Bu günlərdə “Gündəm Xəbər” in əməkdaşı Hamlet Quliyev təzyiqlərlə üz-üzə qalıb. Hətta, bu azmış kimi onu polis idarəsinə çağrılması və jurnalist fəaliyyətini dayandırması barədə ona verilən tapşırıq da, bir daha onu söyləməyə əsas verir ki, hələ də danışanın fəaliyyəti məhdudlaşdırılır. Maraqlı və düşündürücü haldır ki, hal-hazırda məmurların iç üzünü ifşa edən, xalqa xəyanət mövqeyini açıqlayan yazarlara qarşı məmurlar tərəfindən sanki “səlib yürüşü”nə də başlanılıb. Bu pərdə arxasında üzdə olan yazarlara “tənqidi məqalələr yazma!” deyə tapşırıqlar da verilir. 02 iyun 2016-cı il tarixdə, saat təqribən 14:20 radələrində “Gündəm Xəbər” qəzetinin repartyoru Hamlet Quliyev yaşadıqları mənzilin qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanıldıqdan sonra, Nəsimi rayon Polis İdarəsinə aparılır. Başlıca səbəb də, son günlər onun qəzetdəki fəaliyyətini əsas gətirirlər. Bu barədə “Gündəm Xəbər”-ə Hamlet Quliyevin özü məlumat verib. O, bildirib ki, “məni yaşadığımız mənzilin qarşısında iki nəfər mülki geyimli şəxs saxladı və zorla maşına mindirdikdən sonra, polis idarəsinə apardılar. Heç bir əsas gətirilmədən mülki geyimlilər tərəfindən fiziki təzyiqlərə məruz qaldıqdan sonra, məni təhqir də etdilər. İlk əvvəl polis idarəsində sorğu-sual etdilər və saxlanmağıma səbəb də, siyasi əqidəmi və gənc jurnalist olaraq fəallığımı bəhanə gətirdilər. Məndən bu işlərdən çəkilməyi qarşıma şərt də qoydular. Əl çəkməyəcəyim təqdirdə, həbs cəzası ilə də təhdid etdilər”. Hamlet Quliyev onu da bildirib ki, “polis idarəsində saxlandığım 3-4 saat ərzində çox ciddi fiziki və psixoloji təzyiqlərə məruz qaldım, polislərin söyüşləri, nalayiq ifadələri ilə də təhqir olundum. Sərbəst buraxılan zaman siyasi əqidəmdən və məmurlara qarşı tənqidi açıqlamalarımdan geri çəkilməyəcəyim təqdirdə növbəti dəfə həbs olunacağımı da diqqətimə çatdırdılar”. Bəli, bu gün də bəyan edirəm ki, siyasi əqidəmdən məni yalnız ölüm ayıra bilər. Həyatımın sonuna qədər demokratik prinsiplərə söykənən, insan hüquq və azadlıqlarının müdafiəsinə yönələn açıqlamalarımdan əl çəkmək fikrində deyiləm. Bundan sonra hansısa hadisə ilə üz-üzə qalsam, bütün günahı bu məmurların mənə qarşı sərgilədiyi yanaşmada axtarmaq lazım gələcək.
Sorğu
Yeni dizaynımız necədir?