Gundemxeber.az » Ölkə » Bölgə » Keçmiş ərindən aliment tələb edən Ağdaş sakini məhkəmə qərarının icra olunmamasından ŞİKAYƏTÇİDİR
Gundemxeber.az bildirir ki, Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Mahmudova İnci Əlican qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuzluqlar edir. Belə ki, barəsində çıxarılan məhkəmə qətnamələri qərəzli olaraq icra edilmir, süründürməçliyə məruz qoyulur:
“Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(014)-47/2022 saylı qətnaməsi ilə Məhərrəmov Sübhan Fərzalı oğlu ilə birgə nigahımız pozulmuş, himayəmdə olan iki azyaşlı uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılamsı üçün hər ay 160 manat aliment alınaraq, mənə verilməsi qət edilmişdir.
Həmçinin, Ağdaş rayon məhkəməsinin 13.06.2022-ci il tarixli e-2(014)-831/2022 saylı qətnaməsi ilə cavabdeh Məhərrəmov Sübhan Fərzalı oğlundan 38.130 (otuz səkkiz min bir yüz otuz) manat məbləğində pul alınaraq mənə verilməsi qət edilmişdir.
Borclu Sübhan Mahmudov məhkəmə qətnamələrini qərəzli olaraq icra etmək istəmir. Baxmayaraq ki, məhkəmə qətnamələrini tam icra etməyə onun geniş maddi imkanı var.
Buna baxmayaraq Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov öz şəxsi maraqlarını dövlət qanunlarından üstün tutaraq, borclu Sübhan Mahmudovun barəsində cinayət işinin başlanılmasına açıq-aşkar maneələr yaradır. Çünki onlar anlaşmaya gedib, gözdən pərdə asmaq üçün Sübhan Mahmudovun barəsində iki dəfə inzibati qərar çıxarılmışdır. Ancaq borclu bunlardan nəticə çıxarmayaraq, məhkəmə qətnamələrini icra etməkdən yenə də qərəzli olaraq boyun qaçırır.
Buna görə qanunda nəzərdə tutulmuş qaydada barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanılmalıdır. Ancaq buna Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov maneə yaradır.
Hətta biz məhkəmə qətnamələrinin icrası üçün tədbir görülməsini Şaiq Məmmədovdan xahiş etdikdə, bizi (məni və atamı) söyüb təhqir etdi.
Görünür, Şaiq Məmmədov cəzasızlıqdan azğınlaşaraq hegomonluq və özbaşınalıqlar edir. Hətta vətəndaşın hüquqlarını müdafiə etdiyi üçün göndərdiyi şikayətlərə görə qəzəblənən Şaiq Məmmədov vəkilin ofisinə hücum edib nalayiq söyüşlər işlədir.
Ümidverici hal odur ki, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov bu sahədə ciddi islahatlar aparır. İnanıram ki, cənab Fərid Əhmədov bu faktları obyektiv araşdırıb, etik davranış qaydalarını ciddi şəkildə pozan, azğınlaşmış icra məmuru Şaiq Məmmədovun barəsində ciddi tədbirlər görəcək. Nazirin bu addımını tək mən yox, bütün Ağdaş sakinləri gözləyirlər”.
Gundemxeber.az
30-03-2016, 17:35
20-02-2021, 11:43
12-05-2015, 21:02
9-01-2020, 13:58
20-08-2019, 15:09
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?