GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!

Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!

Tarix: Bu gün, 21:39 Bölmə :Bölgə Baxış: 19

 Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!

Dövlət qurumlarının məqsədi yaranan problemləri vaxtında görmək, qiymətləndirmək və onların həlli üçün sistemli şəkildə tədbirlər görməkdir. Bu, yalnız kağız üzərində yazılmış vəzifə deyil, hüquqi dövlətin və şəffaf idarəetmənin əsas sütunlarından biridir. Amma son vaxtlar Azərbaycanda bu fundamental prinsiplərin ciddi şəkildə pozulduğu, dövlət qurumlarının ictimaiyyət qarşısında cavabdehlik daşımaqdan imtina etdiyinin şahidi oluruq.

Vətəndaş müraciətləri cavabsız qalır...

Əvvəllər media və vətəndaşların qaldırdığı məsələlərə dövlət orqanlarından müəyyən reaksiya gəlir, həll edilməsəydi belə ən azı münasibət bildirilirdi. İndi isə vəziyyət tamamilə fərqlidir. Dövlət qurumları nəinki müraciətlərə cavab verir, ümumiyyətlə, onları nəzərə almaqdan belə imtina edir. Bu səssizlik o qədər dərinləşib ki, insanlar artıq həmin qurumlara rəhbərlik edən şəxslərin kimliyindən belə xəbərsizdir.

Məsələn, Səhiyyə Nazirliyi - mövcuddurmu? Əlbəttə. Amma nə ilə məşğuldur? Cəmiyyət bu sualın cavabını bilmir. Çünki fəaliyyət yoxdur, münasibət yoxdur, cavab yoxdur. Hətta insanlar Səhiyyə nazirinin adını belə unudub.

Lakin mövzumuz səhiyyə deyil. Səhiyyə Nazirliyini sadəcə bir misal kimi çəkirik. Əsas məsələ ölkə iqtisadiyyatına, dövlət büdcəsinin formalaşmasına və xalqın rifahına birbaşa təsir edən strateji dövlət qurumlarının zəif fəaliyyətidir.


Strateji dövlət qurumlarının zəif fəaliyyəti...

İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi - bunlar ölkənin iqtisadi istiqamətini müəyyən edən, büdcənin formalaşmasında həlledici rola malik olan qurumlardır. Lakin bu qurumların fəaliyyəti də uzun müddətdir ki, tam susqunluq içindədir. Onlara ünvanlanan suallar, faktlara əsaslanan ictimai müraciətlər demək olar ki, cavabsız qalır.

Bu günlərdə bir neçə şirkətin səlahiyyətli nümayəndəki, iqtisadçı Ayaz Qocamanovun baş verənlərlə bağlı Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya ünvanladığı videomüraciət və bundan irəli gələrək cavablandırmalı olan qurumların susqunluğu daha bir bariz nümunə hesab olunmalıdır.

İqtisadçı Ayaz Qocamanov müraciətində Gömrük sistemində uzun illərdir fəaliyyət göstərən qanunsuz şirkətlər barədə konkret faktlar səsləndirib, onların fəaliyyətini çılpaqlığı ilə ortaya qoyub.

İqtisadçı videomüraciətində deyir ki, bu "şirkətlər" dövlət büdcəsinə milyonlarla manat ziyan vurur, qanuni sahibkarlığın inkişafına əngəl törədir, balanslı rəqabət mühitini pozur. Qanuni fəaliyyət göstərən, vergi ödəyən sahibkarlar ziyan çəkir, şirkətlərini bağlamağa, işçiləri ixtisar etməyə məcbur qalırlar.
Amma nə Dövlət Gömrük Komitəsi, nə İqtisadiyyat Nazirliyi, nə də birbaşa məsul şəxs olan İdxal-İxrac idarəsinin rəisi Azər Məmmədov bu müraciətə münasibət bildirmir, əməli tədbirlər görmək istəmir. Sükut bir daha sübut edir ki, ya bu faktlar doğru və "sərfəlidir", ya da cavabdeh qurumlar ya bacarıqsızdır, ya da məsuliyyətsiz.

Kimin qazandığı, kimin itirdiyi bəllidir...

Qanunsuz fəaliyyətdə olan gömrük "şirkətlər"inin arxasında duran məmurların milyonlarla vəsait qazandığı, bunun müqabilində isə dövlət büdcəsinin və qanuni sahibkarların uduzduğu bir dövr yaşanır. Əgər dövlət qurumları bu hallara qarşı mübarizə aparmırsa, deməli mövcud vəziyyət onları narahat etmir, yaxud birbaşa maraqlıdırlar.

İqtisadçı Ayaz Qocamanovun faktlara əsaslanan video-müraciətinə hələ də rəsmi cavab verilməməsi, bu sistemin şəffaflıqdan, ictimai məsuliyyətdən və hüquqi prinsiplərdən nə qədər uzaqlaşdığını bir daha ortaya qoyur. Əgər ölkə iqtisadiyyatı həqiqətən güclənməli, qeyri-neft sektoru inkişaf etməli, real rəqabət formalaşmalıdırsa, ilk növbədə bu kimi qanunsuz şirkətlər ləğv olunmalı, dövlət qurumları isə vətəndaş müraciətlərinə biganə yanaşmamalıdır.

Ayaz Qocamanovun müraciətində qaldırılan məsələ sıradan bir sahibkar problemi deyil, bu, ümumi iqtisadi sistemin sağlamlığını təhdid edən, ictimai narazılığı artıran bir tendensiyadır.

Bu videomüraciəti bir daha aidiyyəti qurumların diqqətinə çatdırırıq. Ümid edirik ki, bu dəfə susqunluqla yox, konkret tədbirlərlə cavab veriləcək. Əgər bu baş verməzsə, sual açıq qalır: Dövlət qurumları kimə xidmət edir - xalqa, yoxsa öz maraq dairələrinə.../"DİA-AZ"/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət qurumlarının bəhanələrinə son qoyulacaq

    Dövlət qurumlarının bəhanələrinə son qoyulacaq ...

    5-09-2013, 19:17

  • 
  • Vətəndaş qəbulunun təşkilində nöqsanlara yol verən dövlət qurumlarının adları açıqlanıb - SİYAHI

    Vətəndaş qəbulunun təşkilində nöqsanlara yol ...

    8-02-2019, 16:43

  • 
  • Bu gün Azərbaycanda dövlətin mediaya dəstəyindən sui-istifadə edən xeyli sayda media qurumları var... - TƏFƏRRÜAT

    Bu gün Azərbaycanda dövlətin mediaya dəstəyindən ...

    8-06-2023, 17:41

  • 
  • Hafiz Həsənov: Vətəndaşların müraciətlərinə baxılmasında çox ciddi problemlər var

    Hafiz Həsənov: Vətəndaşların müraciətlərinə ...

    7-08-2019, 16:11

  • 
  • Dövlət hakimiyyəti orqanlarından müraciətlərə “texniki” qadağa

    Dövlət hakimiyyəti orqanlarından müraciətlərə ...

    14-05-2020, 14:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (279)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu