GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Mövlan Şıxəliyevin Avropa ölkələrində çoxlu sayda obyektləri var”

“Mövlan Şıxəliyevin Avropa ölkələrində çoxlu sayda obyektləri var”

Tarix: 2-05-2017, 22:14 Bölmə :Cəmiyyət Baxış: 517
“Mövlan Şıxəliyevin Avropa ölkələrində çoxlu sayda obyektləri var”


“Hacı Məmmədovun funksiyasını məhz Mövlam Şıxəliyev və Vüsal Ələkbərov icra etməyə başlayıblar”

MTN-nin vəzifəli şəxslərindən və “Texnikabank”ın rəhbərliyindən birinci vitse-prezidentə şikayət edildi

2008-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialının sabiq rəhbəri Zal Yusifov həbs olunandan sonra 100-ə yaxın əmanətçinin pulu mənimsənililib. Onlar bununla bağlı hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət ediblər.

Bundan sonra pulları batan əmanətçilərin qara günləri başlayıb. Onlar bir-bir ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq baş idarəsinə çağırılaraq, hədə-qorxu və təzyiqlərlə üzləşiblər. MTN-nin vəzifəli şəxsləri bankda batan pullarından əlavə əmanətçiləri həbs etməklə hədələyiblər, onların yenidən külli miqdarda pullarını alıblar.

2015-ci ildə MTN ləğv olunandan sonra əmanətçilər prokurorluğa şikayət ediblər və onlar MTN-nin vəzifəli şəxsləri tərəfindən külli miqdarda vəsaitlərinin ələ keçirildiyini bildiriblər.

Bununla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər üzrə İstintaq İdarəsində araşdırma aparılıb. Araşdırmaların sonunda şikayətçilərin dedikləri təsdiqini tapıb.

Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərov

məsuliyyətə cəlb olunub. Hazırda onun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılır.

Vüsal Ələkbərovun cinayət işində adı keçən zərərçəkmişlər – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Musənnif Salahov və Akif Qurbanov hesab edirlər ki, onlara qarşı mütəşəkkil dəstə tərkibində cinayət törədilib. Onlar dəstənin digər üzvlərinin də istintaqa cəlb edilməsini istəyirlər.

Zərərşəkmişlər bununla bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş prokuror Zakir Qaralova, Prezident Admisrtasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, ədliyyə naziri, məhkəmə hüquq-şurasının sədri Fikrət Məmmədova və dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə müraciət ediblər.

Zərərçəkmişlər müraciətlərindən qeyd ediblər ki, “Texnikabank” ASC-nin keçmiş əmanətçiləri kimi ləğv edilmiş MTN-nin rəsmiləri tərəfindən həm vətəndaş, həm də əmanətçi kimi hüquqları pozulub: “Başımıza gətirilən müsiblətlər, qarşılaşdığımız haqsızlıq, məruz qaldığımız hədə-qorxularla varidatimızın ələ keçirilməsi və bizlərə qarşı yönəldilən mənəvi terror barədə ətraflı məlumat çatdırırıq. Bildirmək istəyirik ki, tərəqqi yolunda inamla irəliyən Azərbaycanımızın hazırkı real inkişafını gözü götürməyən MTN rəhbəri Eldar mahmudovun, Akif Çovdarovun və onların əlaltıları, qanunazidd əməllərinə görə həbs edilən və hazırda Bakı istintaq təcridxanasında saxlanılan Vüsal Ələkbərovun, habelə MTN-nin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin bizlərə, həmçinin onlarla sayda

namuslu insanlara qarşı yönəltdikləriqanundankənar təqibləri, zorakılıqları və hədə-qorxu ilə talançılaqları, rüşvətxorluqları yalnız dövlətimizi sarsıtmağa, bilərəkdən sosial gərginlik yaratmağa, zəhmətsiz haram yolla varlanmağa hesablanmışdır”.

Şikayətçilər bildiriblər ki, başlarına gətirilən baş qəhrəmanlarından biri də “Texnikabank” ASC-nin müşahidə şurasının sədri, ləğv edilmiş MTN rəhbəri Eldar Mahmudovun “sağ əli” hesab edilən Etibar Əliyevdir: “Əgər Etibar Əliyev xəlvəti yolla MTN rəsmiləri ilə əməkdaşlıq etməsəydi, onlarla əlbir, dilbir olmsaydı və MTN-ə gizli yolla informasiyalar ötürməsəydi, Vüsal Ələkbərov və ya Mövlam Şıxəliyev hardan bilmiş olardılar ki, biz əmanətçilər banka nə qədər vəsait yatızdırmışıq? Bizim hər birimizi bu gün bir sual çox dərindən düşünməyə vadar edir ki, görəsən qanuni yolla banka əmanət etibar etmək nə vaxtdan bəri dələduzluq sayılır və bunun MTN-ə nə adiyyatı var? Banka əmanət yatızdırmaq həqiqət cinayət hesab edilirsə, bəs onda Etibar Əliyev hansı zərurətə görə yalnız biz 8 nəfərin siyahısını MTN-ə göndərib? Bizdən savayı “Terxnikabank”da digər əmanətçiləri mövcud deyildi? Birmənalı olaraq bu sulları özümüz cavablandırırıq. Ləğv edilmiş MTN-i yalnız iri məbləğdə olan əmanətlər maraqlandırmış. Bəlli olduğu kimi dövlətin təhlükəsizliyini qorumalı olan MTN öz ana işindən savayı bütün iyrənc işlərlə, hətta adam oğurluğu ilə məşğul olub. İllər öncə Hacı Məmmədovun cinayətkar əməllərini ifşa edib, sonra onun funksiyasını məhz Mövlam Şıxəliyev və Vüsal Ələkbərov icra etməyə başlayıblar. Qeyd etməyi zəruri sayırıq ki, əsl dələduzluq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hədə-

