GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İstanbul axirət kimi - “Lənkəranski”ni kim öldürtdü

İstanbul axirət kimi - “Lənkəranski”ni kim öldürtdü

Tarix: 16-08-2017, 11:30 Bölmə :Cəmiyyət Baxış: 353
Kim öldürtdü Rövşən Canıyevi? ; “Ded Xasan”ın tax-tacına oturan “Şakro Molodoy”mu?; Rusiya FTX-simi, yoxsa...
İstanbul axirət kimi - “Lənkəranski”ni kim öldürtdü


Avqustun 18-də azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”) öldürülməsinin bir ili tamam olur. Bir il əvvəl baş vermiş bu hadisə mübağiləsiz ötən yayın ən tirajlı xəbəri oldu. “Rövşən Lənkəranski”nin öldürülməsi ilə Azərbaycan kriminal aləmində böyük bir səhifə də bağlandı.

“Onu kimi və niyə öldürtdü” sualına bu bir ildə dəqiq cavab da olmadı. “Lənkəranski” müasir Azərbaycan kriminalında adı dillər əzbəri olmuş qəhrəman idi, baxmayaraq ki, bunu ictimai rəy həmin avqust günlərində qıcıqla qarşılayırdı. “Lənkəranski”ni cəlbedici edən onun təkcə yaraşıqlı boy-boyxunu deyildi, o, ən müxtəlif yaş dövrlərində olan azərbaycanlılar üçün avtoritet idi. Alim deyildi, heç ali məktəb də oxumamışdı. Amma onun “kəşfləri” haqda çox adam danışırdı.
Onu görənlər də çox az idi, şəxsən tanıyanlar da. Kriminal aləmdə olması onu gizlənməyə, yerini, yaşadığı ölkələri tez-tez dəyişməyə, doğma Lənkərana hətta gizli gəlməyə vadar edirdi. Amma onun haqqında danışmağı hamı xoşlayırdı. Niyə? Bu da bir sualdır. Həmin günlər çox dartışıldı, çox fikirlər haçalandı. Biri “kriminal aləm cəlbedici olduğu üçün ona diqqət var” dedi, biri sadəcə bir bölgəni “Lənkəranski” adı ilə tanıtdığı üçün....

“Lənkəranski” adı mediada tirajlı mövzu idi. Onun gah Bakıda gizləndiyi deyilirdi, sonra sorağı Ukraynadan, Dubaydan gəlirdi, sonra İstanbuldan və sair...Sonra haradasa vurur, haradasa vurulurdu. “Mixaylo” kimi neçə dəfə öldürlülməsi xəbərləri də yayılmışdı.

Razılaşmaq olar: “Lənkəranski” cənub bölgəsində Məmməd Hüseynovdan ( “Lotu Mamed”) sonra ən çox tanınan ad idi. “Lotu Mamed”in sağlığında belə “Lənkəranski” artıq kumir idi.

17 yaşında atasının qatilini məhkəmə zalında güllələməsi əhvalatı onun haqda danışanların ilk cümləsi idi. Bəlkə də çoxları onun kriminal aləmdə yalnız bu qisasını bilirdi və bu, ona rəğbət üçün kifayət edirdi. “Lənkəranski”nin bəzi hallarda güllərdən yayına bilməsi, uzun müddət axtarışda olmasına baxmayaraq, ələ keçməməsi haqlı suallar da doğururdu. Onu “Putinin adamı” da hesab edirdilər, hətta bir neçə ölkənin kəşfiyyatına bağlamaq cəhdləri də vardı. Bakıda hansısa oliqarxların himayəsi altında olduğu da deyilirdi.
“Lənkəranski” imkanlı və nəsil-köklü “qanuni oğru” idi, onun təkcə Rusiyada və MDB-də deyil, Avropada da əmlakı, nəzarət etdiyi iri obyektlər vardı. “Lənkəranski” ətrafına dövrün ən tanınmış “qanuni oğru”larını toplaya bilmişdi. Son illər müttəfiqləri ilə “oğru masasını” Dubaya köçürmüşdü və burada nisbətən sərbəst fəaliyyət göstərə bilirdi. Onun son aylar Türkiyədə olduğunu isə çox az adam bilirdi..

***
Avqustun 18-də İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşdü. Hoteldən çıxan “Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qaldı. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edildi. Avtomobilin içərisində olan “Lənkəranski” təcili yardımla xəstəxanaya aparılsa da, artıq gec idi...Onun ölümü də bir əfsanə oldu. Kimi “ölmədi” dedi, kimlər isə hələ də haradasa yaşadığına inanır...

“Lənkəranski” saxta olduğu deyilən “Əliyev” soyadı ilə İstanbulda özünü düşmənlərindən gizlədə bildiyini düşünəcək qədər sadəlövh ola bilməzdi

Onun niyə İstanbulda məskunlaşmasının səbəbləri aydın idi. Avropa onu qəbul etməyəcəkdi, çünki adı yenicə “İnterpol”un siyahısından çıxarılmışdı. Rusiya sərhədinə buraxmayacaqdı, Ukraynaya isə giriş qadağası vardı. Digər MDB ölkələri isə ərazisinə “qanuni oğru” qəbul etmir. Bu mənada İstanbul “Lənkəranski” üçün uyğun məkan sayıla bilərdi, amma məşhur “Qurtlar Vadisi” dizisində deyildiyi kimi, “İstanbul axirət kimidir, gəlişi var, dönüşü yox”.

İstanbulda dünyada yüzlərlə gizli mafiyaların görüş, qərar yeridir. “Lənkəranski”nin bütün bəlalardan qurtulub məhz İstanbulda öldürülməsi onun qətli ilə bağlı sualları daha da artırdı. Hətta PKK-nın da bu qətldə əli ola biləcəyi iddiası ortaya atıldı. “Lənkəranski”nin düşmənləri çox idi, bunu hamıdan yaxşı özü bilirdi. Killerlər isə onu İstanbulda tələyə sala bildi və “Lənkəranski” əfsanəsi bitdi...


Amma kim öldürtdü “Lənkləranski”ni? “Ded Xasan”ın tax-tacına oturan “Şakro Molodoy”mu? Onunla heç vaxt “ulduzları barışmayan” başqa bir azərbaycanlı “qanuni oğru”mu? Rusiya FTX-sımı? Türkiyə kəşfiyyatımı? “Lənkəranski” çox kriminallarını yolunda əngəl idi. Çoxları ilə də qan düşməni olmuşdu. Amma heç kim bu qətli üstlənməyəcəkdi,"mən öldürtdüm" deməyəcəkdi.

Rusiya mənbələr tez-tez yazırdı ki, guya “Lənkəranski”nin killer dəstəsi olub, sifarişli qətllər həyata keçirib. İstanbulda isə “Lənkəranski”nin heç cangüdəni belə olmamışdı. “Lənkəranski” saxta olduğu deyilən “Əliyev” soyadı ilə İstanbulda özünü düşmənlərindən gizlədə bildiyini düşünəcək qədər sadəlövh ola bilməzdi. Onu İstanbulda bu cür arxayın yaşamasına zəmanət verənlər yəqin ki, olub. “Lənkəranski”nin killerlərin pusqusuna hazırlıqsız yaxalanmasının səbəblərindən biri də bu ola bilərdi. Çünki qətldən sonra Türkiyədə çox məşhur bir kriminal avtoritetin də adı hallandı, “Lənkəranski”yə yaxın olduğu deyildi. “Lənkəranski”ni böyük ehtimalla arxayın saldılar, “İstanbulda təhlükə yoxdur” dedilər, düşmənləri də bundan istifadə etdi.

“Lənkəranski”nin varidatı, ondan sonra kimin bu mirasa sahib olması isə daha maraqsız mövzudur. “Lənkəranski”dən sonra onların heç bir dəyəri yox kimi...

“Lənkəranski” Azərbaycan diasporasının lideri deyildi, amma onun kimi azərbaycanlı kriminallar bir diasporadan daha nüfuzlu və güclü idi. Onları bir çox hallarda maddi maraq birləşdirsə də, azərbaycanlılar Rusiyanın ucsuz-bucaqsız çöllərində bəzən bu kriminal avtoritetlərin adları çəkməklə özlərinə iş, qazanc yeri tapa bilirdilər.
***
1975-ci il təvəllüdlü Rövşən Canıyevin kimliyi barədə çox yazılıb. Onun qətlinin ildönümündə bəzi məqamları qısaca da olsa yenidən xatırladacağıq.

17 yaşında atasının qatilini nümayişkaranə öldürməsi ilə kriminal həyata başlayan Canıyevə cəmi iki il cəza verilib.
Ona “qanuni oğru” adını dövrünün ən tanınmış “vor zakon”u - “Nardaranlı Mirseymur” verib. Moskva bazarlarına nəzarət uğrunda başlamış amansız mübarizə 2003-cü ildə Mirseymurun həyatına son qoyur. “Peşera” barına gələn iki killer Mirseymura “Steçkin” tipli tapança-avtomatdan 12 güllə vurur. Azərbaycanlı “qanuni oğru” xəstəxanaya çatdırılmamış həyatla vidalaşır. 2006-ci ildə aprelin 7-də Moskvada məşhur “qanuni oğru”, “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Müxtarov qətlə yetirilir. 2007-ci ildə “Ağbaş” ləqəbli Çingiz Axundov da Rusiya paytaxtında öldürülür. Bu illərdə Rusiya bazarlarında azərbaycanlıların biznesinə nəzarət Canıyevə keçir. İddialar var ki, uzun müddətdir ki, Azərbaycanda cəza çəkən Nadir Səlifovla (“Lotu Quli”) münasibətləri bazarlara nəzarət uğrunda savaş səbəbindən pisləşib.




2008-ci ilin fevralında Kiyevdə həbs edilən R.Canıyev Azərbaycana ekstradisiya edilmir. Buna səbəb Ukrayna hökumətinin ona qaçqın statusu verməsi olur. Amma 2009-cu il dekabrın 3-də “Lənkəranski” yenidən Ukraynada həbs edilir. 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror 2000-ci ildə Azərbaycan məhkəməsinə “qalmış borcunu” silmək üçün ona 12 il iş istəyir. Amma məhkəmə ona cəmi 2 il 9 ay iş kəsir və bu müddət başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılır.

2010-cu ildə “Ded Xasan” a ilk sui-qəsd edilir və həmin vaxt Kiyevdə olan “Lənkəranski” saxlanılır. Sui-qəsddən sonra yenidən Moskvaya qayıdan Canıyev “oğru masasını” Dubaya köçürməli olur.

2012-ci ildə Canıyevə də sui-qəsd olması barədə xəbərlər yayılsa da, sonradan təsdiqlənməyib. 2012-ci ilin sentyabrında “Ded Xasan”in çıxardığı ortaq qərarla “Lənkəranski”nin “oğru” adının alınması barədə 30 “qanuni oğru” adından (onların sırasında 10 azərbaycanlı avtoritet də olub) “malyava” (göndəriş) yayılır. “Ded Xasan”ın öldürülməsi ilə bu proses dayanır...
“Ded Xasan” klanı qətli “Lənkəranski”nin sifarişi ilə törədildiyini iddia edirdi və hətta onun başına 5 milyon dollar mükafat da vəd edilmişdi. “Ded Xasan”ın intiqamının alınacağı ilə bağlı söz-söhbətlər daha bir nüfuzlu kriminal, yuxarıda adını xatırlatdığımız və hazırda istintaq altında olan Zaxari Kalaşov (“Şakro Molodoy”) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra yenidən dövriyyəyə buraxılmışdı. Amma “Şakro” “Lənkəranski” ilə açıq savaşa girmədi./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rövşən Lənkəranski naxçıvanlı “oğru”ya ad verdi - Foto

    Rövşən Lənkəranski naxçıvanlı “oğru”ya ad verdi - ...

    6-07-2013, 17:51

  • 
  • “Rövşən Lənkəranski”nin ən yaxın adamı öldü

    “Rövşən Lənkəranski”nin ən yaxın adamı öldü ...

    4-07-2013, 14:26

  • 
  • Rövşən Lənkəranski 'qanuni oğru'nu döydü

    Rövşən Lənkəranski 'qanuni oğru'nu döydü ...

    5-05-2015, 22:17

  • 
  • “Rövşən Lənkəranski”nin ən yaxın adamı Macarıstanda tutuldu

    “Rövşən Lənkəranski”nin ən yaxın adamı ...

    20-06-2013, 01:49

  • 
  • "Atəşkəs" bitdi: "Lənkəranski" və "Ded Xasan"ın adamları “Şakro”ya qarşı

    "Atəşkəs" bitdi: ...

    12-11-2015, 17:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu