Gundemxeber.az » Ölkə » Bölgə » Beş şagird Abşeron kanalına düşdü: Ceyranbatanda daha bir faciə - VİDEO
Bir vaxtlar Finlandiyanı silkələyən Bodom gölü faciəsi, deyəsən, Abşeronda təkrarlanır.
Fərq yalnız ondadır ki, Bodomda hansısa cinayətkar gölün sahilinə gələn dörd yeniyetmədən üçünü qətlə yetirmiş, birini isə yaralamışdı.
Abşeronda isə Samur-Abşeron kanalı ona yaxınlaşan uşaqları “udur”. Bu səbəbdən yerli sakinlər onu “ölüm kanalı” adlandırırlar. Ətrafı açıq, mühafizə olunmayan bu kanal, demək olar ki, hər gün can alır...
Bakupost.az-a şikayət edən sakinlər bildiriblər ki, ötən gün burada daha bir faciə yaşanıb.
Onların sözlərinə görə, Ceyranbatan 1 saylı tam orta məktəbinin beş şagirdi Samur-Abşeron kanalına düşüb. Hadisə nəticəsində onlardan biri - 8-ci sinif şagirdi Babakişi dünyasını dəyişib.
Hadisənin necə baş verdiyinə gəlincə, sakinlər deyirlər ki, uşaqlar kanalın bir üzündən o biri üzünə uzanan ipdən tutaraq üzmək istəyiblər. Lakin ağırlıq səbəbindən ip qırılıb və onlar kanala düşüblər. Yaxınlıqdan keçənlər şagirdlərdən dördünü kanaldan çıxarsalar da, Babakişinin həyatını xilas etmək mümkün olmayıb”.
Bəs əylənmək, çimmək istəyən uşaqların kabusuna çevrilən “ölüm kanalı” niyə mühafizə olunmur?
Məsələ ilə bağlı açıqlama verən Samur-Abşeron Kanal İstismar İdarəsinin müdiri Zakir Rüstəmov kanalın Abşeron Suvarma Sistemləri İdarəsinin tabeliyində olduğunu qeyd edib.
Abşeron Suvarma Sistemləri İdarəsindən isə kanalın Samur-Abşeron kanalı olduğu üçün onların tabeliyində olmadığı bildirilib.
Maraqlıdır, tez-tez faciələrə səbəb olan, eyni zamanda bəzi hissələri zibilliyə çevrilən kanalın mühafizəsinə kim cavabdehdir?!
Onu da qeyd edək ki, dünən yaşanan olay burada baş verən ilk hadisə deyil. Həmin kanalda əvvəllər də dəfələrlə boğulma halları baş verib.
Məsuliyyəti bir-birinin üzərinə atan bu qurumlar üçün görəsən, tədbir görmək, təhlükəsizliyi təmin etmək çoxmu çətindir?
Hadisənin baş verdiyi yerdən görüntüləri təqdim edirik:
Gundemxeber.az
27-01-2015, 23:07
18-10-2015, 14:00
20-09-2013, 17:38
27-10-2015, 22:30
2-07-2017, 19:40
Sorğu
Yeni dizaynımız necədir?