GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dünyada zorlama halları - Azərbaycan da belə mübarizə apara bilər

Dünyada zorlama halları - Azərbaycan da belə mübarizə apara bilər

Tarix: 16-08-2017, 11:00 Bölmə :Cəmiyyət Baxış: 554
Dünyada zorlama halları - Azərbaycan da belə mübarizə apara bilər


5 ildən başlayan həbslər, yüksək təzminatlar və qamçı cəzası...

Son vaxtlar Azərbaycan mətbuatında zorlama xəbərlərinin sayı artıb. Beyləqanda baş verən dəhşətli hadisədən - bir məktəbli qızın 3 il boyunca sinif yoldaşları tərəfindən zorlanmasından sonra cəmiyyətdə bu sayaq hallarla bağlı şikayətlər çoxalıb. İlkin yaranan fikir budur ki, bu cür xəbərlər çoxaldıqca cəmiyyətdə ona qarşı immunitet yaranır, bunu yaratmağa çalışırlar.

Xüsusən də baş vermiş hadisələrdə serialların məsuliyyət payını görənlər də az deyil. Türkiyənin “Kanal D” kanalında “Fatmagülün suçu nə” serialı 4 oğlanın bir qızı zorlaması, ardınca isə oğlanlardan birinin həmin qızla ailə qurub, xoşbəxt olması ssenarisi insanların hadisələrə yanaşmasında, dözümündə, reaksiyasında bir fərqlilik yaradır.
Oxucular niyə bu xəbərlərə meyl edir, daha çox oxuyur?
Amma oxucular arasında da bu sayaq xəbərlərlə maraqlananların sayı xeyli artıqdır. Zorlama xəbərləri saytlarda, xəbər verilişlərində ən çox diqqət görənlər kateqoriyasındadır. Bunun bir neçə səbəbi var. Evində azyaşlı uşağı olan və ya ailəli adamlar belə xəbərləri oxumaqla özlərini bir növ bu hadisələrdən sığortalamağa çalışırlar. Yəni cinayətkarın hansı psixologiya və strategiya ilə hərəkət etdiyini bilmək üçün bu xəbərləri oxumaq bir növ şərtdir. Yəni valideyn xəbərləri oxumaqla bir növ övladını hansısa formada qoruyur, onu bu cür manyaklardan uzaq tutmaq üçün təlimatlandırır. Bir sözlə, bu xəbərlərin yüksək reytinqlə oxunmasını təkcə “bəzi insanların cinsi aclığı” ilə əlaqələndirmək doğru deyil.

Rəylərə keçmədən xatırladaq ki, ümumən dünya ölkələri arasında qadınların zorlanması üzrə lider ölkə Hindistandır.
Hindistanda yerli və xarici qadınların zorlanması artıq adət halına çevrilib. Çoxmillətli ölkədə hər 20 dəqiqədən bir qadın zorakılığına rast gəlinir. Təqdim olunan hesabata əsasən, Hindistanda zorlama halları 2010-cu ildən bəri 7,1 faiz artıb. Həmçinin o da qeyd olunur ki, Hindistan dünyada yeganə yerdir ki, bir qadın oraya getməzdən öncə iki dəfə düşünməlidir.
Psixoloji araşdırmalar isə müəyyən edib ki, ümumən cinsi təcavüzün kökündə psixoloji problemlər dayanır. Zorlamaya məruz qalanlar əksər hallarda bu faktı gizlədir. Bu da gələcəkdə daha da ağır nəticələrə gətirib çıxarır.
Hətta evində, həyat yoldaşı tərəfindən təcavüzə uğrayan qadınlar da var ki, bu halların əsas psixoloji səbəbi cinsi səmimiliyin olmamasındadır. Araşdırmalara görə, cütlüklər arasında cinsi səmimiyyət olmayanda ailədə heç nə harmoniya yarada bilmir. Eyni zamanda bura sosial-maddi çətinlikləri, kənar müdaxilələri də əlavə etmək olar. Maddi problemlər qadını işləməyə vadar edir və beləcə ailədə əri ilə narazılıq yaranır. Ər evi tam təmin edə bilmədikdə daha da aqressivləşir, sanki öz qəzəbini ən yaxında olanlara tökür.

Avropa və Amerikada təcavüz cəzaları - həbs, yüksək təzminat və...

Amma inkişaf etmiş dünya ölkələrində zorlama ilə bağlı bir-birindən fərqli cəzalar tətbiq olunur. Almaniyada cinsi cinayətlərlə bağlı qəbul edilən qanuna görə, qurbanın özünü aktiv şəkildə qoruya bilmədiyi bütün cinsi şiddət hadisələri təcavüz kimi cəzalandırılır. Belə ki, qurbanın mimika və sözlü ifadə ilə cinsi aktı istəmədiyini bildirməsi cəzalandırmaya birbaşa əsas yaradır. Qurbanın “yox” deməsinə baxmayaraq, onun istəyi xaricində edilən cinsi aktın cəzası 5 ilə qədər həbs cəzası ilə müşayiət olunacaq.
Türkiyədə isə cinsi xarakterli sözlər də cinsi istismar kimi xarakterizə olunur. Amma Türkiyədə cinsi cinayət törətmiş şəxsin cəzalandırılması üçün buna məruz qalan şəxsin şikayətçi olması vacibdir. Cinsi istismara yol verən şəxs 2 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Amma fiziki təmasın gerçəkləşdiyi cinsi istismar cinayətləri 2 ildən 10 ilə qədər həbs cəzasına layiq görülür. Cinayətkarın cəzalandırılması üçün cəhdin cinsi münasibətlə nəticələnməsi vacib deyil. Məsələn, təcavüzə təşəbbüs və ya əllə toxunmaq cinsi hücum olaraq qəbul edilir. Təcavüz isə ayrı bir kateqoriyada qiymətləndirilir və onun cəzası 7 ildən 12 ilə qədər həbsdir.

Fransada cinsi cinayətlərlə bağlı Almaniyada qəbul ediən qanun layihəsinə bənzər bir düzənləmə var. Fransadakı qanunda təcavüzün miqyası geniş tutulur. Təhdid və ya “ani” cəhdlərlə cinsəlliyə zorlayıcı hərəkətlər təcavüz kateqoriyasında qiymətləndirilir. Bunun cəzası isə 20 ilə qədər həbslə yekunlaşır. Sözlə təkrarlanan cinsi istismarlar isə yüksək pul cəzaları və 2 ilə qədər həbs cəzasını özündə əks etdirir.

İtaliyada cinsi cinayətlərlə bağlı sərtləşdirilmiş qanunun qüvvəyə minməsinin üstündən xeyli vaxt keçib. 1996-cı ildəki qanuni düzəlişlər qüvvəyə minənə qədər evlilikdəki cinsi zorakılıqlara göz yumulurdu. Amma 20 ildən artıqdır ki, evlilik içindəki cinsi zorakılıqlar da daxil olmaqla, digər zorlama xarakterli cinayətlər 10 ilə qədər həbs cəzası ilə yekunlaşdırılır

İsveçrədə isə cinsi münasibət xaricindəki bütün arzu edilməyən cinsi davranışlar “cinsi zorlama” olaraq adlandırılır. Amma nəzərdə tutulan cəzalar eynidir: 10 ilə qədər həbs. Hər iki hadisənin gerçəkləşdiyini demək üçün də qurbanın müdafiə halında, cinayətkarın isə müqavimətə şüurlu şəkildə qarşı gəlməsi təsdiqlənməlidir. Psixoloji təzyiq də zorlayıcı hərəkətlər kimi xarakterizə olunur. İsveçrədə ümumiyyətlə, 2004-cü ildən etibarən evlilik daxilində baş tutan təcavüzlər cəzalandırılır.

İsveç qanunlarına görə, bədənin çılpaq şəkildə qoyulması 2 ilə qədər həbs cəzasını nəzərdə tutur. Müdafiəsiz vəziyyətdə olan bir insandan - sözügedən şəxs yuxuda və ya narkotikin təsiri altında olanda - faydalanmaq təcavüz olaraq qiymətləndirilir. 2013-cü ildə dəyişdirilən bir qanunla qorxduğu üçün özünü qoruya bilməyən və ya uyumu pozmamaq təzyiqi altında qarşı-qarşıya gələn insanlara yönəlmiş cinsi aksiyalar da artıq təcavüz olaraq qiymətləndirilir.
ABŞ-da isə cinsi cinayətlərlə bağlı qanuni düzənləmələr ştatlara görə fərqlilik göstərir. Amma ştatlar arasındakı fərq böyükdür. Bəzi ştatlardakı qanunlar olduqca liberal özəlliklər daşıdığı halda, bəziləri xeyli konservativdir. Kaliforniyada 2014-cü ildən bəri qüvvədə olan qanunda “Bəli, bəli deməkdir” qanunu keçərlidir. Buna görə də hər iki partnyorun cinsi akt öncəsi “hə” deməsi, ən azından mimikaları ilə razılıq verməsi vacibdir. Ancaq bu qayda hər kəs üçün keçərli deyil. Sadəcə dövlət universitetində təhsil alan şəxsləri əhatə edir. Çünki ABŞ-da xüsusən universitetlərdə cinsi cinayətlərin faizi diqqətçəkən şəkildə yüksəkdir.

