GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dönərxanalar təhlükə və xəstəlik mənbəyidir...

Dönərxanalar təhlükə və xəstəlik mənbəyidir...

Tarix: 22-07-2017, 15:16 Bölmə :Cəmiyyət Baxış: 540
Dönərxanalar təhlükə və xəstəlik mənbəyidir...


İstehlakçılara hələ də mənşəyi bilinməyən ətdən hazırlanan dönərlər satılır; satıcı alıcıları əmin, ekspertlər isə xəbərdar edir...

Yay fəslinin ən çox sevilən fast-food qidalarından biri də dönərlərdir. İş başında olanlar, gəzintiyə çıxanlar, qaçaraq işlərdə çalışanlar daha çox dönərə üstünlük verir. Səbəb isə həm qiymətinin ucuz olması, həm tez hazırlanması və istənilən şəraitdə ayaqüstü yeyilə bilməsi, həm də asılılıq yaradacaq özünəməxsus dadının olmasıdır.

Lakin əksər hallarda dönərlərin insan sağlamlığı üçün ziyanlı olması barədə ekspertlər dəfələrlə xəbərdarlıq ediblər. Şəhərin mərkəzi küçələrində 1 manata , 1 manat 50 qəpiyə satılan dönərlərin qiyməti belə onun keyfiyyətindən xəbər verir. Bundan əlavə, dönərin bişirilmə texnologiyası da onun nə qədər zərərli olmasını göstərir.
Dönərə vurulan ətlərin mənşəyi, haradan gətirilməsi isə ayrı bir müzakirə mövzusudur. “Yeni Müsavat”ın müxbiri paytaxtın mərkəzi küçələrində daha çox sadə camaatın müraciət etdiyi dönərxanalara bir daha baş çəkib, vəziyyətlə maraqlanıb.

Qeyd edək ki, əksər dönərxanalarda şişə taxılan dönər ətləri qazla qızardılır. Aparat elə quraşdırılıb ki, alov dilləri birbaşa əti yandırır. Ütülmüş ət layı xüsusi bıçıqla ümumi kütlədən yonulur və qaba tökülür. Ət bişdikcə onun içində əriyən piyin yağı ilə yanaşı, çiy ətdən ayrılan qanlı su da yonulmuş ətlərin üzərinə tökülür. Ətin haradan alınmasına gəlincə, satıcılar topdansatış ət satışı yerlərindən aldıqlarını bildirdilər. Əksəriyyəti “8-ci kilometr” bazarının ət satışı hissəsindən aldığını etiraf etdi. Orada hansı keyfiyyətdə ətlərin satıldığını isə dəfələrlə əməkdaşlarımız işıqlandırıblar.

Ətin və dönərə qatılan digər məhsulların sertifikatını tələb etsək də, çox az dönərçi bu sənədləri təqdim edə bildi. Gigiyenik qaydalara riayət olunmasına gəlincə, bir çoxlarının əynində ağ xalat və əlcək belə yoxdur. Həmçinin dönərxanaların yol kənarına yaxın yerləşməsi və açıq pəncərənin önündə bişirilməsi yoldan qalxan toz-torpağın da ətin üzərinə çökməsinə səbəb olur.


7 ildir ki, paytaxt ərazisində müxtəlif dönərxanalarda işləyən Xəyal İsgəndərov deyir ki, dönər hər zaman ayaqüstü yeməklər arasında ən sevilənidir: “Dönəri pisləyənlərin özləri də yeyirlər. Dönərə vurulan ətin at, eşşək, ölü heyvan əti olduğunu düşünənlər olur. İndi daha çox toyuq ətindən dönər satırlar. Mənim işim-gücüm qurtarıb, ölü toyuq əti axtarım? Hamısı ”Səba"nın toyuq ətləridir. Kiloqramını 4 manat 50 qəpikdən alıram. Hər gün camaatın gözü önündə dönər rulonuna 16 kiloqram ət vururam".

Dönərçi deyir ki, zəhərlənmə halları da ola bilər, bu, istisna deyil: “Bilirsiniz, hamı elə bilir bu cür xoşagəlməz hallar bütün dönərxanalarda olur. Dünəndən qalan ətləri dönər rulonunun üzərində saxlayıb, səhəri gün yenidən qızdırıb satırlar. Ət dəmirin üstündə qalır, ətin büküldüyü metalla reaksiyaya girir. Zəhərlənmə bu cür yaranır. Bizim dönərxananın sahibi ibadət əhlidir. Özü şəxsən tez-tez nəzarət edir. Çox adam deyir ki, 1 manata dönər olar? Axı niyə də olmasın. Gərək dönər 2 manat olsun? Tutaq ki, 16 kiloqramlıq ətə 72 manat pul verirəm. Biz əsas xərcini çıxandan sonra üstündə 20 manat qalanda kifayətlənirik. Çünki dönərin yanında ayran, su, qazlı sular da satırıq. Hərəsindən 15-20 manat qazanc qalanda bizə bəs edir”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan həkim Seyfəddin Əsəd bildirdi ki, dönər insanlarda müxtəlif xəstəliklərin yaranmasına yol aça bilər: “Dönərin bişirilmə texnologiyası elədir ki, onun üzü yanır, ancaq içi bişmir. Ətin yaxşı bişməməsi brüsellyoz xəstəliyi əmələ gətirir. Üzünün yanması isə xərçəng xəstəliyinə meyllilik yaradır. Çünki bu cür yanan ətdə kanserogen maddələr yaranır və bu da xərçəngə yol açır. Digər bir problem odur ki, ətin mənşəyi bilinmir. Ondan başqa, insanlarda mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsinə səbəb olur, qəbizlik əmələ gətirir. Həzm sistemini pozur. Dönərə xüsusi qatqı maddələri vurulur və o, insanlarda asılılıq yaradır. Həmin qatqılar da insan sağlamlığı üçün olduqca zərərlidir. Onların ən çox yaratdığı xəstəliklər xərçəngə meyllilik və qurd xəstəlikləridir. Ət tam bişmədiyi üçün qurd xəstəlikləri yarada bilir. Ət suda qaynamırsa, o tam bişə bilməz”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da vurğuladı ki, dönərxanaların 90 faizində dönərin hazırlanması və satışı ilə bağlı standartlara əməl edilmir: “3 il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını hazırladı. O zaman dönərləri təzə ətdən hazırlayıb şişə taxan, sonra onu ”skoç"la büküb soyuducuda mikrobları öldürmək üçün şok dondurmaya məruz qoyan, daha sonra ətləri həmin vəziyyətdə soyuduculu avtomobillərlə dönərxanalara çatdıran müəssisələr müəyyən olundu. Lakin dövlətin bu xoş arzusu həyatda öz əksini tapmadı. Bizim monitorinqlər göstərdi ki, dönərxanaların 95 faizində ətlər mərkəzləşdirilmiş qaydada, həmin standartlara uyğun yerlərdən alınmır. Haradan gəldi, necə gəldi, mənşəyi bilinməyən ətlər alınır. İstisna olunmur ki, istənilən murdar heyvanın əti dönərxanalarda ola bilər".

Ekspert vurğuladı ki, dönərxanaların problemi təkcə ətin mənşəyi ilə bağlı deyil: “Problemlərdən biri də şişə taxılmış dönər ətinin üzünün ütülməsi, içinin isə bişməməsidir. Bişməmiş ətin içindən mayenin, qan plazmasının axıb hazır dönər ətinin içinə tökülməsidir. Hazır dönər ətinə qarışan bu plazma heyvanda olan xəstəliklərin istehlakçıya yoluxmasına gətirib çıxarır. Burada heyvanların bədənində olan baytarlıq dərmanlarının qalıqları, antibiotiklər, heyvana məxsus digər xəstəliklər həmin plazma vasitəsilə axır və dönərə qarışır. Dönərlər ilk baxışdan insanlar üçün cəlbedicidir. Ona görə ki, o, ütülmüş ətdir, insan da hələ mağara dövründən ütülmüş əti sevir. O baxımdan, insanlar dönəri sevə-sevə yeyirlər. Azərbaycanda mənşəyi bəlli olmayan ətlərdən bişən, içi tam bişməmiş halda istehlakçıya verilən dönərlər əlbəttə ki, təhlükəlidir”.

Nərgiz LİFTİYEVA,
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı dönərxanalarında leş alveri – Gizli səs yazısı

    Bakı dönərxanalarında leş alveri – Gizli səs ...

    18-04-2016, 23:59

  • 
  • Azərbaycanda eşşək pendiri satılır - ŞOK QİYMƏT

    Azərbaycanda eşşək pendiri satılır - ŞOK QİYMƏT ...

    20-04-2017, 16:50

  • 
  • Azərbaycanda ən çox satılan telefonlar – artıq dəbdə yeni cihazlardır

    Azərbaycanda ən çox satılan telefonlar – artıq ...

    19-11-2013, 11:41

  • 
  • Ət niyə bahalaşdı? — SƏBƏB

    Ət niyə bahalaşdı? — SƏBƏB ...

    13-07-2017, 22:12

  • 
  • Bakıda satılan dönərlərlə bağlı ŞOK faktlar

    Bakıda satılan dönərlərlə bağlı ŞOK faktlar ...

    15-04-2014, 10:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu