GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Nazirin obyektlərinin yeri əlindən alındı

Nazirin obyektlərinin yeri əlindən alındı

Tarix: 4-03-2014, 10:18 Bölmə :Siyasət Baxış: 9 931
Nazirin obyektlərinin yeri əlindən alındı
Ziya Məmmədovun nazirlik binası və “Karvan” restoranının ərazisi “Yeni Həyat” yaşayış
kompleksinə pay-puş edilib; alatavalılar “Sovetski”yə dəstək verəcək


Bakının 1-ci Alatava ərazisini də sökməyə başlayıblar. Eyni zamanda bu massivdə yerləşən Nəqliyyat Nazirliyinin inzibati binası da söküləcək. Nazirlik üçün yeni inzibati bina isə Keşlə qəsəbəsində, İntellektual İdarəetmə Sisteminin yaxınlığında tikilir. Hazırda nazirliyin yeni binasının tikintisi davam edir.
Yaxın aylarda nazirliyin Tbilisi prospektində yerləşən hazırkı binasının söküntüsü həyata keçirilərkən nazir Ziya Məmmədova məxsus “Karvan” şadlıq sarayı da yerlə-yeksan olunacaq. Artıq mətbuat bu haqda yazıb. Amma işin yeni tərəfləri barədə “Gündəm-xəbər” məlumatlar əldə edib.
Məlumatda vurğulanır ki, nazirə məxsus restoranın söküntüsü Alatavada davam edən kütləvi söküntünün bir tərkib hissəsi sayıla bilər. Çünki Nəqliyyat Nazirliyi və “Karvan” şadlıq sarayı bir-birinə yaxın yerləşir.
Yeni xəbərə görə, hər iki bina söküldükdən sonra ərazi boş qalmayacaq. Aldığımız məlumata görə, həmin yerdə “Yeni Həyat” yaşayış kompleksinin göydələnləri inşa olunacaq. Bakı Şəhər İcra Hakimiyyəti sözügedən ərazidə yaşayış kompleksinin tikintisinə icazə verib. Ərazidə park salınması, yolların genişləndirilməsi nəzərdə tutulur.
Xəbərdə deyilir ki, nazirin rəhbəri olduğu qurumun binasının ərazisi və şadlıq evinin yeri artıq yaşayış kompleksinə həvalə olunub. “Yeni Həyat” şirkəti Bakının bir çox yerlərində müasir yaşayış kompleksləri inşa edib.
Hazırda isə bu adlı-sanlı tikinti şirkəti Nəqliyyat Nazirliyinin yaxınlığında yerləşən keçmiş 1 nömrəli taksi parkının 4 hektar ərazisində də yeni yaşayış şəhərciyi salmaq istəyir. Alatavanın sökülməsi planı da məhz bu şəhərciklə əlaqədardır.
Eyni zamanda restoran və nazirliyin binası “Yeni Həyat”a qurban verilir. Yerli sakinlərin sözlərinə görə, söküntü ilə bağlı onlara mənzilin kvadratına 1200-1500 manat arası kompensasiya ödənilir. Alatavanın sökülməsi özəl şirkətlə bağlı olsa da, dövlət planı adı altında tikililəri uçururlar. Qəsəbə sakinləri də bunu qanunsuzluq sayır.
Əgər dövlət planı deyilsə, özəl şirkət daha çox kompensasiya ödəmək şərti ilə mülklərə toxuna bilər. Sakinlər qeyd edirlər ki, nazirliyin binası və restoranın yeri artıq alınıb. Bunu necə və hansı şərtlərlə edildiyi bilinmir.
Məlum olanı budur ki, restoran tərəfi buna etiraz etmir. Görünür razılıq əldə olunub. Sakinlər qeyd edirlər ki, Alatavadakı söküntüdən sonra hara gedəcəklərini bilmirlər. Təklif edilən pula mənzil almaq çətindir. Onların sözlərinə görə, “Sovetski” camaatını necə aldadıblarsa, onlara da belə kələk gəlirlər. Amma Alatava əhli “Sovetski” camaatına qoşulub aksiyalara dəstək verməyə hazırdır.
Qeyd edək ki, Bakıda ötən ildən geniş vüsət alan söküntü işləri hələ də davam edir. Hökumət çoxdan plana saldığı qəsəbələrdə evlərin kütləvi şəkildə söküntüsünü həyata keçirir. Artıq Alatava, Xutor qəsəbəsi və Cəlil Məmmədquluzadə (keçmiş Papanin) prospektində tikililərin çoxu yerlə-yeksan olunub. Yeni metro stansiyasının tikintisi ilə əlaqədar “Papanin” adlanan ərazidə də müəyyən tikililər sökülüb.
Amma məhəllənin ümumi söküntüsü ilə bağlı dəqiq məlumat yoxdur. Ümumiyyətlə paytaxtın bütün ərazisində memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli, kommunikasiya xətti olmayan tikililərin hamısının sökülməsi və yerində parkların salınması nəzərdə tutulub. “Papanin” məhəlləsində isə belə tikililər lap çoxdur.
Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyətdən Ziya Məmmədova şok zərbə

    Hakimiyyətdən Ziya Məmmədova şok zərbə ...

    12-01-2014, 21:32

  • 
  • ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN MAAŞINI VERMİR

    ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN ...

    25-02-2016, 16:54

  • 
  • Ziya Məmmədovun nəqliyyat sektorundakı gizli planı

    Ziya Məmmədovun nəqliyyat sektorundakı gizli planı ...

    8-12-2012, 10:38

  • 
  • Azərbaycanın “toy oliqarxları” – Hansı şadlıq evi kimindir?

    Azərbaycanın “toy oliqarxları” – Hansı şadlıq evi ...

    9-10-2015, 19:28

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu