Bizim hansısa bir cəmiyyət və yaxud da ki, xalq haqqındakı təsəvvürlərimiz konkret insanlarla və qruplarla ünsiyyət, təmas təcrübəsi əsasında formalaşır. Ona görə də istəsək də, istəməsək də, hamımız ümumiləşdirmələrə meylliyik.
Məni bir adam, həm də ki, jurnalist kimi daim uzağa gedən ümumiləşmələr etməməyə və ekstrapolyasiyalarla məşğul olmamağa öyrədiblər. Amma etiraf edirəm ki, körpə Zəhranın və nənəsinin ölümü məni də özümdən çıxardı, bir neçə gün özümə yer tapa bilmədim...
Hərçənd, bu ağır illər ərzində hətta belə vəhşiliklər bizə adi görünməli və hansısa mənada buna alışmalı idik.
Həqiqətən də, Xocalı faciəsini yaşayan xalq, ən yaxşı oğullarını bu müharibədə itirmiş atalar və analar, principcə, ermənilərin növbəti vəhşiliyini nisbətən sakit, hətta emosiyasız qarşılamalı idilər. Məgər bu cür vəhşiliklər münaqişə zonasında birinci dəfə baş verirmi? Məgər uşaq və qadınlar erməni təcavüzünün və vəhşilyinin birinci dəfə qurbanı olur? Yox, yox və yenə də yox...
Amma bütün bunlara alışmaq, bu haqda sakit danışmaq və yazmaq sadəcə mümkün deyil, adamdan böyük, bəzən qeyri – adi səy və ya iradə tələb edir. Ona görə də burada dünyada, regionda, hətta bəzən bizim öz aramızda belə yaşanan bəzi yanlışlıqlar haqqında yazmaq istəyirəm.
Amma əvvəlcə bir şeyi demək istəyirəm. Ermənilərin növbəti vəhşiliyi haqqında eşidəndə dərhal özümdən soruşdum: “Mən erməni körpələrinin ölümünü istərdimmi? Erməni qadınına nəinki silah, sadəcə, əl qaldıra bilərdimmi? Buna çağıra bilərdimmi?”... Səmimi şəkildə etiraf edirəm ki, bacarmazdım... Bizim elə ermənilərdən fərqimiz də bundadır. Bəzən bu keyfiyyətimizə görə erməni vəhşiliyinin qarşısında aciz də qalırıq...
Əslində ermənilərin son vəhşiliyinin əvəzini çıxmaq və ona adekvat cavab vermək çox asan iş idi. Bunun üçün Ermənistan ərazisini digər sərhəd bölgələrimizdən güclü artilleriya atəşinə tutardıq və onun mülki əhalisinə istədiyimiz qədər ziyan vurardıq. Amma ki, biz belə bacarmırıq, insanlığımız yol vermir...
Fəqət, adamın ürəyinin dərinliyində sağalmaz yara qalır və ixtiyarsız olaraq F.Dostoyevskinin bir fikrini xatırlayırsan: “Dünyada heç bir ideya kiçik bir körpənin göz yaşlarına dəyməz”...
Bəli, belədir. Amma ermənilər öldürürlər axı! Özü də hansısa ülvi və yaxud yüksək ideya naminə deyil, “Böyük Ermənistan” adlı cəfəngiyyat naminə öldürürlər...
Əvvəldə ümumiləşdirmələr haqda bir neçə kəlmə yazdım. Hətta psixoloqlar,- K.Q.Yunq və başqaları xəstə cəmiyyətlər və ya “kollektiv patologiyalar” haqqında yazırlar.
Bədbəxtliyimiz ondadır ki, belə bir cəmiyyətlə qonşuyuq. Elə ona görə də birinci yanlışlığı qeyd edəcəm. Dünyada hələ də belə hesab edirlər ki, guya ki, ermənilər mütərəqqi və müasir bir xalqdır...
Amma inanın, nəinki müasir, hətta adi, normal bir adam ciddi şəkildə deyə bilməz ki, “azıxantrop”un çənəsi qədim erməninin çənəsidir. Axı söhbət ibtidai bir insandan, lap kobud şəkildə desək, mağara adamından gedir!..
Talibançıların, İŞİD-lərin, başqa fundamentalistlərin cinayətləri hamıya bəllidir – onlar sözün əsl mənasında tarixi və mədəniyyəti məhv edirlər. Amma ermənilər haqqında heç kim heç nə demir. Halbuki bu xalq da on illərdir ki, bütöv regionun tarixini özünün mifik, yalançı “tarix konsepsiyası”na uyğunlaşdırmaqla məşğuldur – bunun üçün abidələri məhv edir, tarixin izlərini silir və bütün dünyaya yalan danışırlar... Nəhayət, normal insanlar hətta müharibə zamanı qocaları, qadınları və körpələri öldürmürlər. Burada Cenevrə Konvensiyası və baqşa beynəlxalq sənədlər haqqında danışmayacam, ona görə ki, artıq “beynəlxalq” sözünün özü belə adamı iyrəndirir, onda alllergiya yaradır. Simmetriya bəlkə də təbiətin ən estetik və ən qiymətli keyfiyyətidir. Amma bəzən siyasətdə o, elə çalarlar və formalar alır ki, adam buna lap nifrət edir. Məsələ bundadır ki, təcavüzkara və təcavüzə məruz qalana cimmetrik münasibət ola bilməz. Fəqət, indinin özündə belə, kiçik körpə və qadın erməni vəhşilyinin qurbanı olduğu bir vaxtda belə növbəti dəfə bu iyrənc simmetriyanı müşahidə edirik - bəli, “beynəlxalq aləm” bir daha “tərəfləri atəşkəs rejimini gözləməyə” çağırdı...
Belə təsəvvür yaranır ki, on illər ərzində bizim həmsədrlərin standart diplomatik şablonları, standart diplomatik ritorikasl yaranıb və onar onu heç bir halda dəyişmək niyyətində deyillər.
Burada başqa bir yanlışlığı da qeyd etmək istərdim. Hətta özümüz də tez –tez deyirik ki, Ermənistan sadəcə, Rusiyanın geosiyasi alətidir, guya ki, məzlum erməni xalqı kriminal Qarabağ siyasi klanının və Moskvanın geosiyasi ambisiyalarının girovudur... Rusiyanın Qarabağ problemindəki rolu haqda saatlarla danışmaq olardı, özü də tək Qarabağ haqqında yox, burada Cənubi Osetiya və Abxaziyanı, Denstryanı münaqişəni, Krımı və ya Şərqi Ukraynanı da yada salamaq lazım gələrdi...
Amma bir suala cavab verməyə çalışın: bəs Gürcüstan niyə Rusiyanın regionda geosiyasi aləti olmadı? Axı istəsəydilər Kreml ideoloqları onlar üçündə “cəlbedici ideyalar”, hətta “Böyük Gürcüstan” nağılı da uydura bilərdi!..
Bunları niyə deyirəm? Bizdə belə bir ifadə var: “az aşın duzu olmamaq”... Bu ifadə sanki ermənilərin boyuna biçilib... Təbii ki, mən də başa düşürəm ki, əbədi düşmənlər olmur, gec – tez xalqlar ümumi dil tapmağı və qonşu olmağı öyrənməlidir, ən azı ona görə ki, heç birimiz başqa bir planetə köçməyə hazırlaşmırıq. Amma otuz ildir gözləyirik ki, nəhayət, Ermənistanda da sağlam məntiq qalib gələcək və bu xalq axır ki, özünün əsl düşmənlərini tanıyacaq. Bəli, gözləyirik. Amma nə vaxtsa olacaqmı bu?../musavat.com/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?