GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » XANKƏNDİ BAKIYA TABE OLMAĞA BAŞLAYIR? - Separatçı rejim "seçki" keçirməkdən imtina etdi

XANKƏNDİ BAKIYA TABE OLMAĞA BAŞLAYIR? - Separatçı rejim "seçki" keçirməkdən imtina etdi

Tarix: 19-02-2021, 14:35 Bölmə :Bölgə Baxış: 320
XANKƏNDİ BAKIYA TABE OLMAĞA BAŞLAYIR? - Separatçı rejim "seçki" keçirməkdən imtina etdi


Xankəndidəki terrorçu xuntanın rəhbərliyinin yaydığı bəyanatlara görə, "hərbi vəziyyətin qüvvədə olmasını nəzərə alaraq yerli özünüidarə strukturlarına, yəni bələdiyyələrə seçkilərin iki il müddətinə təxirə salınmasına" qərar verilib. Bununla bağlı fərmanı Xankəndidəki xuntanın "lideri"Araik Arutyunyan imzalayıb.

Qarabağda hazırda Rusiyanın sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə mövcud olan yerli özünüidarə strukturlarının səlahiyyətləri yeni seçkilərdən sonra heyəti müəyyənləşəcək bələdiyyə qurumlarının ilk iclasına qədər uzadılır. İcma rəhbəri və ya ağsaqqallar şurasının üzvünün səlahiyyətlərinin vaxtından əvvəl başa çatması, ya da çatdırılması halında onun yerinə səlahiyyətləri müvəqqəti icra edən şəxs təyin ediləcək.
Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyinin bu qərarı Ermənistanda və xarici ölkələrdəki erməni diaspor təşkilatlarında şok effekti yaradıb.
Daha doğrusu, erməni diasporunun funksionerləri və struktur rəhbərlərinin reaksiyalarını bir ifadə ilə səciyyələndirmək olar: "İnana bilmirik, Xankəndi Bakıya tabe olmağa başlayır".
Bu sözlər ABŞ-dakı erməni icmasının tanımış üzvlərindən biri Artaşes Poqosyana məxsusdur.
"Araik Arutyunyanın davranışından, onsuz da, şübhələnirdik. Onun İkinci Qarabağ Müharibəsindəki bəyanatları, açıqlamaları və ən başlıcası, göstərişləri həddən ziyadə qarışıqdı. İndisə yerli özünüidarə orqanlarına "seçkilər" iki il müddətinə təxirə salındı. Buna inanan bilmirəm. Sanki qarabağlı ermənilərin taleyi Bakıya tapşırılır. Deyəsən, Ermənistan rəhbərliyi ilə Bakı arasında yeni, ictimaiyyətə açıqlanmayan razılaşma var. Araik Arutyanyan da bu razılaşmaya əsasən davranır. Əks təqdirdə belə inanılmaz, yaramaz, qorxaq qərar verilməzdi", - A.Poqosyan deyib.

Ermənistanın Konstitusiya Məhkəməsi Aparatının sabiq rəhbəri Edqar Kazaryansa hesab edir ki, 2-ci Qarabağ Müharibəsi məhz Rusiyanın təkidlə prosesə müdaxilə etməsindən sonra başa çatıb.
"Rusiya Azərbaycanla gərgin danışıqlar aparıb müharibənin dayanmasına nail olmasaydı və noyabrın 9-dan 10-a keçən gecə üçtərəfli bəyanat imzalanmasaydı, noyabrın 10-da Araik Arutyunyanı vertolyotla Bakıya aparacaqdılar. Bakıda isə onu telekameralar qarşısında oturdub qarabağlı ermənilərə müraciətə vadar edəcəkdilər. Müharibədə Azərbaycanın məqsədi Qarabağ üzərində total və tam nəzarəti əldə etməkdi. Belə olan təqdirdə Qarabağda rusiyalı sülhməramlılar olmayacaqdılar. Amma onlar olmalıydılar: Rusiyanın çoxdankı istəyi belə idi. İndi Qarabağ bizim deyil. Qarabağ artıq ermənilərin deyil. Rusiyalılar, sadəcə, öz geosiyasi məqsədlərini təmin etmək üçün kiçik hissəni indi nəzarətlərində saxlayırlar", - E.Kazaryan söyləyib.
Erməni mediası və ekspertlər onu da vurğulayırlar ki, Qarabağın hazırda ermənilərin yaşadığı dağlıq hissəsində seçkilərin iki il müddətinə təxirə salınması ilə bağlı qərar Xankəndidə Araik Arutyunyanın Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşündən sonra verilib.
Həmin görüşdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sədri Armen Abazyan və Rusiyanın Qarabağdakı sülhməramlı kontigentinin komandanı, general-leytenant Rüstəm Muradov da iştirak edirdi.

Görüşün təfərrüatları, müzakirə edilən məsələlər barədə geniş açıqlama verilməyib, sadəcə, belə bəyanat yayılıb: "Görüş zamanı itkin düşənlərin axtarışı, əsirlərin qaytarılması və humanitar xarakterli digər məsələlər müzakirə olunub. Söhbət 1990-cı illərdəki hərbi əməliyyatlardan sonra taleyi naməlum olan insanlardan gedir".
Xatırladaq ki, bu bəyanat yayılandan az sonra sosial şəbəkələrin Azərbaycan seqmentində qeyzli və qəzəbli açıqlamalar, statuslar sıralandı ki, bəs Azərbaycanın rəsmi şəxsləri niyə rəsmi Bakının hərbi cinayətkar elan etdiyi və axtarışa verdiyi Araik Arutyunyanla görüşüblər.
A.Arutyunyanın siyasi perspektivlərinə gəldikdə isə, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi dəyişəcək. Hərbi cinayətlərdə əli olmayan neytral adamların xuntanın rəhbərliyində təmsil olunacaqları şübhə doğurmur, çünki qarabağlı ermənilər "status" ilğımının artıq puç olduğunu anlayırlar.//Milli.Az//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı

    Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, ...

    13-12-2018, 11:30

  • 
  • Separatçı-terrorçu erməni xuntası torpağımızda “daxili işlər nazirliyi” də yaratdı... - NƏ BAŞ VERİR?

    Separatçı-terrorçu erməni xuntası torpağımızda ...

    22-01-2021, 10:39

  • 
  • Cəmil Həsənli vədlərini açıqladı

    Cəmil Həsənli vədlərini açıqladı ...

    26-09-2013, 14:27

  • 
  • Ermənilər Qarabağda müharibə hazırlığına başlayıb - GƏLİŞMƏ

    Ermənilər Qarabağda müharibə hazırlığına başlayıb ...

    1-07-2019, 14:03

  • 
  • Azərbaycan şəhərində Azərbaycan və Türkiyə bayraqları erməni musiqisi altında yandırıldı... - FOTO

    Azərbaycan şəhərində Azərbaycan və Türkiyə ...

    24-04-2019, 10:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu