Azərbaycan Hava Yolları (AZAL) şirkətinin aşağı büdcəli istiqamətlər üzrə uçuşlar yerinə yetirən "Azaljet" xidmətində sərnişinlərin əl baqajları ilə bağlı yeni xidmət istifadəyə verilib.
Şirkət bundan öncə 10 kq-lıq əl baqajını pulsuz etsə də, bu çəkidən yuxarı olan baqajları ödəniş əsasında təyyarəyə buraxırdı. Artıq bir neçə həftədir ki, əl baqajları da təyyarəyə xüsusi yoxlanışla buraxılır. Belə ki, baqajların ölçüsü öncədən hazırlanmış korpusa yerləşdirilir. Bu korpusa uyğun gəlməyən baqajlar 10 kq-dan aşağı olsa belə ödəniş əsasında təyyarəyə buraxılır. Qeyd edək ki, AZAL-ın bundan öncəki yenilikləri də sərnişinlərin ciddi etirazına səbəb olsa da, şirkət tənqid və təklifləri nəzərə almamışdı. /azxeber.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?