GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda daha bir həkim QALMAQALI: yeni doğmuş anaya səhv qan köçürdülər, komaya düşdü - ŞOK OLAY

Azərbaycanda daha bir həkim QALMAQALI: yeni doğmuş anaya səhv qan köçürdülər, komaya düşdü - ŞOK OLAY

Tarix: 25-06-2017, 12:37 Bölmə :Cəmiyyət Baxış: 468
Azərbaycanda daha bir həkim QALMAQALI: yeni doğmuş anaya səhv qan köçürdülər, komaya düşdü - ŞOK OLAY


Bakıdakı Respublika Perinetal Mərkəzində müalicə olunan hamilə qadına səhv qan köçürülüb.

Bu barədə xəstəxananın Doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin atası Məhəbbət Məmmədov məlumat verib. O bildirib ki, qızı iyunun 4-də Respublika Perinetal Mərkəzində qeysəriyyə əməliyyatı olunub.

Atanın dediyinə görə, həkimlər qızına +II yox, səhvən –II qan köçürüb və onun vəziyyəti ağırlaşıb: “Biz o xəstəxanaya 1000 manat pul ödədik. Əməliyyat olan gün axşamtərəfi getdim, qızıma baş çəkəm, amma onu meyit vəziyyətində gördüm. Onda daxili qanaxma baş verib, həkim də orada olmayıb. Tibb bacısı həkimlə əlaqə saxlayıb və qanaxma haqda ona məlumat verib. Soruşub ki, xəstəyə qan vursun, ya yox? Həkim də deyib ki, qan vursun. Qızımın qan qrupu +II RH ola-ola, ona -II RH rezuslu qan vurublar. Həmin qan da qızımın daxili orqanlarını zədələyib. Daxildəki bütün kapilyar damarları partlayıb. Mən 8 gün həmin xəstəxananın qarşısında zülm çəkdim. Daha sonra həmin xəstəxananın baş həkimi vasitəsilə qızımı Baku Medical Plaza klinikasına köçürdük”.


M. Məmmədov deyir ki, qızının müalicəsinin davamı üçün artıq imkanları çatmır: “İyunun 9-dan qızım Baku Medical Plazada müalicə olunur. Respublika Perinatal Mərkəzi Baku Medical Plazaya 13500 manat pul ödədi. Sonra isə dedilər ki, onların vəsaitimi yoxdur, ödəmirlər. Daha sonra isə qızımın sağlamlığını düşünərək, pulu özüm ödəməyə başladım. Hər gün xəstəxanaya 240 manat pul ödəyirəm. Artıq borc etmədiyim yer qalmayıb. Respublika Perinatal Mərkəzi mənə həm maddi, həm də mənəvi ziyan vurub. Mən çıxılmaz vəziyyətdə qalmışam. Bilmirəm ki, dərdimi hara və kimə deyim. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızımı ayaq üstə qaldırmağıma mənə maddi kömək etsinlər”.

Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova Lent.az-a bildirib ki, mərkəzdə olan qan –II yox, +II qan qrupuna aid olub: “Həmin qan Qan Bankından alınıb. Bizdə ağır xəstələr olduğu üçün həmişə Qan Bankından qan alıb ehtiyat üçün saxlayırıq. Ehtiyat qanları mütəmadi olaraq yoxlayıb, yeniləyirik. Həmin xəstəyə də +II RH qan köçürülüb. Bizim Qan Bankından alıb soyuducuda saxladığımız qan +II RH olub. Yəni əlimizdə olan qan paketinin üzərinə Qan Bankında vurulan pasport, ştampa görə, içərisindəki qan +II RH-dır. Həmin qan paketinin içində müsbət yox, mənfi qan olmasını isə tibbi ekspertiza müəyyən edə bilər".

Direktor bildirib ki, xəstəyə vurulan qanı saxlayıblar, pasportu, sertifikatı da üzərindədir: "Gəlsinlər, aparıb ekspertiza etsinlər ki, içindəki qan müsbətdir, ya mənfi. Əgər üzərində Qan Bankının +II RH möhürü vurulan qan paketinin içərisindən –II RH qan çıxırsa, bu zaman məsuliyyət Qan Bankının üzərinə düşür”.

S.Məmmədova bildirib ki, qan köçürmə prosesi qaydalara uyğun icra edilib və birinci bioloji sınaq qoyulduğu zaman heç bir fəsadlaşma qeydə alınmayıb: “Qan köçürən həkim işi qaydalara uyğun icra edib. Yəni qan Qan Bankından alınıb, qanın sertifikatı var, qanın toplanması, qanın saxlanması pasportu həmin qan paketinin üstündə var, o qan heç bir insandan birbaşa götürülüb vurulmayıb. Qan sertifikasiya olunub və istifadədən əvvəl bioloji sınaq qoyulub. Bioloji sınağın nəticələri fiksasiya olub. Qanın köçürülmə texnikasının bütün bəndlərinə uyğun olaraq qan köçürülüb. Bu qan köçürülüb və xəstənin qanı eyni qruplu qana normal reaksiya verib. Eyni zamanda qadında kəskin qan azlığı olduğu üçün qan köçürməklə bağlı göstəriş olub".

Mərkəz direktorunun sözlərinə görə, əgər xəstənin qanı -II RH olsaydı və biz ona +II RH qan köçürsəydilər, o zaman çox təhlükəli ola bilərdi: "Xəstənin qanında artıq antigenlər var idi. –II qan isə təmiz qandır və tərkibində antigen yoxdur. Ona görə təmiz antigensiz qanı hətta +II-ə köçürmüş olsaq da, təhlükəli reaksiya verməzdi. Xəstədə digər səbəbdən qan gemolizə uğrayıb, yəni qan damarlarda parçalanmağa başlayıb. Bu, qanköçürmə zamanı baş verə biləcək bir fəsaddır və bu hal ölümlə nəticələnmir”.

Mərkəzin direktoru qeyd edib ki, ilk 5 gündə xəstəyə Perinatal Mərkəzdə yardım edilib və sonra Baku Medical Plazaya köçürülüb: “İlk günlərdə lazım olan bütün tibbi yardımı göstərdik. Aparatlara qoşduq, qan, qan plazma ilə xəstəni ağır durumdan çıxartdıq. Sonra xəstəyə geniş profilli aparat və nəzarət lazım olduğundan valideynlərin razılığı ilə Baku Medical Plazaya köçürtdük. Həmin xəstəxanaya da 17 min pul köçürtmüşük. Ailə imkanının olmadığını dedi və biz də 19 yaşlı bir ananın ölməsinə razı ola bilməzdik. Bu pul Mərkəzin hesabına yığıldı. Baku Medical Plazada üç gün sonra xəstənin durumu yaxşı olduğundan indi ikinci mərhələdə reabilitasiya müalicəsi alır. Hər gün durumu ilə maraqlanırıq. Əslində, biz danışmışdıq ki, xəstənin vəziyyəti yaxşı olandan sonra bizə qaytarılsın və yerdə qalan müalicəsini biz dövlət hesabına təmin edək. Ancaq atası razı olmadı və onlar özəl xəstəxanada daha yaxşı tibbi xidmət göstəriləcəyini düşündülər”.

S.Məmmədova onu da qeyd edib ki, xanımda hamiləliyin özünün fəsadlaşması olub və hamiləlik zamanı müayinələrə çox getməyib: “Sonuncu müayinədə qadında anemiya olduğu müəyyən edildi. Həm də dar çanaq, anemiya və bətndaxili hipoksiya olduğundan qeysəriyyə etməli olduq. Oğlan övladı dünyaya gəlib. Uşağa 15 gün biz baxdıq. Pampers, yeməklə təmin etdik və durumu yaxşıdır. Heç bir xəstəliyi yoxdur”. /modern.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir “həkim terroru” - Uşaq öldü, ana isə ağır vəziyyətdədir

    Daha bir “həkim terroru” - Uşaq öldü, ana isə ...

    20-02-2014, 11:50

  • 
  • Bakının polis idarəsində qan töküldü

    Bakının polis idarəsində qan töküldü ...

    7-05-2015, 12:03

  • 
  • Bakıda torpaq üstündə qan düşdü

    Bakıda torpaq üstündə qan düşdü ...

    13-05-2015, 13:44

  • 
  • Bakıda daha bir ana doğuş zamanı öldü

    Bakıda daha bir ana doğuş zamanı öldü ...

    30-09-2013, 12:14

  • 
  • Tovuzda şagirdlərin davasında qan töküldü

    Tovuzda şagirdlərin davasında qan töküldü ...

    29-11-2013, 15:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu