Yasamal rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev vəzifədən çıxarılması barədə ilk dəfə olaraq açıqlama verib.
İ.Mehdiyev bildirib ki, onun haqqında ölkə başçısına düzgün məlumatlar verilməyib:”Mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm. Ancaq kimsə ölkə başçısına haqqımda düzgün informasiya verməyib. Bunun nəticəsində də cənab Prezident müvafiq Sərəncam verib və vəzifəmdən azad olunmuşam. Amma cənab Prezident lap əcəb edib məni vəzifədən azad edib. Buna görə çox sağ olsun, Allah ömrünü uzun etsin!”. Açıqlama nə qədər adi görünsədə bir o qədər mürəkkəb durumu ortaya çıxarır. Çünki, sual yaranır, prezidentə kim yalan deyə bilər? Aydındır ki, prezident məlumatları adətən xüsusi xidmət orqanlarından, köməkçilərindən alır. Yəni məlumat verəcək simalar o qədər də çox deyil. Belə olan halda İbrahim Mehdiyev bu sözləri deyərkən kimləri nəzərdə tutur? Və yaxud həqiqətənmi Prezident Admnistrasiyasında prezidentə yanlış məlumat verməyə cəsarət edəcək şəxslər var? Hər halda bu suallara cavab tapılmalıdır. Başqa cür desək İbrahim Mehdiyev bu açıqlaması ilə dövlət qrumlarına inamı zədələyir.
Sorğu
Yeni dizaynımız necədir?