Bir neçə gün öncə Goranboy rayonunun Nadirkənd kənd sakini, əsgər Hümbətov Vüsal Novruz oğlunun cənazəsi ailəsinə təhvil verilib. Lənkəran Sərhəd Dəstəsinin “N” saylı hərbi hissəsinin çavuşu V.Hümbətovun intihar etdiyi bildirilib.
Ailənin tək övladı olan əsgərin intihar etdiyinə inanmayan yaxınları iyulun 28-də, onun yas mərasiminin 7-ci günü Bakı-Qazax magistral yolunu bağlayaraq aksiya keçiriblər. Hadisə iştirakçilarının sözlərinə görə, ailə üzvləri hərbçinin öldürüldüyünü iddia ediblər. “Məzuniyyətə gəlməsinə iki gün qalmışdı. Niyə intihar etsin?” – deyən ailə üzvləri əsgərin ölüm səbəbinin araşdırılmasını tələb ediblər. Faktı mətbuata Nadirkənd kənd icra nümayəndəsi Elşən Verdiyev də təsdiqləyib: “Vüsal Hümbətov bizim kənddə yaşayırdı. Dünən əsgərin 7 mərasimi idi. Təxminən saat 4 radələrində onun anası, nənəsi, xalası, bacısı və digər qohumlar yolu kəsmişdilər. Yas mərasiminə hərbçilər də gəlmişdilər. Onlar da ölüm səbəbini dəqiq bilmirlər. Hazırda araşdırma gedir, yəqin ki, bəlli olacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?