Ötən həftə Gürcüstanın ermənilərin yığcam yaşadıqları Axaltsixe bölgəsində yaşayan Mərdəliyevlər ailəsinə hücum olub.
Bir qrup şəxs gecə saatlarında məhsəti türkləri olan Azərbaycan vətəndaşlarına məxsus avtomobilə ziyan vurublar, milli zəmində təhqiramiz ifadələr işlədiblər.
Azərbaycanın Gürcüstandakı səfirliyi məsələni diqqətə götürüb. Bu gün səfirliyin birinci katibləri Seymur İsmayıl, İmran Mustafayev və Ramel Lətifov Axaltsixedə olublar və həmin ailəyə baş çəkiblər. Görüşdə ailəni narahat edən məsələlər müzakirə olunub. Azərbaycan vətəndaşları göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Azərbaycanlı ailəyə hücum faktı ilə bağlı cinayət işi açılıb. İnsidentlə bağlı artıq bir nəfərin saxlanıldığı bildirilir.
Xatırladaq ki, iyulun 18-də Axaltsixe şəhərində Samtsxe Cavaxeti Dövlət Universitetinin azərbaycanlı və erməni tələbələri arasında şifahi mübahisə baş verib. Hadisədən sonra 18 Azərbaycan vətəndaşı Tbilisiyə təxliyə olunub.
Hər iki insidentə səbəb Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində baş vermiş toqquşmalar olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?