GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Məktəb həm də xəstəlik mənbəyidir" - Ekspert həyəcan təbili çalır

"Məktəb həm də xəstəlik mənbəyidir" - Ekspert həyəcan təbili çalır

Tarix: 26-04-2017, 11:12 Bölmə :Cəmiyyət Baxış: 499
"Məktəb həm də xəstəlik mənbəyidir" - Ekspert həyəcan təbili çalır


Hər bir uşaq inkişafda olan yaş dövrünü yaşayır. Onların həyat tərzi elə qurulmalıdır ki, bu inkişafa heç nə mane olmasın. Uşağın üzərinə düşən yük - istər fiziki, istərsə də zehni olsun - düşünülmüş halda normallaşdırılmalıdır. Çünki uşaq çox yükləndikdə, ilk növbədə, onun sağlamlığına ciddi ziyan dəyir.

gundemxeber.az xəbər verir ki, bu fikirləri azvision.az-a təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, nəticədə şagirdlərdə nevroz, əsəb gərginliyi, daha sonra isə miopiya (yəni görmə zəifliyi), qamət pozğunluğunun müxtəlif növləri, həzm orqanlarının xəstəlikləri, yorğunluq və s. patologiyalar meydana çıxa bilər.

"Kiiçik yaşlı məktəblilərdə ilk günlərdən tədrisə, oxumağa, yazmağa, öyrənməyə mənfi münasibət formalaşır. Təəsüflər olsun ki, bizdə orta məktəblər yalnız tədris prosesi ilə öz fəaliyyətini bitmiş hesab edir. Hansısa yolla məktəb direktoru olmuş, qanunvericiliyin tələbini kobud şəkildə pozaraq dinşunaslıq ixtisaslı məktəb rəhbəri əlbəttə ki, qanunvericiliyin tələb etdiyi sağlam təhsil-sağlam millət prinsipini reallaşdıra bilməz. Bu gün əmək bazarının tələbi təkcə savadlı kadr deyil, eyni ilə sağlam kadrlardır. Amma orta məktəblərdə aparılan araşdırma göstərdi ki, bu sahədə ciddi problemlər var".

Təhsil ekspertinin sözlərinə görə, şagirdlərin böyük əksəriyyəti ciddi fiziki problemlar yaşayır: "Fiziki inkişafdan qalanlar arasında oğlanlar xüsusilə çoxluq təşkil edir. Həmin arzuolunmaz statistika belədir: Görmə problemləri - İbtidai (I-IV) siniflərdə 29% - Orta (V-IX) siniflərdə 25% - Yuxarı (X-XI) siniflərdə 45%, Qamət problemləri - İbtidai siniflərdə 51% - Orta siniflərdə 52% - Yuxarı siniflərdə 41%, Fiziki inkişafdan qalanlar (oğlanlar arasında) - I sinifdə 19% - V sinifdə 33% - XI sinifdə 40%. Beləliklə, yuxarıdakı faiz göstəriciləri başqa bir statistikanı izah edir: məzunların cəmi 15 faizə qədəri yetkin həyata sağlam fərdlər kimi daxil olur".

Kamran Əsədov hesab edir ki, sadalanan statistik göstəricilər ölkədə fəaliyyət göstərən 4500 ümumtəhsil məktəbində təhsilalanlara tibbi xidmətin səviyyəsinin, tibb otaqlarının mövcud vəziyyətinin bərbad olmasının göstəricisidir.

"Onların fəaliyyəti yalnız büdcədən maliyyə almaqdan ibarətdir. Əslində istənilən insan qeyd olunan xəstəliklərin potensial daşıyıcısıdır. Amma bunun ortaya çıxması və inkişaf etməsi üçün şərait lazımdır. Xoşagəlməz hal odur ki, bizim məktəblər bilik qazandırdığı qədər də şagirdə xəstəlik də qazandırır. Uzun müddətli dərs saatları, yəni gün ərzində 7-8 dərsdə oturmalı olan şagird bir çox hallarda məktəbdə yemək yemir, ac qalır və nəticəsində mədəsində xora xəstəliyi yaranır. Bundan başqa bəzi müəllimlər hədsiz dərəcədə ev tapşırığı verirlər ki, bu da şagirdin gözündə olan qüsurların inkişaf etməsinə gətirib çıxarır. Şagirdin görmə ilə bağlı probleminin yaranmasına səbəb olan digər bir nüans keyfiyyətsiz dərsliklər də ola bilir. Belə ki, bəzi dərs vəsaitləri kserkopya və ya keyfiyyətsiz çap vasitələrdən istifadə olunaraq hazırlanır ki, bu da onda şagirdə ciddi problem yaradır.

Bilirsiz, hansısa fiziki çatışmazlığı olan şagirdə fərdi yanaşma tətbiq olunmalı, məktəb direktorunun nəzarəti altında həmən şagirdlər fiziki çalışmalara cəlb olunmalıdırlar. Bunu təkcə dünya təcrübəsi demir, eyni ilə Azərbaycan təhsil qanunvericiliyi də buna geniş imkanlar açır. Tavanında göz idmanı üçün nəzərdə tutulan şəkil, göz trenajoru işlənir. Divarlarına müxtəlif şəkilli lampalar yerləşdirilir. Uşaqların fiziki hərəkəti üçün müxtəlif qurğular quraşdırılır. Biri ayaq üstə dayanmağa, digəri oturub işləməyə imkan verən iki cür masa qoyulur. Hərəkət edə bilən xüsusi masalar 18 dərəcəlik bucaq altında düzülür. Bir sözlə, bütün düzən uşağın göstərəcəyi fəaliyyətə uyğun qurulur. Yəni, hərəkət edə bilən masalar sinifdə görülən işə uyğun olaraq dəyişdirilə bilir.

Dərs zamanı şagird 15 dəqiqə ayaq üstə, 15 dəqiqə isə oturaraq işləyir. Dərs prosesində divara yerləşdirilən müxtəlif şəkilli lampalar növbə ilə yanır. Şagirdlər yanan lampaya tərəf dönüb əl çalaraq bədənlərini hərəkət etdirir".

Təhsil eksperti qeyd edib ki, sağlam təhsil üçün təkcə dərs proqramının və avadanlıqların lazımi səviyyədə olması yetərli deyil. Bu işdə vacib məqamlardan biri də məktəb direktorunun, müəllimin hazırlıq səviyyəsidir.

"Bizim orta məktəblərdə təkcə şagirdlər dərsliklərin informasiya yükü ilə yüklənməyiblər, onlar həm də ağır çantalarla yükləniblər. Şagirdlərdə ortaya çıxan fiziki qüsurların əsas səbəblərindən biri budur. Dünya təcrübəsinə əsasən deyim ki, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Təəsüf ki, ölkəmizdə məktəblilərin nə qədər yük götürməsi ilə bağlı hər hansı standart yoxdur".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qohum evliliyinin müsbət tərəfləri nədir?

    Qohum evliliyinin müsbət tərəfləri nədir? ...

    19-02-2016, 12:12

  • 
  • 13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğdu

    13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğdu ...

    24-11-2014, 22:13

  • 
  • Bu il I sinfə 141 min 166 uşaq gedəcək

    Bu il I sinfə 141 min 166 uşaq gedəcək ...

    13-08-2013, 23:20

  • 
  • "Nutritek" şirkətinin məhsülları təhlükə mənbəyidir?

    "Nutritek" şirkətinin məhsülları ...

    1-08-2014, 19:25

  • 
  • 12 yaşlı uşaq intihar etdi - Ailəsi məktəb forması ala bilmədi...

    12 yaşlı uşaq intihar etdi - Ailəsi məktəb ...

    15-09-2015, 15:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu