Gülər Əhmədova: “Elşad Abdullayevə qarşı haqsızlığa son qoyulsun”
Fransa hökuməti bu ölkədə mühacir həyatı yaşayan keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevə verdiyi sığınacaq müddətini uzatmaqdan imtina edib.
gundemxeber.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Hollandiyada mühacirətdə olan “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Fikrət Hüseynli sosial şəbəkədə paylaşıb.
O, statusunda aşağıdakıları yazıb: “Məlumata görə, Fransa hökuməti donqili, San Marino ayamalı azərbaycanlı saxta hüquq professoruna verdiyi 1 illik sığınacağı uzatmayıb. O da özünü vurub gicliyə ki, guya dəlidir. Psixoloq da deyib, bununla statusunu uzatmayacaqlar. Ona görə, San Marino ayamalı saxta hüquq professoru bir sayt açıb, indi də jurnalist kimi özünü fransızlara dürtüşdürüb status almaq istəyir. Adamın qısa bir həyatda geymədiyi don qalmadı. Gülərdən mandat alsaydı, indi görün bu Milli Məclisdə nə hoqqa çıxarırdı?”
Sabiq deputat Gülər Əhmədova isə bununla bağlı yayılan sayt xəbərini paylaşaraq, aşağıdakı statusu yazıb: “Elşad Abdullayevə qarşı haqsızlıga son qoyulsun! (gülüş işarəsi) Fransa höküməti onu psixi xəstə kimi tanımalıdır! (gülüş işarəsi) Çünki, bu həqiqətdir! Vətənə qayıdın, sizin üçün lap darıxdıq. (gülüş işarəsi) P.S. Cəhənnəm, psixi xəstə statusu vermirlər, vermirlər, heç olmasa "xalq artısti" adı versinlər))) Bu boyda haqsızlıq olar? (gülüş)” Bu iddia ilə bağlı sayt E.Abdullayevə müraciət etsə də, hələlik ondan cavab ala bilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?