Heydər Əliyevin cəbhə bölgəsində, səngərdə çoxsaylı erməni öldürdüyünə görə saat bağışladığı əsgər Adil Vəliyev hələ də “Qarabağ veteranı” adını ala bilmir
Bu barədə Adil Vəliyevin özü məlumat verib. A.Vəliyev bildirir ki, 1991-96-cı illərdə Qarabağın müxtəlif məntəqələrində döyüşlərdə iştirak edib:
“Erməni terrorçunun başını kəsməsilə məşhur olan İbad Hüseynovun komandirliyi altında döyüşmüşəm, kəşfiyyatda 5 il xidmət eləmişəm. Ancaq uşağım ağır xəstə olduğu üçün qısa müddətə təcili olaraq evə gəldim. O zaman xidmət edənlər bilir ki, köhnə əsgərlərə münasibət bir qədər loyal idi. Yəni hərdən bir neçə günlük evə gəlmək ciddi narahatlıq sayılmırdı. Mən bir neçə gündən sonra yenidən hərbi hissəyə qayıtdım, amma barəmdə axtarış elan edildiyini öyrəndim”.
Buna baxmayaraq, A.Vəliyev xidmətini davam etdirdiyini bildirir: “İndi o bir neçə günlük evə gəlməyimi əsas göstərib, mənə Qarabağ veteranı vəsiqəsi vermirlər. Halbuki mən nümunəvi xidmət keçmişəm, 1994-cü ildə ümummilli lider Heydər Əliyev şəxsən özü mənə səngərdə saat bağışlayıb”.
Müdafiə Nazirliyindən münasibət öyrənməyə çalışırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?