Amerikanın keçmiş prezidenti Barak Obama məhz bu mövzuda müəyyən çıxışlar etmişdi. Ağ Saray 2014-cü ilin sonunda məktəb yoldaşları tərəfindən cinsi zorlama ilə qarşı-qarşıya qalanların səssiz qalmaması üçün çağırış etmişdi.
Səudiyyə Ərəbistanında isə cinsi cinayətlər çox ağır cəzalara məruz qalır. Təcavüz cinayətinin cəzası edamdır. Amma cəzanın miqyası, təcavüz edənin evli və ya subay olmasına görə dəyişir. Evli kişilər sərt cəzalar alır. Amma Səudiyyə Ərəbistanında qurbanın təcavüz zamanı aktiv durumda olduğu təsdiqlənərsə, qurban da cəza ala bilər. Ərindən qeyri bir şəxslə görüşdüyü zaman təcavüz baş tutarsa, bu halda qadın da həbsə göndərilə və ya qamçı cəzası ala bilər. Bir çox ərəb ölkələrində təcavüz edən şəxs evli olduğu halda cəza ala bilir.

Zorlama xəbərlərinin artması şüuraltı infeksiya yaradır

Araşdırmalar sübut edir ki, KİV-də belə məlumatların çoxalması və çılpaq şəkildə təqdim edilməsi cəmiyyətdə zorakılığa meylləri artırmaqla yanaşı, oxucu və ya tamaşaçılarda müəyyən psixoloji xəstəliklər də yaradır. Bəzən avtomobil qəzasında insan vəfat edir, onun ölüm prosesini və ya cəsədini yaxın planda göstərirlər. Ona baxan insan psixi travma alır, müxtəlif fobiyalar (qorxular) yaranır. Məsələn, ölüm qorxusu, avtomobilə minmək, yola çıxmaq, televiziyaya baxmaq, xəbər oxumaq və sair yüzlərlə belə qorxular yarana bilər. Bu məqamlara diqqət etmək lazımdır.
Belə xəbərlərin çoxalması elə zorakılığın təbliği deməkdir. Buna şüuraltı infeksiya deyilir. İnsan zaman-zaman o yola getməyə başlayır. Zorakılıqlarla bağlı məlumatları mütəmadi yaymaqla əslində biz insanları həmin yola sürükləyirik. Bu zəhərlənmə isə günlərin birində mütləq öz acı fəsadlarını göstərir. Məsələn, rəsmi məlumatlara görə, son zamanlar Azərbaycanda ailədaxili münaqişələrin sayı artıb. Ağır cinayətlər də əsasən ailədaxili münaqişələr zamanı baş verir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zorlanan 15 yaşlı qızın atasından uşağı oldu

    Zorlanan 15 yaşlı qızın atasından uşağı oldu ...

    5-07-2013, 18:55

  • 
  • Ana oğluna təcavüz etdi

    Ana oğluna təcavüz etdi ...

    8-08-2014, 02:45

  • 
  • Afrikalı 10 yaşlı azərbaycanlı qızı zorladı - Azərbaycanlılarla afrikalılar arasında toqquşma

    Afrikalı 10 yaşlı azərbaycanlı qızı zorladı - ...

    26-06-2017, 12:12

  • 
  • Rusiyada 19 yaşlı azərbaycanlı 8 zorlama ittihamı ilə həbs edilib

    Rusiyada 19 yaşlı azərbaycanlı 8 zorlama ittihamı ...

    10-11-2013, 21:14

  • 
  • Nüfuzlu din xadiminə qarşı zorlama ittihamı – şok video

    Nüfuzlu din xadiminə qarşı zorlama ittihamı – şok ...

    22-08-2013, 13:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu