Ötən gün saat 16 radələrində Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə ölüb.
1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.
Ş.Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.
Qeyd edək ki, o, uzun müddətdir həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Bildirilir ki, Ş.Mehdiyev Xırdalanda diş həkimi işləyirmiş. O, həm də həvəskar paraşütçü kimi yamac paraşütü (paraplan) ilə məşğul olurmuş.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?