qorxu ilə özgənin malını, pulunu ələ keçirməkdir. Günahımız nə idi ki, Vüsal Ələkbərov və Mövlam Şıxəliyev bizlərə işgəncə verməklə və hədə-qorxu tətbiq etməklə, həm son qəpiyə qədər pullarımızı aldılar, həm də bankdadı əmanətlərimizi batırdılar”.

Şikayətçilər əlavə ediblər ki, baş vermiş hadisədən dərhal sonra “Texnikabank”ın digər əmanətçiləri banka olan inamlarını itiriblər, buna görə də bankdan əmanətlərini geri almağa başlayıblar.: “Həmin dövrdə bu hərəkət digər banklarda da müşahidə edildi. Beləliklə 8 nəfərin hər birimiz keçirdiyimiz əsəb gərginliyinə və psixoloji sarsıntılara görə bir neçə ciddi xəstəlik tapdıq. Onu da əlavə etmək zərurəti yaranır ki, neçə aylardır başımıza gətirilən faciənin təfərrüatları barədə ali hakimiyyət və hüquq-mühafizə oraqnlarına göndərdiyimiz müraciətlərə heç bir reaksiya verilmir”.

Şikayətçilər müraciətlərində həmçinin Vüsal Ələkbərovun və Mövlam Şıxəliyevin hədə-qorxu və zorakılıqla onlardan aldıqları külli mqidarda rüvət varədə məlumat veriblər. Bildirilib ki, hədə-qorxu yolu ilə Nizami Kazımovdan 2 milyon, Hüseyn Səfərovdan 2 milyon, Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Namil Rzayevdən 500 min, Bahəddin Sultanovdan 370 min ABŞ dolları, Musənnif Salahovdan 600 min, Akif Qurbanovdan 2milyon manat alıblar.

“Təqdim etdiyimiz təsnifatdan göründüyü kimi ləğv edilmiş MTN-nin baş istintaq idarəsinin 2-ci şöbəsinin keçmiş rəisi, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Vüsal Ələkbərov və MTN-nin baş istintaq idarəsinin keçmiş rəisi

Mövlam Şıxəliyev kimlərinsə dəstəyi ilə hələlik istintaqdan yayınan, toxunulmazlığına xüsusi status vəd edilən Mövlam Şıxəliyev neçə illər insanlara hədə-qorxu tətbiq etməklə rüşvətxorluqla məşğul olub. Onlar Respublikada sahibkarlığın kökünü kəsməyə səy göstəriblər, bilərəkdən xalq arasında sosial narazılıq yaratmağa çalışıblar. Adıçəkilən MTN əməkdaşları bu əyri, haram yolla milyardlarla sərvət, sərmayə toplayıblar, o qədər varlanıblar ki, onlar artıq insanlara həqarətlə baxmağa başlayıblar. Etibarlı mənbələrdən sızan dəqiq, düzgün informasilaradan bəlli olub ki, Vüsal Ələkbərovun, istintaqdan yayınan Mövlan Şıxəliyevin və Etibar Əliyevin Avropanın inkişaf etmiş ölkələrində də çoxlu sayda gəlirli sahələri var”, - deyə zərərçəkmişlər qeyd ediblər.

Zərərçəkmişlər müraciətlərində belə xahiş ediblər: “Hörmətli Mehriban xanım, respublikanın vətəndaşları kimi ünvanınıza göndərdiyimiz beşinci müraciətimizə xüsusi nəzarət göstərməyinizi, bizə dəymiş maddi ziyanın adıları çəkilən Vüsal Ələkbərov və Mövlam Şıxəliyev tərəfindən ödənilməsinə, eləcə də istintaqdan yayınan Mövlam Şıxəliyevin və Etibar Əliyevin əsl təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilməsinə qəti göstəriş verməyinizi ailəmiz və doğmalarımız adından xahiş edirik”.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mövlam Şıxəliyevin hə­bs edilməsi tələb edi­ldi

    Mövlam Şıxəliyevin hə­bs edilməsi tələb edi­ldi ...

    23-02-2017, 20:33

  • 
  • NAXÇIVANLI İŞ ADAMININ ZİNDANDAKI QARA GÜNLƏRİ – General Şıxəliyevin “maskalıları”

    NAXÇIVANLI İŞ ADAMININ ZİNDANDAKI QARA GÜNLƏRİ – ...

    18-01-2017, 00:42

  • 
  • MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar açıqlanır

    MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar ...

    10-02-2017, 22:02

  • 
  • “Eldar Mahmudovun göstərişi var, 1 milyon dollar gətir”

    “Eldar Mahmudovun göstərişi var, 1 milyon dollar ...

    13-02-2017, 16:52

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu