GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ziya Məmmədovun tikdiyi binalar təhlükədə

Ziya Məmmədovun tikdiyi binalar təhlükədə

Tarix: 8-07-2017, 10:10 Bölmə :Cəmiyyət Baxış: 466
Ziya Məmmədovun tikdiyi binalar təhlükədə


“Bu ərazi sürüşmə zonasıdır...”

Gündəm xəbər Musavat.com-a istinadən bildirir ki, Yasamal rayonu, II Alatava qəsəbəsində, Bakı Avtovağzalı Kompleksinin yaxınlığında çoxmərtəbəli binaların tikintisi davam edir. Uzun müddətdir ki, adıçəkilən ərazidə tikinti işləri müəyyən səbəblərdən dayansa da, bir neçə gündür yenidən prosesə start verilib.

Məlumata görə, bu ərazi sürüşmə zonası hesab olunduğundan tikinti prosesi aidiyyəti qurumların tələbi ilə dayandırılıb. Lakin qeyri-müəyyən əsasla yenidən tikinti davam etdirilir.
Müxbir II Alatava ərazisindəki bu binalara baş çəkib. Ərazidə 10-a yaxın yaşayış binası yerləşir. Binalardan bir neçəsi yaşayış üçün tam hazır vəziyyətə gətirilsə də, digərlərində təmir və tikinti işləri davam etdirilir. Yerli sakinlərin dediyinə görə, əvvəllər bu binalarda mənzil satışı dayandırılsa da, son zamanlar satışa start verilib.
Müşahidələrimiz zamanı da binaların həyətində mənzil almaq üçün müraciət edən vətəndaşlar gözə dəydi. Öyrəndik ki, tikinti aparan şirkət Ziya Məmmədova məxsus olan “MAİN Construction” LTD-dir.

Müştəri qismində yaxınlaşıb mənzillərin qiymətini öyrənməyə və binalara baxış keçirməyə cəhd etdik. Satış şöbəsinin müdiri Rəfael adlı şəxs bizə uçurumun ən hündür yerində inşa olunan 20 mərtəbəli binanın 7-ci mərtəbəsindən mənzil təklif etdi. Bu mənzil üçün ilkin ödəniş 40 min manatdır, aylıq ödəniş isə 36 ay müddətinə hər ayı 3000 manatdan hesablanır.
Qeyd edək ki, mənzil alacaq olduğumuz bina sürüşmə zonasının ən pik nöqtəsindədir. Binanın bünövrəsindən 30-35 metr aralıda on metrlərlə dərinliyi olan uçurum uzanır. Bakı Avtovağzalı Kompleksindən baxarkən həmin binanın necə təhlükəli yerdə olduğu daha aydın görünür.

Alatava sakinləri ilə söhbət zamanı bəlli olur ki, sovet dövründə həmin ərazidə kimsəsiz uşaqlar üçün pansionat yerləşib, lakin sürüşmə zonası olduğundan həmin ikimərtəbəli binanı söküblər: “Bildiyimiz odur ki, 10 ildir bu binaların tikintisi davam edir. 2008-2009-cu illərdə ilk iki binanın inşasına başlanıldı. Sonradan ətrafdakı həyət evlərini alıb, binaların sayını çoxaltdılar. 2-3 il fasilədən sonra ərazidə tikinti işləri yenə başladı. Binalar keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Alatava camaatı buranı ”Ziyanın binaları" kimi tanıyır".
Onu da qeyd edək ki, satış şöbəsinin əməkdaşları da binanın Ziya Məmmədova və qardaşı Elton Məmmədova məxsus olduğunu bildirdilər. Müşahidələrimiz zamanı hazır binalarda çox az sayda ailənin məskunlaşdığının şahidi olduq. 20 mərtəbədən ibarət olan binada sükut hökm sürür.
Məhəllə sakinləri bunun səbəbini ərazinin sürüşmə zonası olması ilə əlaqələndirdilər: “Tam hazır vəziyyətdə olan 4-5 bina var. Lakin mənzil almağa gələn yoxdur. Bura barədə tez-tez xəbərlər yayılırdı ki, sürüşmə zonasıdır. Bəlkə də ona görə camaat qorxur. Sözün açığı, bu ərazi sürüşməyə meyllidir. Nə qədər betonlasan da, təhlükə riski böyükdür. Bildiyiniz kimi, Bakı Avtovağzalı Kompleksinin yolu çökdü. Çatlar, yarğanlar əmələ gəldi. Dövlət bu binalara nəzarət etməli, yüzlərlə vətəndaşın həyatı riskə atılmamalıdır”.
Binaların yerləşdiyi ərazinin sürüşmə zonası olub-olmadığını öyrənmək üçün ekoloq Telman Zeynalovla əlaqə saxladıq. O bildirdi ki, həmin ərazinin sürüşmə zonası olması haqqında rəsmi məlumat yoxdur: “Mən ərazini sürüşmə zonası hesab etmirəm. Son dövrlər Abşeron ərazisində həddindən çox yataqlar var. Neft, qaz istehsal etdikdə boşluqlar yaranır. Bu səbəbdən çoxmərtəbəli binalar çökə bilər. Ən qorxulusu budur. Xəzərin səviyyəsi 2030-cu ildə 1 metr 50 santimetr qalxacaq. Əgər çökmə baş versə, binaların zirzəmiləri suyun altında qalacaq. Hökumətin bu barədə nə düşündüyünü bilmirəm. Bu işləri icra edəndə mütəxəssisləri cəlb etməlidirlər, bu sahədə çalışan QHT rəhbərlərinin təcrübəsindən istifadə etməlidirlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyətdən Ziya Məmmədova şok zərbə

    Hakimiyyətdən Ziya Məmmədova şok zərbə ...

    12-01-2014, 21:32

  • 
  • Bakıda 35 yaşayış binası söküləcək

    Bakıda 35 yaşayış binası söküləcək ...

    28-02-2016, 09:14

  • 
  • Nazirin obyektlərinin yeri əlindən alındı

    Nazirin obyektlərinin yeri əlindən alındı ...

    4-03-2014, 10:18

  • 
  • Yasamalda güzəştli şərtlərlə 2 minə yaxın mənzil tikiləcək

    Yasamalda güzəştli şərtlərlə 2 minə yaxın mənzil ...

    14-09-2016, 16:42

  • 
  • İcra başçısından Prezidentə şikayət: “Budurmu xalqa xidmət?”

    İcra başçısından Prezidentə şikayət: “Budurmu ...

    24-02-2014, 16:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (269)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu