KXCP Yasamal rayon şöbəsinin sədri, tanınmış hərəkatçı Nisəxanım Vəliyeva Yasamal rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.
Sozcu.az-a daxil olan məlumata görə, polis əməliyyatçıları xanım müxalifətçiyə heç bir açıqlama vermədən 29-cu polis bölməsinə aparıblar.
KXCP-dən aldığımız məlumata görə, Nisəxanım Vəliyevanın həbsinin səbəbləri ilə bağlı heç bir açıqlama verilməyib.
Polis bölməsində KXCP üzvünün nəyə görə həbs edilməsi ilə bağlı onlara məlumat verilmədiyini deyən KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki:”Hazırda Nisəxanım Vəliyevanı Yasamal rayon 29-cu polis bölməsindən Yasamal rayon polis baş idarəsinə gətirdilər. Müstəntiq üzvümüzün nəyə görə həbs edilməsi haqqında suallarımın heç birinə cavab vermədi”.
Polislər məni də bölmədən çıxartdılar deyən Xəzər Teyyublu məsələni diqqətdə saxlayan jurnalistlərə və hüquq müdafiəçilərinə təşəkkür etdiyini bildirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?