GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qardaşlıq körpüsünü inşa edənlər – Mübariz Mənsimov

Qardaşlıq körpüsünü inşa edənlər – Mübariz Mənsimov

Tarix: 14-08-2017, 19:50 Bölmə :Cəmiyyət Baxış: 607
Qardaşlıq körpüsünü inşa edənlər – Mübariz Mənsimov


O, xalqının fəxri, millətinin qürur mənbəyi, sadə insanların güvən yeri, bəzilərininsə qibtə mənbəyidir


Ön söz: Hər kəs bu dünyaya müəyyən missiya ilə gəlir. Biriləri həyatda istədiyi kimi, digərləri bacardığı kimi yaşayır. 22 mart 1968-ci il tarixində dünyaya göz açan Mübariz Mənsimovun missiyası tarixin özünü dəyişə biləcək qədər böyük olacaqdı. Belə ki, bu missiyanın leytmotivini qurub-yaratmaq, yaşayıb-yaşatmaq, qəlblərdən qəlblərə məhəbbət körpüsü salmaq təşkil edəcəkdi. Bugünkü qəhrəmanımız sözün hər mənasında, türk dünyasının qəhrəman oğludur. Bir millət, iki dövlət fəlsəfəsinin layiqli təmsilçisi Mübariz Mənsimov dünyaya türk etalonunu müxtəlif spektrlarda tanıda bilib. Keçdiyi yarım əsrlik nümunəvi həyat yolu ilə hər kəsə əsl türk oğlunun tarixi missiyasını anladıb. Qısa arayış 9 uşaqlı zəhmətkeş bir ailənin övladı olan Mübariz Mənsimov hərbçi babasının təkidi ilə Bakıda hərbi məktəbə qəbul olub və təhsilini universitetdə davam etdirib. Sovet ordusunun kəşfiyyatında müxtəlif vəzifələrədək yüksəlib və 1985-ci ildə təyinatla Almaniyaya göndərilib. 1989-cu ildə ermənilər Azərbaycanın ərazi bütövlüyünə təcavüz etməyə başladıqdan sonra Mübariz də digər həmvətənləri kimi bədxahlara qarşı mübarizəyə qoşulub. O, etiraz əlaməti olaraq erməni generalı ilə mübahisəyə qalxıb və hərbi karyerasına çiçəklənən bir dövrdə son qoyub. Bundan sonra Mübariz həyatın sərt üzü ilə qarşılaşsa da, əlinin zəhməti və iti zəkası ilə çətinliklərə sinə gərib. Mübariz ruhu qısa müddətdə onu layiq olduğu zirvələrə gətirib çıxarıb. Bu gün o, dünyanın ən böyük 7 dənizçilik şirkətindən biri olan Palmali Şirkətlər Qrupunun təsisçisi və rəhbəridir. Bununla belə, M.Mənsimov zəhmətin, təhsilin nə olduğunu hamıdan yaxşı bilir, sadə insana layiqincə dəyər verir. Çünki dünyaya kasıb ailədə göz açıb və təhsili, savadı, o cümlədən əzmkarlığı nəticəsində fəhlədən holdinq rəhbəri vəzifəsinədək yüksələ bilib. Məhz elə buna görədir ki, bu gün Palmali şirkətinin hesabına yüzlərlə insan təhsil alır, minlərlə insan çörəkpulu qazanır. Xalqının ayrılmaz parçası Mübariz Mənsimov xalqının və cəmiyyətinin ayrılmaz bir parçasıdır. O, qardaş ölkədə yaşasa da, diqqət və qayğısını bir an belə olsun doğulub boya başa çatdığı vətənindən əksik etmir. Azərbaycan iqtisadiyyatına, idmanına, təhsilinə, səhiyyəsinə qoyduğu sərmayələri, açdığı yeni-yeni iş yerlərini nəzərə almasaq belə, əminliklə deyə bilərik ki, onun vətənindəki xeyriyyəçilik fəaliyyəti xalqına olan tükənməz sevgisinin bariz nümunəsidir. Xalq artisti Baloğlan Əşrəfovun, mərhum aktyorumuz xalq artisti Yaşar Nurinin, ANS şirkətlər qrupunun rəhbəri Vahid Naxışın müalicəsi onu deməyə əsas verir ki, Mübariz Mənsimov xalqının sevdiyi, dəyər verdiyi insanlara sahib çıxmağı bacarır. Bu, hələ aysberqin görünən tərəfidir. 2 Adları geniş ictimaiyyətə məlum olmayan yüzlərlə insan məhz Mübariz Mənsimovun şəxsi təşəbbüsü, qayğısı və nəvazişi nəticəsində şəfasına qovuşub. Heç təsadüfi deyil ki, M.Mənsimov ata yurdu Masallıda səhiyyənin səviyyəsinin yüksəldilməsi və sadə vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bir-sıra xeyirxah işlərə imza atıb. Masallı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Cəlil Nəzərovun sözlərinə görə, Mübariz Mənsimov 2008-ci ildə adıçəkilən xəstəxanaya təmənnasız olaraq 95 min dollarlıq vəsait ayırıb. “Mübariz müəllim vətənə bağlı bir insandır. O, əsil azərbaycanlıdır. Mən Türkiyədə olan zaman Mübariz müəllim İstanbul Universitetinin Tibb Fakültəsi ilə danışdı. Nəticədə bizim xəstəxananın 20-yə yaxın işçisi orada kurs keçdilər” – deyən həkim M.Mənsimovun ata yurdu üçün gördüyü digər işlərdən də ağızdolusu danışıb: “Mübariz müəllim kəndimizin fəxridir. O, kəndimiz üçün yol saldırıb, qaz çəkdirib, məscid tikdirib. Bu gün də imkansız adamlara kömək edir. O, hər dəfə kəndə gələndə problemlərimizlə maraqlanır”. Məşhur azərbaycanlının fəaliyyəti ilə bağlı Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbinin direktoru Xudaqulu Tahirov da danışıb. O, direktoru olduğu məktəbin M.Mənsimovun vəsaiti ilə tikildiyini söyləyib: “Miyankü kənd məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Mübariz müəllimin vəsaiti hesabına tikilib. Məktəbimizin adını daşıdığı şəhid Nadir Aslanov Mübariz müəllimin doğma əmisi oğludur. Ümumiyyətlə, onun ailəsində ermənilər tərəfindən qətlə yetirilmiş yeddi şəhid var və şəhidlərin ən yaşlısı 21 yaşındadır.” Mübariz Mənsimovun ermənilərə qarşı nifrəti təsadüfi deyil. O, mübariz ruhlu bir ailənin, bir nəslin yetirməsidir. Şəhid olmuş yaxın qohumları vətəni canları bahasına qoruduqları kimi, o da vətəninin çiçəklənməsi üçün, sözün əsl mənasında, can qoyur. Göründüyü kimi, ermənilərə qarşı antipatiya şəxsi düşmənçiliyin təcəssümü deyil, daha çox xəstə təxəyyüllü toplumun bütöv bir xalqa qarşı yönəlmiş nifrətinə qarşı mübarizənin göstəricisidir. “Bu gün şirkətlərimizin hər hansı birində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm, dərhal işdən qovaram. Ermənilərə qarşı həmişə antipatiyam olub. Ailəmdə yeddi şəhid var və ən yaşlısı 21 yaşındadır. Erməniləri sevmək məcburiyyətində deyiləm, onlar da məni sevməsin” – deyən Mübariz Mənsimov zamanında milli qəhrəman Mübariz İbrahimovun nəşinin geri alınması üçün ermənilərə çox yüksək məbləğdə pul da təklif edib. Xoşbəxtlikdən dövlət başçısının səyi nəticəsində şəhidin nəşi qeyri- şərtsiz ölkəmizə qaytarılıb. Mübariz Mənsimov milli dəyərlərimizə, dövlətçiliyimizə, dövlət atributlarımıza həssaslıqla yanaşan ziyalılardandır. Azərbaycançılıq məfkurəsi Bir zamanlar Palmali Şirkətlər Qrupuna aid olan Bodrumun “Palmarina” istirahət mərkəzində Azərbaycan bayrağına və Bakı şəhərinin loqosuna qarşı edilmiş hörmətsizlik Mübariz Mənsimovun haqlı etirazına səbəb olub. O, “İnstagram”dakı şəxsi hesabında paylaşım edərək, “Azərbaycan bayrağına hörmətsizlik edənin ciyərini sökərəm” deyə narazılığını ifadə edib. Bundan başqa o, bayrağımızın yalnız ermənilərin gözünə girə biləcəyini qeyd edib. Yeri gəlmişkən, qeyd edək ki, M.Mənsimov “Palmarina”nı satdıqdan sonra istirahət mərkəzi ilə bağlı müştərilərin 3 şikayətləri çoxalmışdı. Bu və digər səbəblərə görə, Palmali rəhbəri sözügedən istirahət mərkəzini geri almaq qərarına gəlib. O, 2018-ci ildən yenidən “Palmarina”nın sahibi olacağını bildirib. Bayrağa, xalqa, dövlətçiliyə bağlılıq, həmçinin sadə insana verilən yüksək dəyər məşhur iş adamının incə ruhundan xəbər verir. Ana vətənində günahsız insanların qətli onu narahat edən ən böyük problemlərdən biridir. İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 1 yaşlı Zəhranın və 51 yaşlı nənəsinin erməni vandalları tərəfindən qətlə yetirilməsi məşhur iş adamını narahat etməyə bilməzdi. O, elə həmin gün öz haqq səsini ucaldaraq məsələyə hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını dünya ictimaiyyətindən tələb edib: "Bu terror və faşizmdir. Dinc əhalinin hədəfə alınması əsla və əsla qəbuledilməzdir. Bunu bütün dünya görməli və bu hadisəyə susmamalıdır". Əbədiyaşar dostluq Göründüyü kimi, Mübariz Mənsimov böyükdən kiçiyə hər bir Azərbaycan türkünün dostudur. Bununla yanaşı onun şəxsi dostları da var və o, dostluğa çox yüksək qiymət verməyi bacarır. Belə ki, "Palmali Şirkətlər Qrupu"nun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri, 20 illik dostu Natiq Əliyevin adını verib. Bu barədə açıqlamasında M.Mənsimov incə duyğularını olduğu kimi ifadə edərək deyib: “Bu gəmi çox özəl bir gəmidir. Buzları belə qıraraq üzən gəmi... Dünya sularında olacaq və dostumun adını okeanlarda tanıdacaq. Natiq Əliyevi yalnız Azərbaycan deyil, bütün Türk dünyası itirdi. Mən isə ən yaxın dostumu..” Əslində, yaxın dostun adının məhz buzqıran gəmiyə verilməsi ictimaiyyət üçün bir mesajdır. Bu o deməkdir ki, həqiqi dostluq qəlblərdəki buzları qırıb keçəcək, əridəcək qədər güclü olmalı, əbədiyyətədək yaşamalıdır. Mübariz Mənsimovun yaşatdığı tarixi şəxsiyyət adlarını sıralamaqla bitmir. Ulu öndərimiz Heydər Əliyevin, həmçinin xalqımızın dəyər verdiyi digər görkəmli türk oğullarının adları onun gəmiləri vasitəsilə okeanları, qitələri fəth edir. Mübariz Mənsimovun türk dünyasına məhəbbətini ehtiva edən xidmətləri bununla bitmir. Vətənim - Türk dünyası Mübariz Mənsimov işgüzar fəaliyyətini dünyanın ən nəhəng dövləti olan Rusiyada başlasa da, vətən olaraq Türkiyəni seçib. Bu da təsadüfi deyil. O, türk xalqlarını təmsilən bütün dünyaya türk fenomenini tanıtmağa çalışır. Belə ki, ən böyük türk dövləti olan Türkiyənin çiçəklənməsi ümumən türk dünyasının güclənməsi, intibahı deməkdir. Həmyerlimiz qardaş dövlətin qət etdiyi uğurlu yolu özünəməxsus şəkildə dəyərləndirir: “Müasir Türkiyə bu gün bütün müsəlman dünyasının modelidir. Bu müasir xəttin pozulmaması, davam etməsi lazımdır. Rəcəb Tayyip Ərdoğan Türkiyənin tarixdə Mustafa Kamal Atatürkdən sonra ən böyük lideri, ən böyük şansıdır. Çox gözəl işlər həyata keçirib və keçirəcəyinə inanıram. Mənə görə prezident üsul idarə sisteminin Türkiyəyə çox böyük faydası olacaq. İndi dünyada bir çox ölkə bu sistemlə idarə edilir. Dünya siyasi platformasında məcburən hər kəs sözünü dinləyir. Prezidentimizin gələcəyə baxışı sayəsində bir çox doğru və gözəl işlər görülüb. Məsələn, səhiyyə və təhsil sektorunda bir çox uğurlu addımlar atılıb, vətəndaşların işi asanlaşıb. Böyük 4 layihələrlə tanış olduq, Mərmərə, Avrasiya tuneli, sürətli dəmiryolu xəttləri, avtomobil şoseləri və sair. İxracat və turizmdə rekorda imza atıldı. İxracat edilməyən ölkə demək olar ki, yoxdur. 10 il ərzində daha da gözəl işlər olacaq. Allah qismət etsə, yaşayıb görəcəyik. Doğrusu, xaricilərin böyük əksəriyyəti 20 il əvvəlin Türkiyəsinin prezidentini tanımırdılar. Amma bu gün dünyanın bir çox ölkəsində hətta uşaqlar da Ərdoğanı tanıyır”. Qardaş ölkənin ictimai-siyasi və işgüzar həyatında fəal şəkildə iştirak edən mübariz ruhlu həmyerlimiz Türkiyəyə düşmən kəsilmiş xarici qüvvələrin qarşısında hər zaman sipər olacaqlarını da dilə gətirməkdən çəkinmir: “15 iyul demokratiya və milli birlik üçün imtahan günü oldu. Biz hamılıqla bu imtahandan alnıaçıq, üzüağ, zəfərlə çıxdıq. Çünki biz vicdanımızın səsi ilə hərəkət etdik və xalqın qanuni qolla seçdiyi dövlət başçısının yanında olduq. Davamlı inkişafda olan Türkiyəni gözü götürməyənlər çoxdur. Lakin biz yeni-yeni nailiyyətlərimizlə, uğurlarımızla onlara layiqli cavabı vermişik və bundan sonra da verəcəyik”. Bir millət, iki dövlət Fəaliyyətinin prioritet istiqaməti türk dünyasının inkişafı olan Mübariz Mənsimov Türkiyə və Azərbaycan qardaşlığından da ağızdolusu danışır. “Böyük dövlət adamı, ulu öndər Heydər Əliyev zamanında çox gözəl ifadə etmişdi: “bir millət, iki dövlət”. Həqiqətən də iki ölkə arasındakı münasibətləri ifadə etmək üçün bundan dəyərli bir söz ola bilməz. Biz Oğuz boyundan gələn bir millətin iki dövlətiyik”. Həmyerlimiz iki aparıcı dövlətin bugünkü inkişafından da məmnunluğunu bildirir: “Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin inkişafı hər sahədə özünü göstərir. Azərbaycan bu gün idman, neft sənayesi, mədəniyyət və digər sahələrdə əksər dövlətlər üçün etalona çevrilib. Azərbaycan cəmi iki onillik ərzində çoxlarının arzuladığı zirvələri fəth edə bilib. Türkiyənin də son 15 ildə sürətli inkişafı inkaredilməzdir. Artıq Türkiyə inkişaf etməkdə olan dövlətdən inkişaf etmiş aparıcı bir dövlətə çevrilib. Bu gün Türkiyə nəinki regionda, hətta qlobal dünyada söz sahibinə çevrilib. Bu isə hər bir türk övladı kimi məni də çox sevindirir”. Meyvə verən ağac... Çox təəssüf ki, Mübariz Mənsimovun sevincinə sevinməyənlər də var. Onun qət etdiyi zirvələr xalqının fəxarət yeri, millətinin qürur mənbəyi, sadə insanların güvən yeri, bəzilərininsə qibtə mənbəyidir. Türkiyə və Azərbaycanın inkişafını gözü götürməyən sapı özümüzdən olan baltalar olduğu kimi, türk oğlunun uğurlarına kölgə salmaq istəyən ünsürlər də az deyil. Atalar demişkən: “meyvə verən ağaca daş atan çox olar”. Ötən ay “PalSüd” şirkəti ərafında süni şişirdilmiş “əməkhaqqı problemi” bədxahların növbəti uğursuz oyunundan xəbər verirdi. Əslində, bu məsələyə toxunmaya da bilərdik. Lakin həqiqət yerini tapsın deyə, araşdırmamızın nəticəsini sizlərə təqdim edirik. Əvvəla, hadisələri qabaqlayaraq bildirmək istəyirik ki, hər kəsin əməkhaqqının qəpiyinədək ödənilməsi onu göstərdi ki, problem süni ajiotaj yaradılması üçün qabardılmışdı. İkincisi, iddia olunan 2 milyon manat illik dövriyyəsi milyardlarla dollar həcmində ölçülən Palmali Şirkətlər Qrupu üçün çox kiçik bir rəqəmdir və dünya şöhrətli bir şirkət bədxahlara rəvac verməmək üçün bu cür kiçik bir problemin yaranmasına imkan 5 verməzdi. Üçüncüsü, Azərbaycanda inflyasıyanın illik faizinə baxmayaraq, “Pal” brendi ilə istehlakçılara təqdim olunan ağartı məhsullarının qiyməti yarandığı gündən bəri dəyişməz olaraq qalıb. Bu isə Palmali Şirkətlər Qrupunun aylıq 1 milyon manata yaxın dotasiyası hesabına başa gəlir. Deməli, cənub bölgəsində yüzlərlə insanı işlə təmin etmiş Palmali Şirkətlər Qrupu həm də Azərbaycan istehlakçılarının mənafeyini düşünür. Ümumiyyətlə, Mübariz Mənsimov üçün ən başlıca amil insandır, onun rifahıdır. Bu insan türk övladı olduqda, məqsəd və hədəflərin diapazonu daha da böyüyür. Təsadüfi deyil ki, M.Mənsimov dəfələrlə çıxışlarında belə bir önəmli fikri ifadə edib: “Türk xalqı üçün inşa etdik, elə də qalacaq”. Son söz əvəzi: Həyat ssenarisi mələklər tərəfindən yazılmış, Ulu Tanrı tərəfindən səhnələşdirilmiş bir tamaşadır. Bəziləri bu tamaşada baş rol ifaçısına çevrilir, bəzilərinin qismətinə epizodik rolları ifa etmək düşür. Heç şübhəsiz ki, həyatlarını tragediya, dram janrında yaşayanlar kimi tragi-komik ömür sürənlər də olur. Xoşbəxtlikdən taleyinə böyük bir millətin qəhrəmanı olmaq, toplumu işıqlı gələcəyə doğru aparmaq kimi missiya yazılmış insanlarımız da var. Onlardan biri də mübariz ruhlu Mübariz Mənsimovdur.

Natiq Qocaman
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mübariz Mənsimov Bakıya gəlib

    Mübariz Mənsimov Bakıya gəlib ...

    28-05-2013, 16:30

  • 
  • Mübariz Mənsimov türk iş adamını döydü

    Mübariz Mənsimov türk iş adamını döydü ...

    14-05-2017, 20:16

  • 
  • Mübariz Mənsimov Metris həbsxanasında (FOTO)

    Mübariz Mənsimov Metris həbsxanasında (FOTO) ...

    9-01-2014, 13:23

  • 
  • Mübariz Mənsimov: "Nə İŞİD? Dürüst olun!"

    Mübariz Mənsimov: "Nə İŞİD? Dürüst ...

    23-11-2015, 14:59

  • 
  • Mübariz Mənsimov UEFA-nı tənqid etdi

    Mübariz Mənsimov UEFA-nı tənqid etdi ...

    23-07-2013, 13:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu