GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar açıqlanır

MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar açıqlanır

Tarix: 10-02-2017, 22:02 Bölmə :Ölkə Baxış: 703
MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar açıqlanır

Şahidlər Vüsal Ələkbərovun iş adamlarına qarşı törətdiyi qanunsuzluqlardan danışdılar

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesin əvvəlində zərərçəkmiş şəxs qismində tanınsn iş adamı Nizami Kazımovun epizodu üzrə şahid qismində ifadə verən Şahin Hüseynov bildirib ki, Nizami Kazımovun kürəkəni Samirin dostu olub. Onun sözlərinə görə, Çanaqqala restoranında Tahir Əbdülqasımov və onun oğlu ilə birlikdə olub: “Həmin vaxt Tahir müəllim dedi ki, Nizami Kazımovun həbsdən azad edilməsi evdən pulu götürüb və MTN-ə aparmaq lazımdır. Biz birlikdə evdən pulu götürmək üçün Həzi Aslanov qəsəbəsinə getdik. Evdən pulu götürəndən sonra MTN-ə getdik. Orada telefonla danışan zaman həmin şəxs dedi ki, hamınız gəlməyin, təkcə Samir pulu gətirsin. Maşını MTN-dən 20 metr aralıda saxladıq. Samir pulu gptürərək MTN-nin qaoısına çıxan şəxsə verdi”.

Daha sonra iş adamı Hüseyn Səfərova qarşı edilən qanun pozuntuları ilə bağlı ittiham üzrə şahidlərin dindirilməsinə başlanıb. İlk olaraq şahid qismində Səhiyyə Nazirliyinin Məhkəmə tibbi Ekspertiza və Anatomiya Elmi Təcrübə Tədrisi birliyinin ekspertiza şöbəsinin rəisi Ziyafəddin Məmmədov ifadə verib. O, Hüseyn Səfərovu 2008-ci ildə MTN-nin istintaq təcridxanasında saxlanıldığı zaman müayinə etdiyini, xəstə olması ilə bağlı ekspertiza rəyi verdiyini, həmin ekspertiza rəyini təsdiqlədiyini detib. Bildirib ki, həmin rəyi verən zaman ona hər hansı təzyiq və tapşırıq olmayıb. O, həmçinin ifadəsində qeyd edib ki, rəyin verilməsindən uzun müddət keçdiyi üçün Hüseyn Səfərovu xatırlamır.

Şahidin ifadəsinə zərərçəkmiş Hüseyn Səfərov belə arayış verib: “Keçmiş MTN elə zülümət yerdi ki, oranı xatırlamaq belə mümkün deyil. Mənim müayinə dən keməyim üçün MTN müraciət edib, həkimdən keçməyimlə bağlı mənim ərizə və ya müraciət im olmayıb. Həmin vaxt həkimlər məni Vüsal Ələkbərivun xidmət i otağında müayinə ediblər”.

Daha sonra şahid qismində ifadə verən Vurğun Muradov bildirib ki, Bakı şəhəri Endokrinaloji dispanserində həkim işləyib. Onun sözlərinə görə, Hüseyn Səfərovu 8-9 il əvvəl müayinə edib: “Həmin vaxt onun şəkəri yüksək olub, boyun nahiyəsində damarında çapıq aşkar edilmişdi. Buna görə də Hüseyn Səfərovun daim müayinə olunmasına ehtiyac olması barədə rəy vermişdik”.

Digər məhkəmə eksperti Rafiq Nuriyev bildirib ki, Hüseyn Səfərovun xəstə olması, onun həbsdə saxlanılmasının mümkün olmaması barədə rəy verib. Onun sözlərinə görə, həmin rəyin

verilməsi üçün MTN-dən sənədlər daxil olub, 3 gün ərzində baxılaraq rəy verilib.

Vüsal Ələkbərov ekspertiza həkimlərinin ifadəsinə münasibət bildirib: “Məhkəmə tibbi ekspertizasının rəyində göstərildi ki, Hüseyn Səfərovun şəkərinin dərəcəsi yüksəkdir, hətta 500-dən çox idi. Belə vəziyyətdə o, MTN-nin təcridxanasında şoka düşə bilərdi, həyatı üçün təhlükə var idi. Buna görə də onun həbsdən azad edilməsinə barədə qərar qəbul etdik”.

Hüseyn Səfərov bildirib ki, həbs olunan zaman onun vəziyyəti daha ağır idi: “Həbs olunandan ilk günlər şəkərim yüksək idi. Daha sonra şəkərim aşağı olmalı idi. Çünki MTN-də mənə yağlı yemək verilmirdi, şəkərim də normasında olmalı idi. Vüsal Ələkbərov deyirdi ki, bizdə elə aparat var, şəkəri yüksək göstərir. Buna görə də mənim şəkərim yüksək göstərilib”.

Daha sonra şahid qismində ifadə verən Nizaməddin Məmmədov bildirib ki, zərərçəkmiş Hüseyn Səfərovla quda olub. Onun sözlərinə görə, 2008-ci ildə Hüseyn Səfərovun həbsdən azad edilməsi üçün pul yığılıb: “Məndə 150 min manat vermişəm. Bu günə kimi də pulumu qaytarmağa Hüseynin imkanı olmayıb. O, mənə borclu qalıb. Bu gündə ondan pulumu tələb etmirəm”.

Şahid qismində ifadə verən İlham Məmmədovun sözlərinə görə, 2008-ci ildə dostu Hüseyn Səfərovun həyat yoldaşı Natiqə xanım onlara gəlib və ərinin həbsdən azad edilməsi üçün külli miqdarda pul tələb edildiyini bildirib: “Natiqə xanım bizim də onlara maddi cəhətdən köməklik göstərməsini istəyib. Natiqə xanım gedəndən sonra fikirləşdim ki, Hüseyn ilə illərin dostu olmuşuq, onun

həbsdən azad edilməsinə köməklik etmək lazımdır. Buna görə də 100 min dollar taparaq Natiqə xanıma verdim. Hüseyn həbsdən çıxıb, sonra bankdan kredit də götürüb. O, həbsdən azad edilməsi üçün külli miqdardav borca düşüb, bu gün də borcludur. Mənim də pulumu qaytarmağa imkanı yoxdur”.

İlham Məmmədov daha sonra ifadəsində qeyd edib ki, Hüseyn Səfərov “Texnikabank”ın Bakı filialına depozit pul qoyduğu üçün MTN tərəfindən həbs edilib: “Mən də həmin illərdə banka pul qoymuşdum. Amma sonradan pulumu həmin bankdan geri götürmüşdüm”.

Vüsal Ələkbərov qeyd edib ki, şahid İlham Məmmədovun banka qoyduğu pulunu geri qaytarması ilə bağlı istintaqını apardığı “Texnikabank”ın Bakı filialının vəzifəli şəxslərinin barəsində olan 613 saylı cinayət işində öz əksini tapıb.

Daha sonra şahid qismində ifadə verən Azər Hüseynov bildirib ki, “Texnikabank”ın Bakı filialına 90 min manat depozit qoyub: “2008-ci ildə məni MTN-ə çağırdılar, orada Samir adlı müstəntiq məni dindirdi. Məndən tələb etdi ki, həmin pulu Hüseyn Səfərovun ailə üzvləri tərəfindən ödənilməsi barədə ərizə yazım. Məndə müstəntiqini dedi kimi ərizə yazdım. Sonra bir ay gözləsəm də, mənə pulumu qaytarmadılar. Qaynım vəkil idi, onun vasitəsi ilə MTN-nin rəhbərliyinə müraciət etdim. Sonra “Texnikabank” işində məni zərərçəkmiş şəxs qismində tanıdılar. Mən pulu Hüseyn Səfərova yox, Zal Yusifovun rəhbəri olduğu “Texnikabank”ın Bakı filialına qoymuşam. 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə də belə demişəm. Onlara mənim MTN-də olan söhbətimi də danışmışam. Nə Hüseyn Səfərov, nə də onun ailə üzvləri məndən heç nə tələb etməyiblər, pulumun

ödənilməsi ilə bağlı hər hansı bir vəd də etməyiblər. Belə izahat yazmağımı MTN-nin Samir adlı müstəntiqi tələb edib”.

Daha sonra prosesdə daha iki iş adamı Elşən Mədətov və Namil Rzayevin işi üzrə şahidlər ifadə veriblər. Şahidlər ifadələrində bildiriblər ki, Vüsal Ələkbərov və onun xidmət etdiyi idarənin rəisi Mövlam Şıxəliyev hədə-qorxu yolu ilə Elşən Mədətov və Namil Ezayevdən külli miqdarda pul alıblar.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN işində “Çanaqqala” restoranın sahibinin adı keçdi

    MTN işində “Çanaqqala” restoranın sahibinin adı ...

    4-02-2017, 20:31

  • 
  • Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi

    Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi ...

    13-10-2013, 14:53

  • 
  • Vüsal Ələkbərovun məhkəməsi başladı

    Vüsal Ələkbərovun məhkəməsi başladı ...

    26-01-2017, 23:40

  • 
  • 22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə çıxarıldı

    22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə ...

    31-07-2015, 00:04

  • 
  • MTN polkovnikinin həbs müddəti uzadıldı

    MTN polkovnikinin həbs müddəti uzadıldı ...

    10-02-2016, 18:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu