Gundemxeber.az » Ölkə » Bölgə » 10 yaşında övladı qonşuları tərəfindən döyülən Şəmkir sakinindən PREZİDENTƏ MÜRACİƏT - "35-36 gündür ki, polis bizə heç bir məlumat vermir" / FOTO
GUNDEMXEBER.AZ bildirir ki, Şəmkir şəhəri, Fərman Salmanov küçəsi 22 a-da yaşayan İsgəndərova Aynurə İsbəndiyar qızı tərəfondən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Cənab Prezident!
Mən bir ana kimi Sizdən dəstək kömək gözləyirəm. 10 yaşında olan övladımı ölümünə döyərək təhqir ediblər. Polis isə işə baxmır. 35-36 gündür ki, polis bizə heç bir məlumat vermir.
Bildirim ki, yaşadığımız ünvanda - Şəmkir şəhəri, Fərman Salmanov küçəsi 22-də kirayədə yaşayan Həsənova Kəmalə Xanlar qızının nəvəsi ilə mənim 10 yaşlı övladım İsgəndərov Fərid Səid oğlunun arasında mübahisə olub. Həmin mübahisədən sonra Həsənova Kəmalə Xanlar qızı və Kəmalənin qızı Aytac birlikdə mənim azyaşlı övladımı yaşadığımız ünvanın yaxınlığında, ictimai yerdə amansızcasına döyüblər. Döyülmə zamanı uşağın ağzından və burnundan qan gəlib.
Uşağı döyərkən, ürəkləri soyumayıb, boğmağa da çalışıblar. Bir sözlə, onu öldürmək istəyiblər.
Hadisə vaxtı mənim haqqımda da təhqiramiz ifadələr işlədiblər.
Uşaq döyülmə vaxtı ciddi zədələr alıb. Bunu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bliyev Elçin də öz rəyi ilə təsdiq edib. Belə ki, "boyun nahiyyəsinin sətti travması" yazıb.
Eyni zamanda, ekspert də döyülməni təsdiqləyib ki, uşaq travma alıb.
Həmin gündən uşaq məktəbə belə, getməkdən çəkinir. Uşağı hətta evdə tək qoyub, heç yerə gedə bilmirik. Özünə nəsə etməsindən qorxuruq.
Bir daha qeyd edim ki, mənim azyaşlı övladımı Kəmalə və Aytac amansızcasına döyüblər. Məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsək də, heç bir nəticəsi olmayıb. Bu cinayətkarlar haqqında heç bir tədbir görülmür. Çox maraqlı və təsiredici bir məqam var ki, polis cinayətkarlara qarşı çox diqqətli və mehriban yanaşır.
Cənab Prezident!
Mən, sizdən bir ana kimi xahiş edirəm ki, məsələ ilə bağlı tapşırıq verəsiniz. Mənim uşağımın həyatı təhlükədədir. Yuxarıda adlarını çəkdiyim 2 insanın ciddi psixi problemləri var. Psixi problemi olmasaydı, övladı yaşında bir uşağı necə ölümcül döymək olardı?!
Mən bir daha qeyd edirəm ki, Şəmkir şəhərində özbaşınalıq baş alıb gedir, polis işə baxmır. Körpə uşağın amansızlıqla döyülməsinə göz yumurlar. Niyə? Hansı səbəbə?
Polis haqlı olanın yanında olmalıdır. Çünki biz vətəndaşlar köməyi səlahiyyətli qurumlardan gözləyirik".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
10-04-2019, 19:40
6-09-2018, 16:52
13-09-2019, 14:52
11-07-2018, 15:26
6-06-2016, 12:36
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?