Həbsdə olan “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimliyə qarşı yeni məzmunda ittiham elan olunub.
Bu barədə APA-ya məlumat verən vəkili Elçin Sadıqov bildirib ki, bu gün P. Həşimli ilə görüşüb.
E. Sadıqov istintaq orqanı tərəfindən P. Həşimliyə qarşı Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi ilə yeni ittiham irəli sürüldüyünü deyib.
O, P. Həşimlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaqın yekunlaşmaq üzrə olduğunu da deyib.
P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
P. Həşimli barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?