin audio və videoyazısının aparılması ilə bağlı vəsatətlər veriblər.
Təqsirləndirilən Yunis Səfərov dövlət tərəfindən təyin edilən vəkildən imtina etdiyini bildirib. O, hüquqlarını vəkil Elçin Sadıqovun müdafiə etməsini istəyib.
Hazırlıq iclası yanvarın 8-də səhər saat 9-da davam edəcək.
* * *12:02
Sabunçu rayon Məhkəməsində Gəncə hadisələrinin əsas iştirakçılarından biri olan Yunis Səfərov və 2018-ci ilin iyul ayında Gəncədə hədəfli və planlı terror aktı törətməkdə ittiham olunan 12 nəfər barəsində cinayət işi üzrə hazırlıq iclası keçirilir.
Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun rəhbərlik etdiyi kollegiya baxır.
Cinayət işində Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş kimi tanınıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?