GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bu gün Azərbaycanda dövlətin mediaya dəstəyindən sui-istifadə edən xeyli sayda media qurumları var... - TƏFƏRRÜAT

Bu gün Azərbaycanda dövlətin mediaya dəstəyindən sui-istifadə edən xeyli sayda media qurumları var... - TƏFƏRRÜAT

Tarix: 8-06-2023, 17:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 437

Dövlətin mediaya dəstəyinin həmişə tərəfdarı olmuşam. Bu, həm keyfiyyətli xəbər istehsalı, həm də yerli medianın xarici təşkilatlardan asılı olmaması üçün olduqca mühüm addımdır. “Reklam bazarı yaradın, saytları sərbəst buraxın” kimi klassik yanaşmaların əleyhinəyəm. 

Bu, o halda real olardı ki, ölkədə oturuşmuş media və azad sahibkarlıq formalaşsın, ədalət prinsiplərinə ciddi riayət olunsun. Mediaya dövlət dəstəyinin verilməsinin əleyhinə olan şəxslərin Avropa ölkələrindən nümunə çəkməsi də olduqca absurddur. Danimarka hökuməti 4 illik proqram çərçivəsində medianın inkişafına 120 milyon AVRO pul ayırıb. Norveç höhuməti koronavirus pandemiyası zamanı ölkə mediasına 18 milyon, Norveç hökuməti isə 27 milyon AVRO vəsait ayırmışdı. Avropanın müxtəlif ölkələrində dövlətin mediaya dəstəyi bu gün də davam etməkdədir. İndi belə çıxır ki, bu ölkələr medianı satın alıb? Xeyr! Bu ölkələrdə dövlətin maddi dəstəyi sözün həqiqi mənasında medianın inkişafını şərtləndirən əsas amil kimi ortaya çıxıb. 

Deməli, yanaşma dəyişməlidir. Dövlətin pul ayırması, media qurumlarının da bu vəsaiti qamarlaması heç nəyi dəyişmir. Məsələnin hüquqi və mənəvi tərəfləri var. Avropa ölkələrində dövlət dəstəyi ona görə medianın inkişafını şərtləndirir ki, orada bu istiqamətdə gedən proseslər təkcə hüquqi əhəmiyyət kəsb etmir. Ortada bir mənəvi öhdəlik və məsuliyyət var. Sözümü nəyə gətirirəm? 

 Bu gün Azərbaycanda dövlətin mediaya dəstəyindən sui-istifadə edən xeyli sayda media qurumları var, onlar müəyyənləşdirilmiş inzibati qaydalara keyfiyyətsiz şəkildə riayət etməklə, öz işlərini bitmiş hesab edirlər. Hüquq - kəmiyyət, mənəviyyat - keyfiyyət məsələsini önə çəkir. Bizdə ikincidən əsər-əlamət yoxdur. Birincidən də “pul qopartmaq” mexanizmi kimi istifadə edirlər. Kəmiyyət - taktiki, məhəlli addımdır, keyfiyyət isə strateji əsaslar formalaşdırır. 

Dövlətdən dəstək alan saytların bir çoxu müxtəlif dövlət qurumlarını “mədəni” şəkildə şantaj etməklə, onları aylıq və illik müqavilələr bağlamağa məcbur edir. 

Media Reyestrindən keçən bir sıra saytlar bunu əllərində bayraq edərək, “reket”liyi, şantajı, təhdidi legitimləşdiriblər. Media Reyestrindən keçən saytların “mədəni təhdid”ləri qarşısında müxtəlif dövlət qurumları və şirkətlər aciz qalır, onlarla hesablaşmağa məcbur olurlar. 

Medianın İnkişafı Agentliyi saytların maliyyələşməsi ilə bağlı yeni müsabiqə elan edib. Təklif edirəm ki, maliyyə yardımı göstərəckləri saytların fəaliyyətini ciddi şəkildə araşdırsınlar. 

Əvvəllər də yazmışam, bir daha deyirəm. Bəlkə də bu, heç kəsi maraqlandırmır. Amma Azərbaycanı qarşıda daha həlledici mərhələlər gözləyir. Bizə ciddi ideoloji yükə malik və strateji fəaliyyət istiqamətləri qura bilən media qurumları lazım olacaq. Problemləri gizlətmək yox, üstünə gedərək həll etmək lazımdır.


Samir Feyruzov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Medianı darda qoymadıq, qoymayacayıq”

    “Medianı darda qoymadıq, qoymayacayıq” ...

    17-03-2016, 20:25

  • 
  • Transferə ən çox pul xərcləyən ölkələr hansılardır? - SİYAHI

    Transferə ən çox pul xərcləyən ölkələr ...

    2-09-2014, 16:24

  • 
  • Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad medianın susdurulması cəhdidir

    Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad ...

    19-08-2017, 14:52

  • 
  • Azad media çox geniş ictimai nəzarət platformasıdır

    Azad media çox geniş ictimai nəzarət ...

    28-03-2018, 15:33

  • 
  • Tramp hədələdi:"CNN kimi media qurumları var ki, onlarla uzun savaşım olacaq"

    Tramp hədələdi:"CNN kimi media qurumları var ...

    23-01-2017, 11:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu