“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun vəkili ötən gün Kürdəxanı təcridxanasında ona baş çəkib.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, təcridxana həkimləri F.Əmirovu müayinə ediblər. Mədə xəstəliyilə əlaqədar onda qaraciyər və öd kisəsi problemi aşkarlanıb. “F.Əmirov təcridxanada müalicə alır. Ancaq bu, fayda vermir. Çünki xüsusi pəhriz lazımdır ki, bu da təcridxanada mümkün deyil”, - vəkil bildirib. Müdafiə tərəfi həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıblar, ancaq vəsatətlər təmin edilməyib. Vəkilin sözlərinə görə, ibtidai istintaq başa çatmaq üzrədir. F.Əmirov 2016-cı ilin avqustunda həbs edilib. Ona qarşı CM-in 283.1 (dinlərarası ədavətin qızışdırılması) və 168.1 (dini ayinlərin icrası adı altında insan hüquqlarına qəsd) maddələrilə ittiham irəli sürülüb. İstintaq onu 2016-cı ilin iyulunda Türkiyədə baş tutmayan dövlət çevrilişinin təşkilatçısı Fətullah Gülənin “Hizmət” Hərəkatı ilə əlaqələrdə ittiham edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?