“Biz əslində həmişə bütün dünya sülh tərəfdarı olan insanların və birliklərin şüarlarını əldə rəhbər tutaraq öz doğma torpaqlarımızı vəhşi, terorrçu ermənilərdən qoruyuruq.”
Bunu açıqlamasında İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib.
İlahiyyatçının sözlərinə görə, biz hər zaman sülh tərəfdarı olmuşuq:
“Baxmayaraq ki, tarix boyu erməni terrorçuları bizə qarşı zaman-zaman öz terror əməllərini etməyə davam ediblər və bu gün də bu cür ən alçaq əməllərini davam etdirməkdədirlər, onlar bizə hələ də Xocalı facisəindən daha betər terror edirlər, biz isə yenə də tarix boyu olduğu kimi bu gün də bir çox məsələlərdə onlara güzəştə gedirik. Çünki, biz sülh istəyirik, biz sülh tərəfdarıyıq. Bəzən sosial şəbəkələrdə də azərbaycanlı respondentlərə sual ünvanlanand aki, siz erməni uşaqlarını görsəniz, ya əsgər olanda qarşınıza erməni uşağı çıxsa siz ona nə edərsiz? Cavabların hamısı yekdilliklə bu olur ki, onları bağrımıza basarıq, onları sağ-salamat evlərinə ötürərik ki, valideynlərinə qovuşsunlar. Amma ermənilər bizim körpə balaları vəhşicəsinə işgəncə ilə öldürürlər. Bütün dünya insanları, sülh tərəfdarı olanlar artıq erməni terroristlərinin bu vəhşiliyinə öz reaksiyalarını verməlidirlər. Ermənilər zaman-zaman olduğu kimi bu gün də bizə qarşı terrorlarını davam etdiirlər ki, biz əks həmlə edəndə dünyaya özlərinin günahsız olduqlarını bildirsinlər. Ancaq dünya onların düşündüyü kimi terroristlərə haqq qazandırmır. Həm torpaqlarımızı işğal edən, bununla kifayətlənməyib həm də işğal olunmuş əraizlərimizin sərhədlərində yaşayan körpə balalarımızı vəhşilikə öldürən erməni terroristlərinə tək biz yox bütün dünya cavab verməlidir. Bütün dünyada müsəlmanları terrorist kimi qələmə verən “qüvvələr” əslində ən böyük terroristin ermənilər olduğunu da deməlidirlər. Çünki onlar o qədər alçaq, o qədər qorxaqdırlar ki, bizə gücləri çatmadığı üçün, əsgərlərimizlə mübarizədə uduzduqları üçün heç bir günahı olmayan körpə balalarımızı öldürürlər. Ali Baş Komandanımızın rəhbərliyi altında biz də körpə balalaırmızın qisasını almalıyıq. Ancaq biz onların körpə balalarını yox, onların yaşlı insnalarını yox, onların torpaqlarımızda olan terrrorist əsgərlərini torpaqlaırmızdan çıxarmaqla, qovmaqla bunu etməliyik. Çünki, Allah təala Qurani Kərimdə bildirir ki, qisasda bir həyat vardır. Onlara elə bir sarsıdıcı zərbə endirməliyik ki, etdikləri günahın cəzasını bu dnüyada da alsınlar. Çünki, bizim dinimizdə müharibə zamanı körpə uşaqları, yaşlı insanları, dinc əhalini öldürmək icazəli deyildir. Bizim dinimiz yalnız bizimlə vuruşanlarla vuruşmağı bizə tövsiyə edir. Doğma torpaqlarımızı işğal edib, hələ də hər gün cəbhə boyu bizim dinc həmvətənlərimizə, körpə balalarımıza terror edən erməni əsgərlərinə güclü həmlə endirərək torpaqlaırmızdan çıxıb getmələrinə çalışmalıyıq. Heç bir insaf və ədalət sahibi olan insan erməni terrorçularının bu vəhşiliyinə haqq qazandıra bilməz. Hər bir halda onlar həm Allah qarşısında, həm də bizim qarşımızda potensial günahkardılar və günahkarların cəzasını Allah verməldir. Bizim onları torpaqlaırmızdan ya xoşluqla, ya da məscburi çıxarmamız da bizim onlar üçün cəzamız olmalıdır. Körpə balalara terror edənləri cəzasız saxlamaq olmaz. İnanıram ki, yaxın günlərdə biz telziklə erməni əsgərlərini torpaqlarımızdan qovub çıxarmaqla balaca balalarımızın intiqamını düşmənlərimizdən alacağıq. Bu məsələdə isə biz hamımız cənab Ali Baş Komandanımıza tabeyik. Allahdan arzu edirəm ki, biz tezliklə cənab prezidentimizin rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından xilas edə bilək, Amin!” /Moderator.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?