GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İpoteka kreditlərinin ödənilməsində problemlər yaşanır

İpoteka kreditlərinin ödənilməsində problemlər yaşanır

Tarix: 28-06-2017, 01:53 Bölmə :Cəmiyyət Baxış: 461
İpoteka kreditlərinin ödənilməsində problemlər yaşanır


Mənzillər sürətlə satışa çıxarılır...
Gündəm Xəbər-in əldə etdiyi məlumatda bildirilir ki, istehlak və biznes kreditlərinin ödənilməsində problem yarandığı kimi, ipoteka kreditlərinin geri dönüşündə də çətinliklər mövcuddur. Bu səbəbdən də ipoteka krediti ilə alınmış mənzillərin satışı artıb.Bildirilir ki, Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillər ya şirkətə geri qaytarılır ya da satışa çıxardılır. Əmlak saytlarında ipotekada olan mənzillərin satışı elanları kəskin artıb. Səbəb maddi vəziyyəti pisləşən ailələrin aylıq kredit borclarını ödəyə bilməmələridir.

Həmçinin digər bir səbəb də aylıq ödənişlərin minimum əməkhaqqından, eləcə də orta aylıq əməkhaqqından çox olmasıdır.

Qeyd edək ki, manatın devalvasiyalarına qədər və sonra tikinti şirkətləri Azərbaycan Beynəlxalq Bankının ilkin ödənişsiz və ya 10% ilkin ödənişli 20 illik ipotekası ilə xeyli mənzillər satmışdılar. Bu gün isə gəlirləri azalan bir çox ailələr krediti ödəməkdə çətinlik çəkirlər. Vəziyyətin pisləşdiyini görən Beynəlxalq Bank ipotekanın bir addan digər ada rəsmiləşdirilməsinə icazə verib. Yəni, borcunu ödəyə bilməyəcəyini görən alıcı mənzili başqasına təklif edə bilir. Bu halda, satıcı satışa qədər banka ödədiklərini alıcıdan alır, həmçinin qalan aylıq ödənişlər də yeni alıcı tərəfindən Banka ödənilir.

Mənzilin tikinti şirkətlərinə qaytarılması halları da mövcuddur. Mənzil tikinti şirkətinə qaytarılan zaman alıcı cərimələnir (mənzilin dəyərinin 2%-nə çatan dəbbə pulu), MTK-ya dəymiş ziyan və digər məsrəflər alıcıdan tutulur. Mənzilin başqa bir şəxsə satışından əldə edilmiş vəsaitdən bütün məsrəflər çıxılır, sonra alıcının ötən müddət ərzində MTK-ya və ya Banka ödədiyi vəsait qaytarılır.

Bundan başqa, bank ilə alıcı arasında bağlanmış müqaviləyə görə, alınan mənzil girova qoyulur. İpoteka krediti üzrə aylıq ödəniş 90 gün gecikdiyi zaman mənzil üzrə bütün hüquqlar Banka keçir və Bank mənzili satışa çıxarda bilər.
Cərimələnməmək və digər məsrəfləri ödəmək istəməyənlər mənzilini elan saytları vasitəsilə özləri satışa çıxardıblar. Bu gün əmlak saytları ipotekada olan mənzillərin satış elanları ilə doludur. Lakin bu zaman ilkin ödəniş məbləği çox olduğundan alıcılıq da aşağı düşür. Çünki adətən ilkin ödəniş məbləği 35 min manatdan yuxarı olur. Hətta 40-50 min manat ilkin ödəniş tələb edən mənzil sahibləri də var ki, həmin qiymətə Bakıda nağd mənzil əldə etmək mümkündür.

Açıqlamasında ipoteka kreditləri ilə bağlı durumu dəyərləndirən daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı real vəziyyətlə bağlı rəsmi bir informasiyanın olmadığını bildirdi: “İpoteka Fondunun özünün açıqlamalarında belə bir məlumata rast gəlinmir ki, ipoteka yolu ilə alınmış mənzillər kütləvi şəkildə geri qaytarılır. Təbii ki, belə halların baş verməsi istisna edilmir. Müxtəlif istiqamətlər üzrə problemli kreditlərin həcmi artıb. Ola bilər ki, ipoteka kreditlərində də problemli kreditlər meydana çıxıb. Ancaq bunun kütləvi hal alması və mənzillərin satışa çıxarılması ilə bağlı informasiyaları mən bölüşmürəm. Ona görə ki, belə bir informasiya bizdə yoxdur. İpoteka Fondu da belə bir açıqlama verməyib. İndiki halda bu barədə konkret nə isə söyləmək bir qədər çətindir. Müəyyən mülahizələr ola bilər, bununla bağlı ehtimallar ola bilər ki, problemli kreditlərin həcmi artıb və bunun bir qolu olaraq ipoteka kreditlərinin ödənilməsində də problem yaranıb”.

R. Osmanlı onu da vurğuladı ki, ipoteka şərtlərinin daha da optimallaşdırılmasına ehtiyac var: “Azərbaycanda iqtisadi vəziyyət, bütün iqtisadi sahələr üzər makroiqtisadi göstəricilər üzrə 2013-2014-cü illərdən fərqlənir. Bu baxımdan hesab edirəm ki, ipoteka kreditlərində müəyyən qədər əlçatanlığı artırmaq üçün şərtlərdə dəyişikliklər edilməlidir. Ötən il ipoteka kreditlərinin verilməsi ilə bağlı bir çox ciddi dəyişikliklər edildi. 50 min manatlıq limit aradan qaldırıldı. İlkin ödəniş şərtləri yumşaldıldı. Faizlərə konkret düzəlişlər olunmasa da, Müşahidə Şurası yaxın gələcəkdə bu istiqamətdə addım ata bilər. Çünki cənab prezidentinin fərmanında da faizlərə baxılması məsələsi İpoteka Fondu ASC-nin Müşahidə Şurasına tapşırılır. Müşahidə Şurası bu səlahiyyətlərindən istifadə edib faiz dərəcələrinə yenidən baxa bilər”.

İqtisadçının fikrincə, MDB məkanında ən yüngül ipoteka şərtləri olan ölkələrdən biri də məhz Azərbaycandır: “Burada müəyyən istisnalar da var. Məsələn, Azərbaycanda ipoteka kreditləşməsi zamanı kommersiya obyektləri girov götürülmür. Yaxşı olardı ki, kommersiyan obyektləri də girov qisminə burada iştirak edə bilsin. İndiki hallarda şərtlər normaldır.

Ekspertin sözlərinə görə, əgər vətəndaşın ipoteka kreditinin ödənilməsi ilə bağlı çətinliyi yaranıbsa, “İpoteka haqqında” qanuna görə əmlak onun girov dəyəri ilə deyil, real bazar dəyəri ilə satışa çıxarıla bilər: “Bu da imkan verir ki, hərrac zamanı əmlak daha baha qiymətə satılsın. Çünki 3-5 il əvvəlki qiymətlərlə müqayisədə artım baş verib. Vətəndaş ipoteka götürürsə, ən azından onun məsuliyyətini dərk etməlidir. Bu dövlət vəsaitidir və onun bağışlanması, ondan imtina olunması da bilavasitə dövlətin səlahiyyətinə aiddir. Bu bilavasitə İpoteka Fondunun aktivi hesab olunur. Müvəkkil banklar sadəcə girov təminatı verən təşkilat qismində çıxış edirlər. Ona görə də mən hesab edirəm ki, ipoteka kreditlərinin ödənilməsi ilə bağlı yaranan problemlər bilavasitə mövcud qanunvericiliyə uyğun olaraq həll olunmalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İpoteka şərtləri ağırlaşdı

    İpoteka şərtləri ağırlaşdı ...

    28-03-2016, 19:22

  • 
  • İpoteka ilə bağlı XƏBƏRDARLIQ

    İpoteka ilə bağlı XƏBƏRDARLIQ ...

    18-02-2016, 15:13

  • 
  • İpotekada onlayn sistemin tətbiqi insanların əzabına son qoyacaq

    İpotekada onlayn sistemin tətbiqi insanların ...

    3-02-2015, 11:22

  • 
  • İpoteka krediti - məbləğ artır, faizlər azalır, tələblər sadələşir

    İpoteka krediti - məbləğ artır, faizlər azalır, ...

    30-10-2015, 12:24

  • 
  • Prezident tapşırıq verdi: Azərbaycanda aylıq 100 manata evlərin satışı başlayır

    Prezident tapşırıq verdi: Azərbaycanda aylıq 100 ...

    3-09-2015, 21:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu