GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Vasif Talıbov hardadır? - HƏQİQƏTƏN DƏ...

Vasif Talıbov hardadır? - HƏQİQƏTƏN DƏ...

Tarix: 2-05-2023, 12:05 Bölmə :Bölgə Baxış: 219

Vasif Talıbov hardadır?

"Adam nə vaxta qədər ana pensiyası ilə dolanar? Beş ilə yaxındır ki, Türkiyədə işləyirəm. Qohumlardan orada işləyənlər vardı, dedilər ki, gəl, sənin də əlin çörəyə çatsın. İndi az da olsa, evə pul göndərə bilirəm, şükür allaha. Öz rayonumda çörəyim çıxsa, niyə vətəni qoyub gedim ki?". AzadlıqRadiosuna danışan Naxçıvan sakini Rasim Əhmədov uzun müddət işsiz qaldıqdan sonra çarəni Türkiyəyə üz tutmaqda görüb. İndi qohumları ilə kirayə tutduğu evdə gündəlik xərclərindən sonra yerdə qalan qazancını ailəsinə göndərdiyini deyir.

Naxçıvanı 27 ilə yaxın bir müddətdə insan haqlarına basqılar, özəl biznesə məhdudiyyətlərlə idarə edən Vasif Talıbov dekabrın 21-də Ali Məclis sədrliyindən istefa verib. Artıq dörd aydan çoxdur ki, muxtar respublikanın idarəçiliyi Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə tapşırılıb.
GUNDEMXEBER.AZ bildirir ki, AzadlıqRadiosunun Talıbovun istefasından sonra Naxçıvandan hazırladığı reportajlarda sakinlər ötən dövrdə üzləşdikləri məhrumiyyətlərdən, iqtisadi çətinliklərdən, iş adamları təzyiqlər ucbatından bizneslərindən necə imtina etmələrindən danışırdılar.
Başda naxçıvanlılar olmaqla, çoxları Talıbovun gedişinin muxtar respublikada müsbət dəyişikliklərə səbəb olacağını gözləyirdi, yeni iş yerlərinin açılacağına ümidlər böyük idi.
Siyasi azadlıqlar baxımından isə tənqidçilər vəziyyətin ölkənin qalan hissəsindən fərqlənməyəcəyini deyirdilər. Azərbaycan bir sıra beynəlxalq hesabatlarda insan haqlarına görə tənqid olunur. Hakimiyyət təmsilçiləri isə tənqidləri rədd edirlər.

"Allah haqqı, bu illərdə neçə iş yeri dəyişmişəm. Anam xəstədir, iki azyaşlı uşağım var. Ailəmi dolandırmaq üçün hər iş görərəm. Məni utandıran gedib başqa ölkədə özgələrin qapısında işləməkdir. Dedik, Talıbovdan sonra gələnlər nəsə bir iş görər, evimizə-eşiyimizə qayıdarıq. Amma oradakılardan soruşuram, dəyişən heç nə yoxdur", – Əhmədov AzadlıqRadiosuna söyləyir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy da deyir ki, Naxçıvanda çox məsələ əvvəlki kimi qalıb, işsizlik və əhalinin ağır sosial vəziyyətində heç bir dəyişiklik yoxdur: "Təəssüf ki, yaxşılığa doğru hansısa halın baş verməsi nəzərə çarpmır. Naxçıvanlılar inanırdılar ki, Talıbovdan sonra gələn siyasilər daha çox iş yerləri açacaqlar. Naxçıvan təsərrüfat bölgəsidir, hər kəs düşünürdü ki, suvarma suyunun təşkilində hansısa işlər görüləcək. Amma heç bir tədbir görülmədi. Yenə də insanlar iş yeri kimi Türkiyəyə üz tutur, gedənlər də qayıtmaq istəmir".
Amma o, Naxçıvanda tənqid olunan bəzi ənənələrin Talıbovun gedişindən sonra aradan qalxdığını da vurğulayır. Artıq muxtariyyətdə iməciliklərin keçirilmədiyini, şəxsi obyektlərin açılmasına icazə verildiyini deyir.
Bağırsoy danışır ki, bir müddətdir muxtariyyətdə çayxanalar da fəaliyyətə başlayıb. Əvvəllər buna icazə verilmir, olanlardan "xərac" istənilirdi: "İndi çayxanalar açılıb. Kimin imkanı varsa, iş görür, obyekt açır. Talıbovun sahibi olduğu "Cahan Holdinq"in nəzdində olan marketlər əlindən alınıb. Elə bir neçə həftə öncə holdinqin nəzdində olan ən böyük marketlərdən sayılan "Banu" market boşaldıldı. Yerində "Bolmart" açıldı. Vasif Talıbovdan sonra iməciliklərin şahidi olmamışam. Onun təyin etdiyi bəzi adətlər də özü ilə getdi, elə (Talıbovun doğulduğu) Aralıq kəndində də özü ilə birgə yaşayır".
Bağırsoy deyir ki, Naxçıvandakı son dəyişikliklərdən sonra insanlar problemləri ilə bağlı şikayət edə, qəbullara gedə bilirlər. Amma bu şikayətlərin nə qədərinə cavab verilir, bəlli deyil.
Naxçıvandan Milli Məclis üzvü Eldar İbrahimovdan deyilənlərə açıqlama almaq cəhdi alınmayıb.
Əslən Naxçıvandan olan deputat Fazil Mustafa deyir ki, Naxçıvanda problemlərin həlli üçün sosial ədalət bərpa olunmalıdır, əks halda, insanlar hansısa dəyişikliyə inanmayacaqlar. "Yüzlərlə insanın obyekti əlindən alınıb, onu da qaytarmaq nəzərdə tutulmur. Yenidən insanların iqtisadi fəallığını artırmağa, təşəbbüs və təkliflərə imkan yaradılmalıdır. Mənə gələn şikayətlərdən bir qismində vəziyyətin dəyişmədiyi, bəzilərində isə basqıcı psixoloji vəziyyətin yüngülləşdiyi deyilir. Gözləntiləri həyata keçməyənlər də var. Çayxanaların, yeməkxanaların açılması hələ həyatın canlanması deyil ki. İstehsal müəssisələrini gücləndirmək lazımdır, təbii resursların çıxarılması və emalı, yeni müəssisələrin açılması lazımdır ", – deputat bildirir.
Fazil Mustafa muxtar respublikada idarəetmə sistemində əsaslı dəyişiklik aparılmasını vacib sayır. Naxçıvanda məmur sayının respublikanın digər bölgələrinə nisbətən çox olduğunu deyən deputat təklif edir ki, onların saxlanmasına büdcədən ayrılan pulları əhalinin iqtisadi vəziyyətini yaxşılaşdırmağa yönəltmək olar.
Türkiyədə çalışan Rasim Əhmədovsa son vaxtlar türk lirəsi dəyər itirdiyindən ailəsini dolandırmaq üçün daha çox işləməli olduğunu söyləyir. Deyir, Naxçıvana ailəsini görməyə az-az gedir. "Mən də istəyərəm ki, axşamlar işdən sonra öz evimə gedim. Geri qayıtsam, gərək yenə evdə oturam. İndiki dövrdə hamının başı özünə qarışıb, kim gətirib mənə bir tikə çörək verəcək?" – Əhmədov sual edir. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Vasif Talıbov da parlamenti buraxdı

    Vasif Talıbov da parlamenti buraxdı ...

    9-12-2019, 17:17

  • 
  • Vasif Talıbov həbs oluna bilərmi? - GƏLİŞMƏ

    Vasif Talıbov həbs oluna bilərmi? - GƏLİŞMƏ ...

    27-04-2023, 20:46

  • 
  • Vasif Talıbov Sərdar Cəlaloğlunun qardaşı oğlunun yas mərasimində olub

    Vasif Talıbov Sərdar Cəlaloğlunun qardaşı oğlunun ...

    8-04-2016, 00:11

  • 
  • Vasif Talıbov YAP-ın İdarə Heyətindən kənarlaşdırılır - GƏLİŞMƏ

    Vasif Talıbov YAP-ın İdarə Heyətindən ...

    11-01-2023, 20:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu