GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda şok olay - Həkimlər ağır xəstəni polis bölməsinin qabağına atdılar

Bakıda şok olay - Həkimlər ağır xəstəni polis bölməsinin qabağına atdılar

Tarix: 28-07-2017, 13:58 Bölmə :Cəmiyyət Baxış: 418
Bakıda şok olay - Həkimlər ağır xəstəni polis bölməsinin qabağına atdılar


Bu günlərdə Bakıda çağırışa gedən təcili tibbi yardım stansiyasının işçilərinin sərxoş şəxslər tərəfindən döyüldüyü xəbəri yayılıb. Məlumata görə, hadisə gecə yarı paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsində baş verib.


7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının əməkdaşları olan həkim Aynurə Şamilzadə və feldşer Günay Həziyeva çağırış üzrə restoranların birinə gediblər. Lakin iddialara görə, tibb əməkdaşları hadisə yerində xəstənin yaxınları tərəfindən döyülüb. Tibb əməkdaşlarının mətbuata verdikləri açıqlamaya əsasən, xəstə içkinin təsirindən şok vəziyyətdə olub. Yaxınları isə onun xəstəxanaya aparılmasına qarşı çıxıb və mübahisə də bu səbəbdən baş verib.

Lakin qarşı tərəf, xəstə Salmanova Nuriyyə Elman qızı redaksiyamıza gələrək olanları təkzib edib. Şikayətçinin sözlərinə görə, həkimlərin döyülməsi tamamilə yalandır. Əksinə, xəstənin yaxınlarına təzyiq göstərilib: "İyulun 15-də restoranların birinə sünnət toyuna getmişdik. Təxminən saat 11 radələrində restorandan çıxdıq. O anda halım pisləşib, yıxılmışam. Yaxınlarım və tanışımız olan Elvin təcili tibb yardım çağırıblar. Həkimlər iki dəfə mənə iynə vurub, təzyiqimi ölçüblər. Bununla da işlərini bitmiş hesab edərək getmək istəyiblər. Lakin özümə gəlmədiyimi görüb yaxınlarım tələb ediblər ki, məni xəstəxanaya aparsınlar. Tibb əməkdaşları isə bildiriblər ki, mənim kimi xəstəni xəstəxanaya aparmaq üçün səlahiyyətləri yoxdur, qanun buna icazə vermir. Bizimkilər də vəziyyətim ağır olduğu üçün narazılıq ediblər. Lakin həkimlər dirəniblər ki, aparmayacağıq. Təsəvvür edin ki, təcili tibbi yardım maşınının sürücüsü mənə görə xərəyi düşürüb, həkimlər də buna qəzəbləniblər ki, kim sənə icazə verdi ki, xərəyi düşürəsən!".

Şikayətçinin sözlərinə görə, təcili tibbi yardım əməkdaşları mübahisə zamanı bacısı Günel Salmanovanı itələyiblər. Nəticədə bacısı qolundan ciddi xəsarət alıb: "Mübahisənin sonunda tibb əməkdaşları məni xəstəxanaya aparmağa razılaşıblar. Bu zaman bacım təcili tibbi yardım maşınında mənimlə getmək istəyib. Lakin həkimlər buna mane olub və bacımı maşından yerə itələyiblər. Bacım qolundan ciddi yara alıb, sümüyü çatlayıb. Hazırda bacımın qolu gipsdədir və bu barədə tibbi ekspertizadan keçib. Beləliklə, maşına bizim ailəmizin tanımadığı bir restoran işçisini götürərək məni xəstəxanaya aparmaq adı ilə hadisə yerini tərk ediblər".

Şikayətçi bildirib ki, həkimlər onu şok vəziyyətində xəstəxana adı ilə 34 saylı polis bölməsinin qabağına atıblar: "Məni apardıqdan sonra ailəmiz bütün xəstəxanalarda məni axtarıb. Həmin vaxt şok vəziyyətində olduğumdan olanlardan xəbərsiz olmuşam. Elə bu vəziyyətdəcə həkimlər məni xəstəxanaya aparmaqdansa polis bölməsinin qabağına atıblar. Məni ərazidəki skamyanın üstünə qoyublar. Deyilənə görə, bir neçə dəfə skamyadan yıxılmışam, yalnız polislərin köməyi ilə məni yerdən qaldırıblar. Ayılanda onu gördüm ki, polis məndən yaxınlarımın telefon nömrəsini istəyir. Təsəvvür edin ki, həkimlər mənə yardım etmək əvəzinə, köməksiz vəziyyətimdə məni aparıb 34 saylı polis bölməsinin qabağına atıb. Bu hansı qanunda, insanlıqda yazılıb?!"

Şikayətçi olayla bağlı aparılan istintaq haqda da danışıb: "Olaydan sonra bacımı və məni istintaqa çağırdılar, ekspertizadan keçdik. Elvinin isə izahatını alan kimi həbs edib 48 saatlıq cəza verildi. Daha sonra iş prokurorluğa göndərildi və Kürdəxanıda yerləşən təcridxanaya aparılaraq barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarıldı. Hazırda Elvin heç bir günahı olmadan təcridxanadadır. Həkimlər iddia edir ki, guya döyülüb, sağ qolu sınıb. O tibb bacısının qolu necə sınıb ki, saatlarla polis bölməsində 4-5 səhifəlik izahatlar yazıb. Amma mənim bacımın qolu sındığından, o öz izahatını yaza bilmədi, yerinə mən yazdım. Yalnız imza yerinə birtəhər qol çəkə bilmişdi. Bizim ailə üzvlərimizdən heç kəs həkimlərə xəsarət yetirməyib, bu yalandır. Üstəlik, lap tutaq ki, mən içkili olmuşam, hansı qanunda yazılıb ki, həkim şok vəziyyətində olan xəstəni xəstəxana adı ilə polis bölməsinin qabağına atıb getsin?"

Qeyd edək ki, faktla bağlı Xətai Rayon Polis İdarəsi 34-cü polis bölməsində araşdırma başlayıb./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda restoranda qadın həkimləri vəhşicəsinə döydülər (FOTO)

    Bakıda restoranda qadın həkimləri vəhşicəsinə ...

    18-07-2017, 11:03

  • 
  • Bakıda bu adam polis və həkimləri ayağa qaldırdı (VİDEO)

    Bakıda bu adam polis və həkimləri ayağa qaldırdı ...

    5-12-2014, 01:09

  • 
  • Komada olan xəstənin qızıl dişlərini oğurladılar – Sumqayıtda rəzalət

    Komada olan xəstənin qızıl dişlərini oğurladılar ...

    13-08-2016, 00:25

  • 
  • Xəstəxanada müdhiş olay: xəstə qaçarkən dünyasını dəyişdi

    Xəstəxanada müdhiş olay: xəstə qaçarkən dünyasını ...

    10-12-2013, 16:10

  • 
  • Rauf Nağıyevin təcili tibbi yardım biznesi – ŞOK FAKTLAR

    Rauf Nağıyevin təcili tibbi yardım biznesi – ŞOK ...

    22-04-2016, 00:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu