Azərbaycanda ölkənin əmək bazarında qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul əhalinin sayı qiymətləndiriləcək.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş məlumat və statistikaya dair sub-regional seminarda deyib.
Onun sözlərinə görə, dövrün tələblərindən irəli gələrək bir sıra yeni istiqamətlər məlumatların toplanması üzrə tədbirlər həyata keçirilir.
H.Hüseynova əlavə edib ki, həmin tədbirlərə misal olaraq, aşağı səviyyədə ixtisas tələb edən işlərin ölçülməsi, ölkənin əmək bazarında qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul əhalinin sayının qiymətləndirilməsi kimi seçmə statistik məlumatların toplanmasını göstərmək olar.
H.Hüseynovanın sözlərinə görə, bu tədqiqatlar komitəyə ölkə üzrə real vəziyyəti qiymətləndirməyə imkan verəcək.
Komitə sədri qeyd edib ki, artıq Azərbaycanda əmək bazarında mövcud vəziyyəötin öyrənilməsi, məşğulluq və işsizlik səviyyəsinin öyrənilməsi üzrə müvafiq tədbirlər aparılıb, qızların erkən nikaha daxil olması, qeyri-rəsmi nikahdan doğulan uşaqlar, küçə uşaqlarının vəziyyətinin təhlili üzrə məlumatlar təhlil edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?