GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Eldar Mahmudovun göstərişi var, 1 milyon dollar gətir”

“Eldar Mahmudovun göstərişi var, 1 milyon dollar gətir”

Tarix: 13-02-2017, 16:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 615
“Eldar Mahmudovun göstərişi var, 1 milyon dollar gətir”

Namil Rzayev: “Qara rəngli çanta al, pulu ona qoy, üstünə göyərti at, MTN-ə gətir”

“Başa düşdüm ki, MTN-də dollara göy-göyərti deyirlər”

Vüsal Ələkbərov: “Mövlam Şıxəliyev zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün Eldar Mahmudovun göstərişi olduğunu bildirdi”

Sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işi üzrə 10 yaxın iş adamı zərərçəkmiş şəxs qismində tanınıb.

Zərərçəkmişlərə dəymiş ziyan 10 milyon manatdan çoxdur. Vüsal Ələkbərovun üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat hesablanıb.

Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub.

Vüsal Ələkbərov sahibkarlara qarşı törətdiyi cinayətləri tək edyil, MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam

Şıxıəliyevlə birlikdə törədib. Amma Mövlam Şıxəliyev cinayətdən kənarda qalıb. Hazırda azadlıqda gəzən general Mövlam Şıxəliyevin barəsində istintaq orqanının hansı tədbir görəcəyi məlum deyil.

“Vüsal Ələkbərov məni xidməti otağına qəbul etdi”

Vüsal Ələkbərovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iş adamı Namil Rzayev də tanınıb. Məlumat üçün bildirək ki, 2008-ci ildə “Texnikabank”ın Bakı filialında iş adamı Namil Rzayevin pulu batıb. Bundan sonra həmin bankın vəzifəli şəxsləri barəsində o vaxt Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi başlanıb. İstintaqa nəzarəti həyata keçirən MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev və həmin idarənin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərov Namil Rzayevi MTN-ə çağırıblar.

Onlar iş adamına hədə-qorxu gələrək, külli miqdarda pul verməyəcəyi halda həbs edilməsi ilə hədələyiblər. Mövlam Şıxəliyev Vüsal Ələkbərovun vasitəsi ilə Namil Rzayevdən 500 min dollar alıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Namil Rzayev bildirib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına öz adına 428.400 manat məbləğində əmanət qoyub. 2008-ci ilin oktyabr ayında istifadəsində olan mobil telefon nömrəsinə Vüsal adlı şəxs zəng edib və onu MTN-ə çağırıb: “Mən də həmin çağırışa əsasən MTN-ə getdim. Əsas giriş qapısında qeydiyyata alındım, tanımadığım bir əsgərin müşayiəti ilə xatırlamadığım mərtəbədə boş otağa aparıldım.

15-20 dəqiqədən sonra istintaq baş idarəsinin şöbə rəisi Vüsal Ələkbərov məni öz xidməti otağında qəbul etdi”.

“Məni Mövlam Şıxəliyevin yanına apardı”

Sahibkar daha sonra ifadəsində qeyd edib: “Vüsal Ələkbərov dedi ki, rəhbərliyin göstərişi var, səni həbs etməliyəm. Səbəb kimi isə “Texnikabank”a əmanət qoymağımı göstərdi. Banka əmanət qoymağımın hansı cinayət sayıldığını soruşdum. Vüsal cavabında dedi ki, mən bilmirəm, bu, rəhbərliyin göstərişidir, sən ya biz deyəni etməlisən, ya da biz səni həbs etməliyik. Vüsal daha sonra məni istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyevin yanına apardı. Mövlam bildirdi ki, siyahıda sənin də adın var, sən Zal Yusifovla əlbir olmusan, yüksək faizlər almısan. Eldar Mahmudovun göstərişi var, o deyib ki, mən Namil Rzayevi yaxşı tanıyırasm, 1.000.000 ABŞ dolları gətirsin, yoxsa onu da həbs etməliyik”.

“Nizami Kazımovun həbs edildiyini öyrəndim”

Namil Rzayev qeyd edib ki, həmin gün axşama qədər MTN-də ifadəsi alındıqdan sonra sərbəst buraxılıb: “Bir neçə gündən sonra Vüsal Ələkbərov mənə zəng vurdu və bildirdi ki, rəhbərlik razılaşıb, sənin xahişin nəzərə alınıb, 700.000 ABŞ dolları məbləğində pul gətirməlisən. Cavab olaraq o qədər pulumun olmadığını bildirdim. Həmin ərəfədə tanışlarım Hüseyn Səfərov və Nizami Kazımovun eyni ittihamla MTN tərəfindən həbs edildiyini öyrəndiyimdən, Vüsal Ələkbərov və Mövlam Şıxəliyevin hədə-qorxu ilə məndən pul tələb etmələrini nəzərə alıb pul toplamağa başladım”.

“200 min dolları Mövlam Şıxəliyevə verdim”

Namil Rzayevin sözlərinə görə, Mövlam Şıxəliyevi uzun illər tanıdığından 2008-ci ilin noyabr ayının əvvəllərində ona zəng vurub və görüşmək istədiyini deyib: “Mövlam Şıxəliyev görüşmək üçün razılaşdı. Mən də həmin günü axşam sürücüm Bədrəddin Sultanovla gedərək Mövlam Şıxəliyevin yaşadığı 28 May küçəsində onunla görüşdüm. Özümlə rəngli sellofan torbaya bükülmüş 200.000 dolları ona verdim. O, pulu götürərək imkan daxilində mənə kömək göstərəcəyini bildirdi”.

“Vüsal dedi ki, rəhbərliyin göstərişi var, 300 min dollar da gətir”

Namil Rzayev bildirib ki, bundan 10-15 gün sonra Vüsal Ələkbərov oan yenidən zəng vurub: “Vüsal Ələkbərov bildirdi ki, rəhbərliyin göstərişi var, 300.000 dollar gətirməlisən, yoxsa səni həbs edəcəyik, get Xəqani küçəsində “Tahir” marketi keçən kimi dəftərxana ləvazimatları satılan mağaza var, oradan 250 manata qara rəngli dəri çanta var, onu al, pulu onun içinə qoy, üstünə də göy-göyərti al, qoy, MTN-ə gətir. Həbs olunaqcağımdan qorxduğum üçün Səbail rayonu, Neftçilər prospektindəki evimi dəyər-dəyməzinə, yəni 320.000 manata satdım. Daha sonra həmin pulu dollara çevirdim. Vüsal Ələkbərovun dediyi çantanı alıb, 300.000 dolları həmin çantaya yığdım, üstünü də göy-göyərti ilə örtdüm. 2008-ci ilin noyabr ayının axırlarında dostum Hüseyn Mustafayev və sürücüm Bədrəddin Sultanovla birlikdə “Lexus” markalı maşınla MTN-nin inzibati binasının arxa tərəfinə getdim. Maşından tək düşərək çantanı məni gözləyən Vüsal Ələkbərova verdim”.

“MTN işçisi Mövlama 200 min dollar verdi”

Şahid qismində ifadə verən Bədrəddin Sultanov bildirib ki, iş adamı Namil Rzayevin sürücüsü olub. 2008-ci ilin noyabr ayının əvvəllərində, axşam saatlarında “Nizami” kinoteatrının yaxınlığında Namil Rzayevin ofisində olub: “Həmin vaxt Namil Rzayev əlində bir ədəd rəngli sellofan torbada pul götürdü və dedi ki, əlimdə pul var, arxamca gəl. Ofisdən çıxan Namil müəllim 28 May küçəsi, 6 ünvanında yerləşən bir binanın blokuna girdi. Orada orta yaşlı bir kişi ilə görüşdü və pulu ona verdi. Namil müəllim həmin şəxsin MTN işçisi Mövlam olduğunu, ona 200 min dollar verdiyini dedi. Mən Mövlamı əvvəllər də görmüşəm. O, Namil müəllimin ofisinə tez-tez gəlirdi”.

“250 manata qara rəngli çanta aldı”

Bədrəddin Sultanovun sözlərinə görə, noyabr ayının ortalarında MTN-dən Namil Rzayevə yenə də zəng gəlib: “Namil müəllim bu zəngdən sonra narahatlıq keçirməyə başlayıb, qanı qara gəzirdi. Sonradan bildim ki, zəng edən MTN əməkdaşı Vüsal olub. Vüsal ondan yenə də 300 min dollar istəyib. Namil müəllim həbs olunacağından qorxurdu, buna görə də “Azneft”də olan evini sataraq 300 min dolları topladı. Sonra Namil müəllim MTN-dən zəng edən Vüsal adlı şəxsin tapşırığı ilə Xəqani küçəsində “Tahir market”i keçəndən sonra dəftərxana ləvazimatları mağazadan 250 manata qara rəngli çanta aldı. Həmin çantaya 300 min dolları qoyandan sonra üstünə göy-göyərti yığdı. Birlikdə MTN-in inzibati binasının yanına həldik. Orada pulu Vüsal adlı MTN əməkdaşına verdik”.

“Çantaya 300 min dolları yığdım, üstünə göyərtini düzdüm”

Prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin şahidə göy-göyərtinin hansı bazardan aldıqları, niyə pulun üstünə yığmaları barədə suallar vermələri zərərçəkmiş Namil Rzayevin etirazına səbəb olub: “Vüsal mənə dedi ki, həmin mağazadan qara çanta al, içinə göy-göyərti qoy, bizə gətir. Mən də fikirləşdim ki, pulların üstünə göy-göyərti qoyulması pulun görünməməsi ilə bağlıdır. Buna görə də bazardan 5-6 dəstə göy-göyərti aldım. Evə gələndən sonra qara çantaya 300 min dolları yığdım, üstünə də göyərtini düzdüm. Dedim ki, pulu xərcləyərlər, göyərti ilə də günorta doğramac edib, yeyərlər. Sonra sürücümlə birlikdə MTN-in inzibati binasının yanına gəldim. Orada içində pul olan çantanı Vüsal Ələkbərova verdim. Sonradan başa düşdüm ki, MTN-də dollara göy-göyərti deyirlər. İndi burada təqsirləndirilən şəxsin vəkilləri odu söndürüb, külü ilə oynayırlar”.

İş üzrə şahid qismində ifadə verən Hüseyn Mustafayev ifadəsində 2008-ci ilin noyabr ayında MTN əməkdaşlarının Namil Rzayevdən həbs edilməməsi üçün külli miqdarda pul tələb edilməsindən, Namil Rzayevin MTN əməkdaşlarına 500 min dollar verməsindən danışıb.

Maraqlı məqam ondan ibarətdir ki, Namil Rzayevlə təqsirləndirilən Vüsal Ələkbərovun üzlüşdirməsi keçirilib. Bu zaman Vüsal Ələkbərov cinayət törətməkdə bir daha ifşa olunacağından ehtiyat edib və hüquqlarından istifadə edərək heç bir səbəb gətirmədən istintaq hərəkətlərinin keçirilməsindən imtina edib.

“1 milyon dollar tələb edilməyib”

Vüsal Ələkbərov zərərçəkmiş Namil Rzayevin epizodu üzrə özünü müdafiə xarakterli ifadə verib. O, bildirib ki, Namil Rzayev “Texnikabank” ASC-nin “Bakı” filialının rəhbər şəxslərinin cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: “Namil Rzayevin istintaqa dəvət olunarkən istintaq qrupunun hazırda xatırlamadığım üzvü onun baş idarənin rəisi Mövlam Şıxəliyevi tanıdığını, onunla görüşmək istədiyini deyib. Bununla əlaqədar onu Mövlam Şıxəliyevin yanına apardıq. Onlar mehribancasına öpüşüb-görüşdülər. Mövlam Şıxəliyevə Namil Rzayevin iş üzrə zərərçəkmiş olduğunu məruzə etdim. Bu zaman Namil Rzayev Zal Yusifovu söyərək qohum-əqrabasından yığaraq faizə qoyduğu pulu qaytarmadığını dedi və köməklik edilməsini xahiş etdi. Mövlam Şıxəliyev isə zərərçəkmişlərə dəymiş ziyanın maksimum ödənilməsi üçün nazir Eldar Mahmudovun göstərişi olduğunu bildirdi, bunun üçün çalışacağını dedi. Bundan sonra Namil Rzayevi yola saldıq. Növbəti günlərdə iştirakımla istintaq hərəkətləri aparıldı. Lakin sonda borcun qaytarılmasına nail olunmadı”.

Vüsal Ələkbərov törətdiyi cinayət əməlindən yaxa qurtamaq məqsədilə bildirib ki, Namil Rzayevdən nə özünün, nə də Mövlam Şıxəliyevin hər hansı qanunsuz tələbi olmayıb, hədə-qorxu yolu ilə 1.000.000 ABŞ dolları tələb edilməyib.

O, Namil Rzayevdən 300.000 ABŞ dolları götürməsi və pulu 250 manat dəyərində olan çantaya qoymasını tələb etməsi ittihamını da etiraf etməyib.

Vüsal Ələkbərov deyib ki, Namil Rzayevdən hər hansı məbləğdə pul almayıb: “Namil Rzayev istintaqın sonunadək dəfələrlə idarəyə gəlib-gedib, hər dəfə də ziyanın ödənilməsi üçün Zal Yusifova təsir edilməsini xahiş edib”.

Zərərçəkmiş Namil Rzayev istintaqa verdiyi ifadələrini Mövlam Şıxəliyevlə üzləşdirilmə zamanı da bir daha təsdiq edib.

“Namil Rzayev mənə pul verməyib”

Bu epizod üzrə Mövlam Şıxəliyev şahid qismində istintaqa ifadə verib. O, bildirib ki, Namil Rzayevi 1993-cü ildə Qaradağ rayon Polis İdarəsinin rəis müavini Eldar Rzayevin qohumu kimi onun yanına gəlib-gedərkən görüb: “Bundan başqa, 1997-ci ildən yaşadığım Bakı şəhəriNizami küçəsi, 93 ünvanında yerləşən evimin həyətində Namilin ofisi olub, onunla hərdənbir həyətdə görüşmümük. Onunla aramızda ədavət və ya düşmənçilik olmayıb. Namil Rzayev mənə hər hansı məbləğdə pul verməyib. Yalnız bankda batan pulunun qaytarılmasında ona köməklik göstərməyimi xahiş edib. Namilə bunu yalnız məhkəmə qaydasında edə biləcəyimi izah etdim. Onunla pul almağım barədə hər hansı danışığım olmayıb”.

İstintaq sənədlərinə görə, Vüsal Ələkbərovun Namil Rzayevdən hədə-qorxu yolu ilə pul tələb etməsi, həmçinin alması tam sübuta yetirilib. Bu tərəflərin arasında aparılan telefon danışıqları, MTN-ə dəfələrlə dəvət edilməsi, gün ərzində orada saxlanılması ilə də sübut olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüsal Ələkbərovun məhkəməsi başladı

    Vüsal Ələkbərovun məhkəməsi başladı ...

    26-01-2017, 23:40

  • 
  • MTN işində “Çanaqqala” restoranın sahibinin adı keçdi

    MTN işində “Çanaqqala” restoranın sahibinin adı ...

    4-02-2017, 20:31

  • 
  • MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar açıqlanır

    MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar ...

    10-02-2017, 22:02

  • 
  • 'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: `O, burada şifrəli danışır...`

    'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: O, ...

    10-02-2017, 11:49

  • 
  • MTN polkovnikinin həbs müddəti uzadıldı

    MTN polkovnikinin həbs müddəti uzadıldı ...

    10-02-2016, 18:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu