GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Xankəndi 5 il sonra - nəzarət kimdə olacaq?

Xankəndi 5 il sonra - nəzarət kimdə olacaq?

Tarix: 12-07-2021, 17:05 Bölmə :Bölgə Baxış: 204


Azərbaycanda hökumət Xankəndi/Stepanakert haqqında danışmır, rəsmilər Qarabağın hazırda Rusiya sülhməramlılarının nəzarətində olan bu şəhəri haqqında suallara cavab vermir, ancaq keçən həftə Prezident İlham Əliyev Xankəndinin yeni yaradılan iqtisadi zonalardan birinə - Qarabağ iqtisadi rayonuna aid edilməsinə dair fərman imzalayıb.

Xankəndidə ötən ilin yanvar ayına olan məlumata görə, 60 minə yaxın əhali yaşayıb. 2-ci Qarabağ Müharibəsindən sonra orada erməni əhalinin sayının dəqiqliyi məlum olmasa da, on minlərlə insanın geri qayıtması barədə məlumatlar verilir.

Serj Sarkisyan: ‘’Mən deməmişəm ki, biz heç vaxt bu torpaqları qaytarmayacağıq’’
"Bilmirdik hara və niyə gedirik", erməni döyüşçünün Qarabağ müharibəsi xatirələri
Ötən ilki 44 günlük müharibədən sonra imzalanan atəşkəs bəyannaməsinə əsasən, Xankəndi bu gün Azərbaycanın nəzarətində deyil - bura Rusiya sülhməramlılarının ''məsuliyyət zonası'' hesab olunur.

Rusiya sülhməramlıları 2025-ci ildən sonra, bəyannaməni imzalayan tərəflərdən hər hansı birinin - Azərbaycan, Ermənistan, Rusiya - tələbiylə Qarabağdan çıxarsa, o zaman nəzarət kimdə olacaq?

Azərbaycanın gələcək məqsədi
Azərbaycan hazırda öz nəzarəti altında olmayan ərazilərin "iqtisadi inkişafına nail ola bilmir, lakin bu o demək deyil ki, bunu gələcək məqsəd kimi görmür,"- millət vəkili Rasim Musabəyov Xankəndinin iqtisadi zonalara aid olunmasını şərh edərkən deyir.

"Bütün Azərbaycan ərazisinə nəzarəti Azərbaycan özü həyata keçirməlidir və bizim 5 ildən sonra burada Rusiya sülhməramlılarını görmək barədə heç bir istəyimiz yoxdur," - deyə cənab Musabəyov BBC Azərbaycancaya müsahibəsində bildirib.

Azərbaycanın açıqlamalarını diqqətlə oxuyanın gözündən qaçmaz ki, Qarabağdakı Rusiya qüvvələrinə dair rəsmi məlumatlarda sülhməramlılar haqqında israrla Azərbaycan "ərazisində müvəqqəti yerləşdirilmiş" sözləri istifadə olunur.

Belə görünür ki, Azərbaycan hökuməti Rusiya sülhməramlılarının 5 il sonra Qarabağdan çıxacağına böyük ümidlər bəsləyir. Və sülhməramlıların Qarabağda hazırkı fəaliyyəti onu qane etmir - ötən həftə Müdafiə Nazirliyi növbəti dəfə atəşkəsin pozulduğu və bir əsgərinin yaralanması barədə məlumat yayıb.

"Erməni xalqı yorulub, artıq keçmişə qayıtmaq istəmir deyə yenidən Paşinyanı seçdi", - Şahin Cəfərli
Bu gün Xocalıda kimlər yaşayır?
Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Giraqosyan xatırladır ki, Rusiya sülhməramlıları getdikləri heç bir yerdən indiyə kimi çıxmayıblar.

"Rusiyanın regionda gücü və təsirini artırmağın əsası olaraq, çətin ki, Rusiya sülhməramlıları üçün qoyulmuş 5 illik məhdudiyyətə əməl olunsun,"- o deyir.

Siyasi təhlilçi Fuad Şahbazov Twitter mikrobluqunda yazıb ki, Ağdamda Azərbaycan və Ermənistan arasında son insident Rusiyanın sülh missiyasının səmərəsiz olduğunu göstərir və onu sarsıdır. "Bu baxımdan, Rusiyanın tənqidi Bakıda daha ucadan səslənir və Yerevanla mümkün sülh razılaşması daha yaxşı alternativ kimi görünür".

Azərbaycan birbaşa Ermənistan hökuməti və Qarabağın erməni əhalisiylə mümkün qədər tez bir zamanda sülhə və barışığa nail olmaq üçün addımlar atmağı planlaşdırırmı?

"Bilmirdik hara və niyə gedirik", erməni döyüşçünün Qarabağ müharibəsi xatirələri
Zəngəzurdakı Qaragöl kimə məxsusdur, xəritələr nə göstərir? 5 suala cavab
Millət vəkili Aydın Mirzəzadənin fikrincə, bu addımlar artıq atılır və bu barədə ictimaiyyətin də məlumatı var.

"Azərbaycan dəfələrlə Ermənistanla mehriban qonşuluq şəraitində yaşamağa hazır olduğunu, dünənin səhifəsini qapadaraq bu gün yeni səhifədə qonşu ölkə ilə hərtərəfli əlaqə qurmaq istədiyini bildirib. Bu gün müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında yaşayan əhali isə Azərbaycan vətəndaşlarıdır və onların da problemlərinin həlli Azərbaycan dövlətinin diqqətindədir,"- deyə cənab Mirzəzadə əlavə edib.

Richard Giraqosyan hesab edir ki, sülh razılaşması əsasən, Azərbaycan hökumətindən asılıdır. O, bunun üçün müharibədən sonra saxlanılmış erməni hərbçilərin buraxılmasının mühüm olduğunu düşünür. "Bu mənada, belə bir sülh razılaşmasının vaxt cədvəli Azərbaycan hökumətinə bağlıdır və Bakının yenidən sülh prosesində nə zaman iştirak etməyə hazır olacağından - bu dəfə 2020-ci il müharibəsinin qalibi kimi - asılı olacaq,"- o, BBC Azərbaycancaya deyib.

Xankəndinin gələcəyi
Həm Azərbaycanda, həm də Ermənistanda barışığın mühüm olduğunu vurğulayan bəyanatlar səslənir.

Prezident İlham Əliyev çıxışlarında deyib ki, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası "labüd prosesdir" və vurğulayıb ki, həmin ərazilərdə insanların normal həyat fəaliyyətinə Azərbaycansız nail olmaq "qeyri-mümkündür".

Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan da Azərbaycanla əməkdaşlığa hazır olmağın vacibliyi barədə danışıb.

Ancaq bunu Qarabağda yaşayan erməni əhali istəyəcəkmi? Bunu təmin etmək kimin üzərinə düşür?

Paşinyan hökuməti bunu edə biləcək təsirə malik kimi görünmür. Ötən ay seçkilərdə qələbəsindən sonra Qarabağ separatçılarının lideri, Azərbaycan Baş Prokurorluğunun 2-ci Qarabağ Müharibəsindən sonra barəsində axtarış elan etdiyi Arayik Harutyunyan Paşinyanın yanında göründüyü üçün Xankəndidə onun əleyhinə etiraz mitinqləri keçirildi.

Rusiya mediasındakı xəbərlərdən belə nəticəyə gəlmək olar ki, Qarabağda ermənilər hazırda daha çox Rusiyaya etibar etdiklərini və hətta Rusiya pasportu almaq istədiklərini söyləyirlər.

Rasim Musabəyov hesab edir ki, Azərbaycan Qarabağdakı əhaliyə maliyyə imkanları ilə təsir göstərməyi də düşünə bilər. "Bunu əvvəlcədən demək çətindir,"- deyə o əlavə edib.

Bu, Ermənistan və Azərbaycan arasında müsbət diplomatik danışıqların bir sahəsidir, Riçard Giraqosyan belə hesab edir. "… [Azərbaycan, Ermənistan, Rusiya] işçi qrupu Yerevan və Bakı arasında etimad yaradılması yolunda ümidverici işarələr göstərir. Bu yolla, iqtisadi stimullar və ticarət imkanları yeni və daha öncə görülməyən əhəmiyyət daşımağa başlayıb - bu, Qarabağ münaqişəsində bu günədək baş verməmişdi".

Bu mənada Aydın Mirzəzadə də ümidlidir: "Hesab edirəm ki, zaman-zaman biz artıq münasibətlərin yeni müstəviyə çıxdığının şahidi olacağıq. …Azərbaycan Ermənistanın yeni hökumətindən onunla konstruktiv əlaqə qurmasını gözləyir".

Xankəndinin Azərbaycanın iqtisadi zonalarına aid edilməsinə gəlincə isə, cənab Giraqosyanın fikirncə, regional ticarət və nəqliyyatın bərpası həm Ermənistan, həm Azərbaycan, həm də Rusiya üçün önəmlidir: "Ermənistan üçün təcriddən qurtulmaq, Azərbaycan üçün isə geri aldığı rayonları Qarabağ sərhədlərindən kənarda inkişaf etdirmək, eləcə də, regional inteqrasiya prosesini yönləndirmək və idarə etmək gücünə sahib olan Rusiya üçün…"

Aydın Mirzəzadə deyir ki, Azərbaycan artıq Dağlıq Qarabağ probleminin mövcud olmadığını və yeni reallığın yarandığını dəfələrlə vurğulayıb. "Bu istiqamətdə Rusiya ilə çox sıx işlənilir və Rusiya, Azərbaycan, Ermənistan birgə komissiyasında fəaliyyət göstərilir".

Türkiyə Prezidenti Erdoğan işğaldan azad olunmuş Şuşa şəhərinə Azərbaycan Prezidenti ilə gedərkən aralarında belə bir söhbət oldu: cənab Erdoğan "Xankəndi istiqamətinə işarə edərək otel oradamı" deyə cənab Əliyevdən soruşdu. O isə gülərək, "yox, orda yox, amma orda da olacaq,"- deyə cavab verdi.

Xankəndidə belə bir otel üçün isə hər iki tərəfin bir-birinə etimadı lazımdır.

Gündəm xəbər.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xankəndinin yeni görüntüsü - FOTO

    Xankəndinin yeni görüntüsü - FOTO ...

    29-09-2020, 14:53

  • 
  • Xankəndi hava limanına kim nəzarət edəcək? - AÇIQLAMA

    Xankəndi hava limanına kim nəzarət edəcək? - ...

    26-11-2020, 14:20

  • 
  • Ermənilərə cangüdənlik edən sülhməramlılar... - Azərbaycanlıları Xankəndiyə niyə aparmır?

    Ermənilərə cangüdənlik edən sülhməramlılar... - ...

    30-03-2021, 14:22

  • 
  • XANKƏNDİ BAKIYA TABE OLMAĞA BAŞLAYIR? - Separatçı rejim "seçki" keçirməkdən imtina etdi

    XANKƏNDİ BAKIYA TABE OLMAĞA BAŞLAYIR? - Separatçı ...

    19-02-2021, 14:35

  • 
  • Qarabağda anti-terror əməliyyatı gözləniləndir

    Qarabağda anti-terror əməliyyatı gözləniləndir ...

    20-04-2021, 12:54


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (328)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu