Gundemxeber.az » Ölkə » Bölgə » Qarabağda ermənilərdən daha bir təxribat - TƏFƏRRÜAT
Xəbər verildiyi kimi, 26 fevralda Azərbaycan Ordusu Xocalı Soyqırımının anım günü Pirlər kəndi istiqamətində uca səslə azan vermişdilər. Gundemxeber.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, həmin vaxt hərbi maşının səsgücləndiricisindən istifadə etmişdilər.
Qeyri-rəsmi məlumatlara görə, Xocalı şəhəri istiqamətində yayılan bu səs erməniləri ciddi şəkildə narahat edib. Üstəlik, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda yaşayan ermənilər iddia edirlər ki, Azərbaycan tərəfi guya, həmin səsgücləndirici vasitələrlə onlardan ərazini tərk etmələrini tələb ediblər. Hərçənd bu deyilənlər yalandan başqa bir şey deyil və ermənilərin hiyləsi hesab olunmalıdır.
Dünən isə ermənilər növbəti təxribata əl atıblar. JAMAZ.İNFO xəbər verir ki, separatçıların nümyəndəsi Hunan Tadosyan deyib ki, dünən Xocalı rayuonunun Pirlər (Xramort) kəndində Daşnaksütun Partiyasının üzvləri rəqs festivalı təşkil ediblər. “Onlar festival zamanı musiqini o qədər ucaltdılar ki, Azərbaycan tərəfində də eşidilsin. Bu bizim onlara cavabımız idi”.
7-06-2021, 11:41
26-02-2019, 10:27
20-02-2016, 01:05
26-02-2016, 16:05
15-10-2021, 14:46
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?