Dünən günorta saatlarında (ADP) Azərbaycan Demokrat Partiyasının fəalı üzvü Əqiyə Vəliyeva yaşadığı evin yaxınlığında nəməlum şəxslər tərəfindən döyülərək ağır vəziyyətdə 8 saylı klinikaya yerləşdirilib. Aldığımız məlumata görə dünən Azərbaycan Demokrat Partiyasının qərargahı qarşısında yüzə yaxın partiya üzvü toplaşaraq iyunun 17-19-da keçirilmiş “Formula-1″ yarışları ilə əlaqədər etiraz əlaməti olaraq yığıncaq keciriblər. Yığıncağı Nərimanov rayon polis əməkdaşları da müşahidə ediblər. Tədbir dağıldıqdan sonra, partiyanın fəal üzvü olan Əqiyə Vəliyeva axşam vaxtlarında evə qayıdarkən öz yaşadığı ünvanın ərazisində bir qrup şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə 8 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ə.Vəliyevanın yaxınlarına verdiyi məlumata görə, o tədbirdən qayıdarkən təqib olunurmuş. Məlumdur ki, Əqiyə Vəliyevin təqib olunması və ailə üzvlərinin təhdid edilməsi onun ADP-çi olaraq fəal siyasi mübarizəsi və son zamanlar müxalifət düşərgəsinin təşkil etdiyi kütləvi aksiyalarda fəal iştirakı ilə əlaqədardır. Şübhəzis, Əqiyə Vəliyevanın fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir.Təbii ki, Ə.Vəliyevanın və başqa müxalifətçilərin bu gün təqib olunmasında əsas məqsəd narazı olan əhalinin, xüsusi ilə gənclərin gözünü qorxutmaq, onları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir. Hal hazırda xəstə həkim müayinəsindən keçdiyi üçun,dəqiq diaqnoz qoyulmayıb deyərək bildirmişlər. Hadisəylə bağlı Nərimanov rayon polis idarəsində cinayət işi başlanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?