GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ailəsi 22 yaşlı Leylanın ölümündə gizlədilən faktları açdı: "Əməliyyatın pulunu geri qaytarıb dedilər ki..."

Ailəsi 22 yaşlı Leylanın ölümündə gizlədilən faktları açdı: "Əməliyyatın pulunu geri qaytarıb dedilər ki..."

Tarix: 28-06-2017, 16:43 Bölmə :Cəmiyyət Baxış: 498
Ailəsi 22 yaşlı Leylanın ölümündə gizlədilən faktları açdı: "Əməliyyatın pulunu geri qaytarıb dedilər ki..."


"Zəfəran Hospital"da əməliyyatdan sonra vəfat edən 22 yaşlı model Leyla Oruclunun anası bir çox gizli qalan məqamlara aydınlıq gətirib.


Özəl olaraq danışan Sevinc Oruclu qızının ölümü ilə bağlı gizlədilən məqamların olduğunu və bütün bunların ortaya çıxacağını açıqlayıb:

"Biz hələ yasdayıq. Sabah ağır bir gündür və qızımın ölümünü hələ də qəbullana bilmirəm. Nə baş verdiyini dərk edə bilmirəm. Əgər qızımı əməliyyat edən Siruz Qoçxani "mən günahsızam" deyirsə o zaman bizim qaranlıq qalan suallarımıza aydınlıq gətirməlidir. Leyla model idi və işində ciddi uğurlara imza ata biləcək potensiala sahib idi. Biz dəfələrlə onun heç bir əməliyyata ehtiyyacı olmadığını desək də psixoloji olaraq bunu özündə kompleks halına gətirmişdi. O düşünürdü ki, artıq piylərə sahibdi. Bir çox cərrahın yanında olub. Ancaq onlardan heç biri qızımı əməlyyata götürməyiblər. Çünki buna ehtiyyac olmadığını və əməliyyatlıq olmadığını deyiblər. Təsəvvür edin hadisədən sonra bizə Mübariz həkim (red: plastik cərrah) zəng edərək "Axı mən o qıza əməliyyatlıq olmadığını demişdim" dedi. Əlbətdə bizim bundan xəbərimiz belə yox idi. Həkim qızımda piy qatının olmadığını, sadəcə özündə kompleks halına gətirdiyini söyləyib".
Leylanın anası cərrah Siruz Qoçxaninin hansı səbəbdən başqa klinikada verdirdiyi analizlərə əsasən əməliyyata girdiyinin hələ də sual altında olduğunu bildirib:

"Bilirsiz ki, əgər əməliyyata bir xəstə alınırsa onun bütün analizləri öncədən edilir. Qızıma bu xəstəxanada heç bir analiz verdirməyiblər. Yalnız digər xəstəxanalarda olan analizlərin cavablarından istifadə ediblər. Az-çox tibbi biliyi olan hər kəs bilir ki bu yolverilməzdir. Digər bir tərəfdən əgər bu qız özü əməliyyata giribsə, niyə heç kim onun yaxınlarına zəng edib məlumat verməyib. Ən azından bu insanın əməliyyat zamanı yanında bir nəfərin olması lazımdır. Niyə ondan ailə yaxınlarının nömrəsi istənilməyib. Önəmli olan məqam isə, xəstəxananın əməliyyatla bağlı qəbz verməməsidir. Mən hələ də axtarıram və heç bir qəbzə rast gələ bilmirəm".

Ananın sözlərinə görə "Zəfəran Hospital" qızının əməliyyatla bağlı ödədiyi məbləği geri qaytarıb:

"Əməliyyatın pulunu geri qaytarıb dedilər ki, bu pul sizindir. Mən o pula əl vura bilməzdim. Maraqlıdır, həmin məbləği niyə geri qaytardılar? Öz səhvlərini yumaq istəyirlər? Niyə əməliyyatla bağlı bir qəbz ortalıqda yoxdur?Biz bütün addımları atacağıq ki, bu işə hüquqi qiymət verilsin"

Leylanın atası da danışarkən öz acısını gizlədə bilməyib. O, ölümün hansı səbəbdən gerçəkləşdiyini öyrəndikdən sonra bir şey deyəcəklərini söyləyib:

"Biz hələ öz acımızı yaşayırıq. Amma bu o demək deyil ki, bu iş başlı-başına buraxılacaq. Bütün hüquqi addımları atacağıq. O həkim hələ bir dəfə bizimlə əlaqə yaratmayıb. Mən dəqiq bir şey deyə bilmərəm. Ancaq bütün qaranlıq məqamlar aydınlanmalıdır. Heç nə gizli qala bilməz".

Atanın sözlərinə görə, əməliyyat zamanı qızına qan lazım olub. O, həkimin qan qrupunu dəyişik salması ilə bağlı iddiaya da cavab verib:

"Qan qrupunu səhv salmaları yoxsa, əməliyyatda hansısa bir səhvə yol vermələri ilə bağlı iddialar da istisna deyil. Araşdırma gedir. Bütün bunlara araşdırmalardan sonra hüquqi cavab veriləcək. Lazım olsa İran səfirliyinə də həkimlə bağlı müraciət edəcəm".

Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani ötən gün açıqlama verərək bildirib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib.

S.Qoçxani bu hadisədə günahı olmadığını və ölüm hadisəsi ilə bağlı prokuorluqda izahat verdiyini də deyib:

"Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır”.

Qeyd edək ki, Leyla Oruclu əməliyyatdan iki gün sonra, 25 iyun tarixində vəfat edib./azxeber.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Model Leylanın ölümündə təqsirləndirilən həkimdən AÇIQLAMA: "Mənim günahım yoxdur"

    Model Leylanın ölümündə təqsirləndirilən həkimdən ...

    27-06-2017, 22:40

  • 
  • 22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın olmasına, getdi..." - Fotolar

    22 yaşlı Leylanın anası: "Alışmışdım qızımın ...

    27-06-2017, 17:18

  • 
  • Model qızın ölümündə günahlandırılan həkim haqqında ilginc faktlar

    Model qızın ölümündə günahlandırılan həkim ...

    26-06-2017, 13:19

  • 
  • Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

    Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra ...

    26-06-2017, 10:45

  • 
  • "Maşın hərəkət edə-edə qızımı itələyib yerə atıblar" - Günayın atası

    "Maşın hərəkət edə-edə qızımı itələyib yerə ...

    3-09-2013, 22:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu