GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fırıldaqçıdan torpaq alanların aqibəti - Abşeronda uzunmüddəli icarəyə verilmiş torpaqları kim satır?

Fırıldaqçıdan torpaq alanların aqibəti - Abşeronda uzunmüddəli icarəyə verilmiş torpaqları kim satır?

Tarix: 29-08-2017, 15:10 Bölmə :Cəmiyyət Baxış: 438
Fırıldaqçıdan torpaq alanların aqibəti - Abşeronda uzunmüddəli icarəyə verilmiş torpaqları kim satır?


Şəxsi məqsədlər, əsasən də, fərdi ev tikintisi üçün iki il bundan əvvəl Qala zeytunçuluq sovxozunun ərazisində torpaq sahəsi almış bir neçə vətəndaş aldadıldıqları üçün hüquq mühafizə orqanlarına müraciət etmək fikrindədirlər. Onlar redaksiyamıza müraciət edərək, əslən Şamaxı rayonunun Bağırlı kəndindən olan Vəsahid Məlikovun “tələ”sinə düşdüklərini bildiriblər. Ətrafındakı hər kəsdə özünün yüksək vəzifəli məmurlar tərəfindən himayə edilməsi, onların tapşırıqlarını yerinə yetirməsi barədə inandırıcı təəssürat yaratmış bu şəxs Qala zeytunçuluq sovxozunun ərazisində müxtəlif ölçüdə torpaq sahələrini, sözün həqiqi mənasında, hərraca çıxarıb və külli miqdarda pul müqabilində, necə deyərlər, saga-sola paylaşdırıb. Kimisinə 7, kimisinə 11, kimisinə 60, kimisinə də 80 sot…

Vəsahidə pul verib aldıqları torpaq sahələrini artıq öz mülkiyyəti hesab edənlərin bəzisi burada tikinti işləri aparmağa da xeyli xərc qoyub. Lakin məlum olub ki, həmin ərazilər fərdi ev tikmək yox, kənd təsəsrrüfatı məqsədləri üçün ayrılıbmış…
Müraciət edən belə “torpaq sahibləri”ndən biri – Bakı şəhərinin Mərdəkan qəsəbəsində yaşayan 39 yaşlı Aleksandr Litvinov deyir: “Mən onu işgüzar bir adam kimi tanıyrdım, buna görə də satmaq istədiyi torpaq sahəsinə baxdıqdan sonra ona 80 sot üçün ümumilikdə 90 min manat pul verdim. Məni inandırdı ki, torpaq sahəsinin bütün sənədləri qaydasındadır. Həmin ərazinin qısa vaxtda su, elektrik və qaz xətti ilə təchiz olunacağını da vəd etdi. Pulun 73.500 min manatını nağd, 6500 manatını isə “BMW” markalı avtomaşınla barter etməklə ödədikdən bir müddət sonra Vəsahid mənə notarial qaydada təsdiq olunmuş etibarnamə verərək, həmin torpaq sahəsinin artıq mənim mülkiyyətimə keçdiyini bildirdi. Az sonra isə bu sahəyə bitişik 10,8 sotluq torpaq sahəsini də ucuz qiymətə vermək istədiyini söyləyərək, oranı mənə 20 min manata satdı. Mən yalnız torpaq sahəsinə dair sənədlərin surətini əldə etdikdə öyrəndim ki, bu ərazi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Vəsait Məlikovun oğlu Vüsala kənd təsərrüfatı məqsədləri üçün 99 illyə icarəyə verilib və heç vaxt mənim adıma özəlləşdirilə bilməz. Lakin o, hər vəchlə inandırmağa çalışırdı ki, tezliklə mənə torpaq sahəsinə mülkiyyət hüququmu təsdiq edən sənəd - çıxarış gətirib verəcək. Onun vədlərinə inanaraq, hətta, mən aldığım torpaq sahəsinin hasarı üçün bünövrənin qoyulmasına 7 min manat pul xərclədim... Lakin hasar bu yaxınlarda dövlətin səlahiyyətli nümayəndələri tərəfindən sökülüb. Yaranmış vəziyyətlə əlaqədar Vəsahid Məlikovdan məndən aldığı pulları geri qaytarmağı tələb etsəm də, o, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadır. Bu da məndə həmin şəxsin etibarımdan sui-istifadə edərək, ona verdiyim pulları mənimsəməyə çalışması qənaətini yaradır”.
Bakı şəhərinin Xətai rayonunda yaşayan 31 yaşlı Firuz Hümbətovun isə 6 sot torpaq sahəsi üçün verdiyi 7200 manatı Vəsahid Məlikovdan asanlıqla geri ala biləcəyinə ümidi azdır. Özünə fərdi ev tikdirmək məqsədilə aldığı torpağın kənd təsərrüfatı təyinatlı olduğunu və uzunmüddətli icarəyə verildiyini öyrəndikdən sonra Firuz əməlli-başlı fırıldaqçılıqla üzləşdiyinə əmin olub. Halbuki V.Məlikov ona da torpağın sənədlərinin tam qaydasınıda olduğunu bildiribmiş.
Firuz deyir: “Torpağın pulunu verərkən soruşdum ki, həmin sahədə ev tikəndə bir problem ilə üzləşmərəm ki?! Vəsahid Məlikov əminlikdə cavab verdi ki, heç bir problem olmayacaq, sahəyə dair bütün sənədlər qaydasındadır, hər hansı problem yaransa, mənə ya özünün şəxsi mülkiyyətindəki torpaq sahəsindən yer verəcək, ya da pulumu geri qaytaracaq. Sonralar o, notariatda təsdiqlənmiş etibarnamə təqdim edərək bildirdi ki, mənə satdığı torpaq sahəsinə dair ən əsas sənəd budur. O, dəfələrlə vəd edib ki, torpağın çıxarışını da mənə çatdıracaq, hətta əlavə olaraq bildirib ki, gələcəkdə inşa edəcəyim evə dair çıxarışın alınmasında köməklik göstərəcək. Lakin bir müddət sonra tikinti işlərini aparmaq üçün yerli icra qurumuna şifahi müraciət etdim və bu zaman mənə bildirdilər ki, kənd təsərrüfatı təyinatlı olduğundan həmin sahədə fərdi ev tikmək mümkünsüzdür. Məhz bundan sonra, hüquqşünasların köməyi ilə sənədləri araşdırdıq və həqiqi vəziyyət mənə aydın oldu. Başa düşdüm ki, aldadılmışam və ödədiyim külli miqdarda pulun əvəzinə saxta sənədlər almışam...”
Uzunmüddətli icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Vəsahid Məlikov onun vədlərinə inan digər Bakı sakini - Rəşad Şıxəliyevə 11 sot sataraq 8 min manat alıb. Əvəzində hamı kimə ona da etibarnamə verib ki, bu da həmin torpaq sahəsində ev tikmək üçün kifayt deyildir. R.Şıxəliyev minbir zəhmətlə qazandığı pulun yalan vədlərlə əlindən çıxarılmasını həm maddi, həm də mənəvi zərbə sayır və ona dəyən zəriri Vəsahid Məlikovdan geri almaq istəyir.
Şikayətçi Kənan Məşədiyev hazırda “cərəncamında olan” biri 17, digər 60 sotluq torpaq sahələrində apardığı tikinti işlərinə xeyli vəsait xərcləyib. Lakin Vəsahidin vədlərinə inandığı üçün indi ciddi problemlərlə üz-üzə qalıb. Çünki kənd təsərrüfatı təyinatlı olması və yalnız icarəyə verilməsi həmin torpaq sahələrinə və buradakı tikililərə mülkiyyət hüququnun dövlət orqanı tərəfindən tanınmasına mane olur.
Şikayətçilərin sözlərinə görə, ümumiyyətlə, Qala zeytunçuluq sovxozunun ərazisində kənd təsərrüfat təyinatlı torpaq sahələri Vəsahid Məlikov tərəfindən uzunmüddətli icarəyə götürülərək mümkünsüz vədlərlə təkcə çoxsaylı vətəndaşlara deyil, hətta iri sahibkarlıq strukturlarına da satılıb. Qeyd etmək lazımdır ki, etibardan sui-istifadə edilməklə bu cür qanunsuzluqların törədilməsi hüquqi məsuliyyət yaradır. Redaksiyamızda olan məlumata görə, Vəsahid Məlikovun yalan vədlərindən və qanunsuz əməllərindən zərər çəkənlərin sayı çoxdur və yəqin ki, bu əməllərin ictimaiyyətə açıqlanmasından sonra onlar da öz haqlarını tələb edəcəklər.

Biz istər Qala zeytunçuluq sovxozunun ərazisində, istərsə də digər ərzilərdə bu şəxsin qeyri-qanuni torpaq alverindən zərər çəkmiş vətəndaşları dinləməyə və onların problemlərini ictimailəşdirməyə hazırıq.

Ümidvarıq ki, aidiyyatlı orqanlar bu şikayətlərə tez bir zamanda reaksiya verəcəklər və zərər çəkmiş vətəndaşlar öz pullarını geri alacaq!/teref.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda bir sot boş torpaq sahəsi 1 milyon dollara satılır

    Bakıda bir sot boş torpaq sahəsi 1 milyon dollara ...

    27-12-2013, 22:51

  • 
  • Dekabrın 21-də sonuncu torpaq hərracı olacaq

    Dekabrın 21-də sonuncu torpaq hərracı olacaq ...

    12-12-2012, 12:49

  • 
  • QƏRIB MƏMMƏDOVUN CEYRANBATAN BATAQLIĞI

    QƏRIB MƏMMƏDOVUN CEYRANBATAN BATAQLIĞI ...

    4-02-2014, 22:03

  • 
  • Şamaxı başçısı torpaq satır - VİDEO

    Şamaxı başçısı torpaq satır - VİDEO ...

    11-04-2016, 16:54

  • 
  • Ev tikmək istəyənlərə şad xəbər - ŞƏRTLƏR DƏYİŞDİ

    Ev tikmək istəyənlərə şad xəbər - ŞƏRTLƏR DƏYİŞDİ ...

    18-09-2014, 15:42


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu