GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Azərbaycanı rüsvay edən nazirlik: COP29-a rəhbərlik edən Muxtar Babayev adımızı çirkli ölkələr "zirvəsi"nə qaldırıb...

Azərbaycanı rüsvay edən nazirlik: COP29-a rəhbərlik edən Muxtar Babayev adımızı çirkli ölkələr "zirvəsi"nə qaldırıb...

Tarix: 23-01-2025, 15:10 Bölmə :Bölgə Baxış: 148

Azərbaycanı rüsvay edən nazirlik: COP29-a rəhbərlik edən Muxtar Babayev adımızı çirkli ölkələr "zirvəsi"nə qaldırıb...

Azərbaycanda çirkli pulların yuyulması, məmurlar tərəfindən çirkli işlərin görülməsi haqda qulaq çox eşidib, amma ölkənin çirkli ölkələr arasında "yüksək" yer tutduğunu eşitmək bir ayrı faciədir. Axı cəmi iki ay əvvəl bu ölkə COP29 konfransına ev sahibliyi etmişdi, yaşıl enerjidən danışır, təmiz şəhərlər haqda danışırdıq. Özü də COP29 tədbirinin prezidenti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev idi. Taleyin ironiyasına bax ki, Azərbaycanın çirkli ölkələr siyahısına düşməsinə səbəb olan nazir o zaman bu prosesə rəhbərlik edirdi. Heç deyən də olmadı ki, Muxtar Babayev ekologiyanın, təmiz havanın qayğısına nə vaxt qaldı ki, COP29 ona tapşırıldı? İndisə bu tədbirdən iki ay keçir və
"Numbeo” qlobal məlumat bazası ən çirkli ölkələrin reytinqini dərc edir." Çirklənmə indeksi – 2025” (“Pollution Index 2025”) adlı hesabatda Azərbaycan ekoloji baxımdan çirklənmiş ölkələr sırasında yer alıb. Azərbaycan çirklənmə səviyyəsinə görə 113 ölkə arasında 82-ci sırada qərarlaşıb, çirklənmə indeksi isə 72,7-dir. Maşallah, neqativ nə varsa, siyahıların başında getməyə hazırıq. Bu da əlbət ki, məmurların ölkəni necə idarə etməsinin nəticəsidir.
Anaxeber.info bildirir ki, bu hesabatda ön sırada olmaq məhz ETSN rəhbərliyinin fəaliyyətinin "bəhrəsidir". Çünki ekoloji təmizlikdən nəinki söhbət gedə bilməz, getdikcə bu barədə vəziyyət pisləşir. Nazirlik isə real tədbirlər görmədiyi üçün ilbəil Azərbaycan çirkli ölkələr arasında yer alır. Məsələn, yaşıllıqların məhvi, havasızlığı yaradan tikinti bumu, meşə zolaqlarının azalması, iaşə obyektlərinə ağacların qurban verilməsi, küçə və prospektlərdə təmizliyə riayətin Avropa səviyyəsində olmaması əsas amillərdir.
Reytinq hazırlanarkən, müxtəlif ölkələrin şəhərlərində hava və suyun, həmçinin işıq, səs-küyün çirklənməsi, tullantıların utilizasiyasının keyfiyyəti, yaşıllıq səviyyəsi, hətta həyatın rahatlığı da nəzərə alınır. İndeks “Numbeo”nun keçirdiyi sorğuların nəticələri əsasında tərtib edilir. Məlumatların düzgünlüyünü təmin etmək məqsədilə potensial spamlar filtrləmə ilə müəyyən olunaraq kənarlaşdırılır.
Reytinq siyahısında Belarus 33-cü, Özbəkistan 42-ci, Rusiya 53-cü, Moldova 58-ci, Ukrayna 59-cu, Ermənistan 60-cı, Türkiyə 67-ci, Gürcüstan 72-ci yerdə qərarlaşıb. Region ölkələrindən yalnız Qazaxıstan (86) və İran (91) Azərbaycandan sonra gəlir. Göründüyü kimi, M.Babayevin rəhbərliyi altında ETSN Azərbaycanı dünyaya rüsvay edib. Məlum olur ki, COP29 keçirən ölkə çirkliliyə görə "zirvə"lərdədir və ən dəhşətlisi budur ki, bu regionda çoxlarından geri qalırıq. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan Afrika dövlətlərinə yaxınlaşmaqdadır. Görünür, onların bizdəki kimi nazirliyi yoxdur. Hesabatda deyildiyi kimi, əsasən təmizlik, yaşıllıq nəzərə alınıb. Bizdə isə ETSN təkcə Bakını götürsək, paytaxtı keçəlxanaya döndərib. Elə bil şəhərdə daş dövrüdür. Avropa bir yana, Gürcüstan, Özbəkistan, Belarus başdan-başa yaşıllıqlara oksigen balonuna oxşayır. İnsanlar təmiz hava udur. Bizdə isə Şamaxıdan Bakıya qayıdanda səmaya baxırsan, Muxtar Babayevin "əli işi"ni görürsən. Dünyada analoqsuz hadisədir ki, COP29 olan ölkə çirkli ölkələr siyahısında yer alır. Ümumiyyətlə, Bakının çirkli olmasına səbəb məmurların çirkin və rüşvət əməlləridir. Bəlkə də nazirlik onlarla bacarmır. Şəhərin yaşıllıqlarına "divan tutub", sonra ekoloji təmizlikdən danışırlar. Hələ biz şəhərdə zibil qutularının az olmasını demirik. Küçələrin süpürülməsi də bir ayrı faciədir. Bu işi yaşlı qadınlara etdirirlər. Sanki elektron süpürgələr yoxdur. ETSN bizi bu "qara siyahı"dan çıxarmaq üçün indi nəsə etməlidir. Dünyanı bura yığıb danışmaqla deyil...
Azər Talıbov
Anaxeber.info

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rza Zərrab çirkli pulları necə yuyub?

    Rza Zərrab çirkli pulları necə yuyub? ...

    20-12-2013, 14:27

  • 
  • Muxtar Babayev özü ilə gətirdiyi kadrı vəzifəsindən azad etdi

    Muxtar Babayev özü ilə gətirdiyi kadrı ...

    7-09-2018, 14:11

  • 
  • Çirkli hava 4,2 milyon insanı öldürdü

    Çirkli hava 4,2 milyon insanı öldürdü ...

    17-02-2017, 00:36

  • 
  • Novxanı, Buzovna, Şüvəlan, Şıx, Nabran.... - Nazirlik çirkli çimərlikləri açıqladı

    Novxanı, Buzovna, Şüvəlan, Şıx, Nabran.... - ...

    2-08-2019, 14:27

  • 
  • ABŞ-da ən çirkli seçki kampaniyası yaşandı

    ABŞ-da ən çirkli seçki kampaniyası yaşandı ...

    14-11-2016, 18:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu