GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gənc anaların silsilə faciəsi: onlar öz isti ocaqlarından niyə qaçır, körpələrinə niyə qıyır?

Gənc anaların silsilə faciəsi: onlar öz isti ocaqlarından niyə qaçır, körpələrinə niyə qıyır?

Tarix: 1-08-2017, 10:40 Bölmə :Cəmiyyət Baxış: 327
Gənc anaların silsilə faciəsi: onlar öz isti ocaqlarından niyə qaçır, körpələrinə niyə qıyır?


Mehriban Zeynalova: “Müasir dövrün bütün yükünü qadının üzərinə yükləmək doğru deyil”

Azad İsazadə: “Əgər bir ana özünü və övladlarını öldürürsə...”

Əhməd Qəşəmoğlu: “Səbəb odur ki, cəmiyyətdəki mənəvi dəyərlərin gücündən lazımı şəkildə istifadə etmirik”


Son vaxtlar gənc anaların dramı ilə tez-tez rastlaşırıq desək yanılmarıq. Belə ki, əvvəllər övlada qarşı həssaslıq dedikdə ağıla analar gəlirdi. İndi isə bu sözü bütün analara şamil etmək olmaz. Çünki son zamanlarda anaların öz övladlarını öldürməsi, övladları ilə birgə intihar etməsi və ya onları atıb “xoşbəxtlik” axtarışına çıxması kimi xəbərlərlə tez-tez rastlaşırıq.

Kimiləri cəmiyyətdəki bu cür eybəcərliklərin artmasının səbəbini qadınların çiyinlərinə düşən ağır yüklə əlaqələndirir, kimisi isə cəmiyyətdəki aqressivliklə.

Maraqlıdır, bəs əslində səbəb nədir? Nəyə görə analar övladlarına bu və ya digər formada qıyır, azyaşlı övladlarını da ataraq qaçırlar?

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bunun səbəbinin qadınların psixoloji gərginliyi ilə əlaqəli olduğunu dedi: “Bu, hamının həyatında var. Kimlərsə psixoloji cəhətdən buna hazır ola bilir, kimlərsə dözmür. Bəzi hallarda müşahidə etmişik ki, qadınların müəyyən bir qismində psixi dəyişikliklər mövcuddur.

Sosial rolların dəyişdiyi bir durumda qadınlar bu qədər yükü öz üzərlərinə götürə bilmirlər. Əvvəllər struktur var idi və bu strukturda kişilərin öz rolu vardı ki, ailənin yükünü daşıyırdı. Yəni kişilər məsuliyyəti, idarəetməni, müdafiə etmək kimi vəzifələri həyata keçirirdilər. Qadın isə evin içində uşaqların tərbiyəsi və inkişafı ilə məşğul olurdu. İndi bu struktur xeyli dəyişib. Qadınların çiyninə daha çox yük düşür. O həm sosial şəbəkələr, televiziyalardan gələn informasiyaları alır, ailədən gələn münasibətlər, uşaqların öhdəlik və vəzifələri, bəzən kişinin də rolunu öz üzərinə götürmək kimi davranışlar ortaya çıxdığından bütün qadınlar bunu daşıya bilmir. Bəzi qadınlarda psixi bir gərginlik, dəyişkənlik var. Bəzən kimsə buna dözür, bəzən intihar edir, bəzən evdən gedib azad olmağı düşünür. Yaxud kimsə həyatını dəyişib özü üçün yaşamaq istəyir və düşünür ki, azadlıqdırsa, nəyə görə mən bu yükü daşımalıyam, bu yük niyə mənim üstümdə olmalıdır və kimlərsə xoşbəxtlik axtarmaq dalınca gedir”.

M.Zeynalova bu gün qadınların daha çox qınaq obyektinə çevrildiyini və bəzi hallarda qadına dəstək vermək lazım olduğunu dedi: “Bu gün qadınları daha çox qınayır, ittiham edirlər. Amma bəzi hallarda qadına dəstək vermək, onu bu çətin durumdan çıxarmaq haqqında düşünmək lazımdır. Müasir dövrün bütün yükünü qadının üzərinə yükləmək doğru deyil. Düzdür, gender bərabərliyindən danışırıq. Amma psixoloji cəhətdən, körpəlikdən bu qadınlar bu ağırlığı daşımağa hazırlanmır. Bizdə nəyə hazırlayırlar - ərə gedəcəksən, ərin sənə baxacaq və sairə. Axı bu artıq ənənəvi deyil. Ər bütün bu yükü götürmür ki, qadın digər yükü öz üzərinə götürsün. Bu baxımdan, mən düşünürəm ki, hadisələrin bu cür cərəyan etməsinin səbəblərindən biri psixoloji gərginliklərlə bağlıdır. Ola bilsin, qadın özünə hesabat vermir ki, mən uşağımı atıb gedirəm. Yəni əvvəlki o övlada bağlılıq məsələsinə qədər o psixoloji gərginlik dəyişə bilib. Bizim şüurumuzda, davranışımızda bu dəyişikliklər baş verir”.

Psixoloq Azad İsazadə son vaxtlar cəmiyyətdə aqressivliyin artdığını dedi: “Əgər bir xanım özünü və övladlarını öldürürsə, ilk növbədə biz məişət zorakılığı haqda düşünməliyik.

Deməli, bu xanım o qədər dəhşətli təzyiqlərə məruz qalıb ki, o heç uşaqlarının da dünyada qalmasını istəmir. Bu bir versiyadır. Sözsüz ki, istisna etmirəm ki, bəlkə də hansısa bir ruhi pozuntu da ola bilər. Uşaqlarını qoyub qaçan ana da həmin versiyalara uyğundur. Ümumiyyətlə, cəmiyyətdə aqressivlik artıb və bu da istər-istəməz məişət davranışlarında hiss olunur. Autaqressiya - özünə qarşı aqressiyadır. Sui-qəsdlə nəticələnən aqressiyadır. Onun ikisinin kökü də eynidir. Bəzi insanlarda aqressiya kimlərəsə qarşı, bəzilərində özlərinə qarşı olur”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bütün bunların cəmiyyətdə günü-gündən mənəvi dəyərlərin itməsi ilə əlaqəli olduğunu dedi: “Cəmiyyət o vaxt tənzimlənir, arzuolunan halda olur ki, orada tənzimləyici mənəvi dəyərlər olur.

Təəssüf ki, biz bu işi başlı-başına buraxmışıq. Cəmiyyət günü-gündən mürəkkəbləşir. Belə cəmiyyətdə elmi təminat olmadan, arzu edilən kimi onları idarə etmədən davam etmək mümkün deyil. O zaman bu cür eybəcər hallar çoxalacaq. Hər gün sayta çıxan 3-4 bu cür hallarla bağlı xəbərlər oxuyuruq. Bütün bunlar onunla bağlıdır ki, biz cəmiyyətdə mənəvi dəyərlərin gücündən lazımi şəkildə istifadə etmirik. Bizə təcili şəkildə elmə əsaslanmış fəaliyyət proqramı lazımdır. Orta məktəbdə savadı lazımi səviyyədə olmayan bu qadınlarımız sosial şəbəkələrdə arzu olunmayan proseslərlə, insanlarla rastlaşırlar. Buna da onların mənəvi, intellektual durumu hazır deyil. Ona görə də bu cür əcaib nəticələr ortaya çıxır. Mən ekspert olaraq həyəcan təbili çalaraq deyirəm ki, bu məsələlərə müdaxilə edilmədikcə, belə eybəcər hallar daha da artacaq. Bu hələ üzə çıxan xəbərlərdir. Üzə çıxmayanlar bundan dəfələrlə çoxdur. İndi mən hansı məsul şəxsi çağırıb desəm ki, gəlin bu məsələlərlə məşğul olaq, deyəcəklər ki, Əhməd müəllim öz biliyini nümayiş etdirir. Amma bütün dünyada bu kimi şeylərə elmi yanaşılır, müdaxilə edilir və bizdə də buna ehtiyac var. Əgər kimsə bunu çətin hesab edirsə, mən o fəaliyyət proqramını hansı səviyyədə istəyirlərsə, hazırlayım. Təki bu işi görən olsun”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş Prokurorluqdan analara tövsiyə - UŞAQLARLA BAĞLI

    Baş Prokurorluqdan analara tövsiyə - UŞAQLARLA ...

    25-07-2017, 12:38

  • 
  • Bakıda ana faciəsi

    Bakıda ana faciəsi ...

    25-11-2013, 14:43

  • 
  • Analar üçün ən yaxşı və ən pis ölkələr

    Analar üçün ən yaxşı və ən pis ölkələr ...

    20-06-2013, 01:09

  • 
  • Könül Ordubadi: ”Valideynlər övladları ilə dost olmalıdırlar”

    Könül Ordubadi: ”Valideynlər övladları ilə dost ...

    31-07-2015, 10:29

  • 
  • Dünəndən intiharı ilə bütün Bakını silkələyən qadının DƏHŞƏTLİ intihar səbəbi - Sən demə əri... - VİDEO

    Dünəndən intiharı ilə bütün Bakını silkələyən ...

    16-05-2017, 16:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu