Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib.
Bu barədə gənc idmançının dostları sosial şəbəkələrdə məlumat veriblər.
İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib:
"Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər".
X.Əliyevin Naxçıvanın Şərur rayonundan olduğu, Ordubadda internatda böyüdüyü bildirilir./azxebet.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?