GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İmam Əlinin müsəlmanlara son vəsiyyəti

İmam Əlinin müsəlmanlara son vəsiyyəti

Tarix: 18-06-2017, 02:09 Bölmə :Cəmiyyət Baxış: 403
İmam Əlinin müsəlmanlara son vəsiyyəti


Əbul Fərəc nəql edir ki, İmam Əli (ə) zərbətlənəndən sonra Kufə həkimləri yanına gəlir. Onların içində Əsir ibni Əmr kimi mütəxəssisi yox idi. O, yaraları müalicə etməkdə tanınmış mütəxəssis idi. Bu həkim zərbətin yerini görən zaman əmr edir ki, qoyunun ağciyərini gətirsinlər. O, ağciyərdəki damarları çıxardır və həmin damarları yaraya qoyur. Bir qədər sonra çıxardıb onları müşahidə edir. Üzünü Həzrətə (ə) çevirib deyir: "Ey Əmirəl-möminin! Nə vəsiyyətin varsa et ki, bu düşmənin zərbəsi beyninə çatıbdır və müalicənin faydası yoxdur". Bu zaman İmam Əli (ə) kağız və qələm istəyir və vəsiyyətinə başlayır.

gundemxeber.az deyerler.org-a istinadən bildirir ki, bu vəsiyyətin qısaldılmış şəklinə nəzər salaq:
"Bismilləhir-Rahmənir-Rahim!
Bu, o vəsiyyətnamədir ki, Əli ibni Əbutalib (ə) onu vəsiyyət edir. Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur və şəriki yoxdur. Həmçinin şəhadət verirəm ki, Muhəmməd (s) Onun bəndəsi və Rəsuludur. Allah onu haqq dininə hidayət etmək üçün göndərmişdir ki, bütün dinlərə qalib etsin. Baxmayaraq ki, müşriklər onu xoş qarşılamırlar, Allahın salam və bərəkəti olsun ona!
Həqiqətən, mənim namazım, pərəstişim, həyatım və ölümüm Allahdandır ki, aləmlərin Pərvərdigarıdır. Onun şəriki yoxdur və mən ilk müsəlmanlardanam.
Ey Həsən! Mən səni, bütün övladlarımı və nəslimi və bu vəsiyətnamənin çatdığı hər bir kəsi sizin Pərvərdigarınız olan Allahdan qorxmağa və təqvaya dəvət edirəm. Gərək müsəlman olmamış ölməyəsiniz. Hamınız İlahi kəndirdən yapışın və dağılmayın. Çünki həqiqətən, mən Allahın Rəsulundan (ə) eşitmişəm ki, buyurub: "İnsanların arasını islah etmək - bütün namaz və orucdan yaxşıdır. O şey ki, dini məhv edər, insanların arasında olan fəsaddır. "Lə həvlə vəla qüvvətə illə Billahil-Əliyyil-azim".
Qohumlarınıza diqqət edin və onlarla sileyi-rəhm edin ki, Allah Qiyamət günü hesabı sizə asan etsin.
Allahdan qorxun, Allahdan qorxun, yetimlərə görə. Ürəyinizin daşlaşmasına görə onların ağızlarına növbə qoymayın.
Allahdan qorxun, Allahdan qorxun, qonşularınıza görə. Rəsulallah (s) onlara görə tövsiyə etmişdir. Belə ki, biz güman edirdik ki, qonşu qonşudan irs aparır. Onların hörməti o qədər böyükdür ki, malından onlar üçün pay ayırmışdır.
Allahdan qorxun, Allahdan qorxun, Qurana görə. Məbada kimsə ona əməl etməkdə sizi qabaqlayar.
Allahdan qorxun, Allahdan qorxun, Allahın evinə görə. Məbada hələ ki, sağsınız, o ev sizdən boş qalsın. Əgər boş qalsa, möhlət verilməz. Əzaba düçar olarsınız, əgər sizdən boş qalarsa, İlahi əzab həyatınıza fürsət verməz.
Allahdan qorxun, Allahdan qorxun, malınızın zəkatını verən zaman. Zəkat İlahi qəzəbi yatızdırar.
Allahdan qorxun, Allahdan qorxun, Ramazan ayının orucuna görə. Çünki o, sizin üçün cəhənnəm atəşindən yaxşı qalxandır.
Allahdan qorxun, Allahdan qorxun, yoxsullara görə. Onları həyatınıza şərik edin, yeyəcək və geyəcəklərinizdən onlara verin.
Allahdan qorxun, Allahdan qorxun, Peyğəmbərinizin (s) ümmətinə görə. Məbada aranızda zülm olsun.
Allahdan qorxun, Allahdan qorxun, Peyğəmbərin (s) səhabələrinə görə. Çünki Rəsulallah (s) onlara görə tövsiyələr vermişdir.
Allahdan qorxun, Allahdan qorxun, əlinizin altında olanlara, kəniz və nökərlərinizə görə. Çünki Peyğəmbərin (s) son tövsiyə bu idi ki, buyurub: "Mən sizə əlinizin altına olan iki gücsüzü sifariş edirəm".
Namaz, namaz. Hər kim sizə zülm etsə, ya pis düşüncədə olsa, Allah ona kifayət edər.
İnsanlarla gözəl danışın, necə ki, Allah buyurub.
Əmr be-məruf və nəhy-əz-munkəri tərk etməyin. Əks halda hər nə dua etsəniz, Allahdan şəri dəf etməsini istəsəniz, qəbul olmayacaqdır.
Zinhar olsun ayrılıqdan, təfriqədən, dağınıqlıq və bir-birindən üz döndərməkdən.
Bir-birinizin yardımçısı olun. Günah və zülmdə kömək etməyin ki, Allahın əzab və işgəncəsi çox ağırdır.
İndi sizinlə vidalaşıram və sizi Allaha tapşırıram".
Həzrət (ə) vəsiyyət edəndən sonra davamlı olaraq "Lə İləhə illəllah" deyir və müqəddəs ruhunu tapşırır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Möhtəkirlik günahdır

    Möhtəkirlik günahdır ...

    2-08-2016, 22:45

  • 
  • On birinci İmamın (ə) axırıncı dəstəmazı

    On birinci İmamın (ə) axırıncı dəstəmazı ...

    7-07-2016, 22:45

  • 
  • Həzrət Əlinin şəhadəti barədə qızının xatirələri

    Həzrət Əlinin şəhadəti barədə qızının xatirələri ...

    25-06-2016, 23:47

  • 
  • Şəban ayının orucu canın sıxıntısını aparar

    Şəban ayının orucu canın sıxıntısını aparar ...

    21-05-2016, 23:34

  • 
  • Fatihə surəsini oxumağın fəzilətləri

    Fatihə surəsini oxumağın fəzilətləri ...

    2-07-2016, 23:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu