GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənilər üçün ikinci göz dağı - BTQ işə düşür

Ermənilər üçün ikinci göz dağı - BTQ işə düşür

Tarix: 9-09-2017, 11:10 Bölmə :Cəmiyyət Baxış: 336
Ermənilər üçün ikinci göz dağı - BTQ işə düşür


Neft gəlirlərinin azaldığı bir dönəmdə bu layihə Azərbaycan büdcəsi üçün yeni “qan damarı” olacaq

Təxminən 1 ay sonra regionun ən böyük nəqliyyat dəhlizi olan Bakı-Tiflis-Qarsın (BTQ) dəmir yolu xəttinin açılışı baş tutacaq. Sentyabrın 27-də “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze son dəfə dəmir yolunu sınaqdan keçirəcəklər. Oktyabrın 15-də isə 3 ölkənin dövlət başçılarının iştirakı ilə Axalkalakidə təntənəli açılış törəni olacaq.

Yolun təməli 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində qoyulub. BTQ Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tiflis-Ceyhan kəmərindən sonra regionun ən böyük layihəsidir və Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan önəmlidir. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək, bir günə Qarsa, iki gün yarıma İstanbula getmək mümkün olacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəlirinin 50 mln. dollar olacağı proqnozlaşdırılır. Neft gəlirlərinin azaldığı bir dönəmdə bu layihə Azərbaycan büdcəsi üçün yeni “qan damarı” ola bilər.

Layihə gündəmə gələndən erməni lobbisi dünyanın aparıcı ölkələrinin hökumətləri və beynəlxalq qurumları ilə danışıqlar apararaq regionda Ermənistanın iştirakı olmayan ikinci nəhəng transmilli projenin qarşısını almağa çalışıb. Müəyyən dönəmdə buna nail də olublar. Ancaq sonradan Azərbaycan ermənilərin bu iradəsini qırıb və BTQ-nİn dünya ticarətinin gəlişməsi üçün önəmli faktor olduğunu sübut edə bilib.
Layihəni yubadan daha bir səbəb isə Gürcüstandakı hakimiyyət dəyişikliyidir. Ölkənin tranzit imkanlarını dəyərləndirməyi bacaran eks-prezident Mixail Saakaşvili BTC kimi BTQ-nin də reallaşması üçün bütün mümkün imkanları səfərbər edib. Ancaq beynəlxalq basqı projenin onun dönəmində gerçəkləşməsini mümkünsüz edib.

Saakaşviliyə qalib gələn “Gürcü arzusu” isə son zamanlaradək bu məsələyə o qədər isti baxmayıb. Artıq ikinci dönəmini yaşayan iqtidar Saakaşvilinin başlatdığı bir çox nəhəng layihələr kimi Bakı-Tiflis-Qars dəmir yol xəttinin tikintisini də ikinci plana atıb. Ancaq zaman bu projenin Gürcüstan üçün nə qədər vacib olduğunu sübut edib. Təbii sərvətləri yox dərəcəsində olan ölkənin dövlət büdcəsinin əsas gəlirləri turizm sektorundan və BTC-dəndir. BTC kimi BTQ də ölkənin tranzit imkanlarını dəyərləndirmək üçün gözəl fürsətdir. Birincisi, tikinti işlərinin aparılması üçün Azərbaycan Gürcüstana 10 ildə cəmi 1-5 faizlə 775 milyon dollar kredit verib. Müqavilə şərtlərinə görə hələ kreditin ödənmə müddəti də başlamayıb. Yəni Tiflisin 10 ildir bu vəsaiti fərqli istiqamətlər üzrə dəyərləndirmək şansı var. Bundan başqa, Azərbaycan tikinti prosesində Gürcüstana illərdir əlavə dəyər vergisi ödəyir, üstəlik 1000-dən çox Gürcüstan vətəndaşı işlə təmin olunur. Dəmir yolu işə düşdükdən sonra isə Bakı gəlirinin 20 faizini tranzit haqqı olaraq Tiflisə verəcək. Bir neçə il öncə BTQ-ni ölkə üçün önəmsiz sayan hakimiyyət təmsilçiləri bu gün layihəni Gürcüstanın iqtisadi gücünü artıracaq əsas faktorlar sırasına aid edirlər. Hökumət üzvləri artıq indidən BTQ-dən əldə ediləcək gəlirlərin sosial layihələrə yönələcəyi haqqında vədlər verməyə başlayıblar. Açılış mərasiminin ölkədə keçiriləcək bələdiyyə seçkilərindən bir neçə gün öncəyə salınması da təsadüf kimi görünmür. 3 ölkə prezidentlərinin iştirakı ilə baş tutacaq təntənəli mərasim “Gürcü arzusu” üçün seçkiöncəsi yerinə düşən PR fürsətidir...

***

Dəmir yolundakı son tamamlama işləri ilə tanış olmaq üçün Tiflisdən yola çıxırıq. Üzü Borçalıya hərəkət edən avtomobilimiz indiki adı Tetriskalo olan əski Ağbulağa doğru şütüyür. Axalkalakiyə - yəni Axırkələkə qədər olan yolda bizi nə qədər dağ keçidləri gözləyir. Yolları burulduqca uzaqda görünən dağlar dəqiqələr sonra bizi sanki qucağına alıb digər dağa ötürür. Yüksəkliklər bir-birini əvəz edir, qalxdıqca qalxırıq. Payızın saysız rəngləri, səmanın hər yüksəklikdə bir çalarda olan mavisi, getdikcə havanın ciyərə mentol effekti ilə yayılması ruhu oxşayır. Ağır yüklü vaqonların bu sərt dağ massivlərindəki yüksəklikləri fəth edəcəyi inanılmaz kimi görünür. Zarafat deyil, söhbət ağır tonnajlı qatar seksiyasının 2170 metr yüksəkliyə çıxmasından gedir.

Axalkalakiyə aparan yolu da Azərbaycan şirkətləri çəkib. Tikinti işlərini magistral yoldan Tsalkaya qədər “Akkord”, Tsalkadan Axalkalakiyə qədər “Azərinşaat” aparıb. BTK gündəmə gələndə dönəm prezidenti M.Saakaşvili yol olmadan tikintinin mümkün olmayacağını gözə alaraq tender elan edib. Tenderi Azərbaycan şirkətləri qazanıb. Yolu ilk sınaqdan çıxaran da Saakaşvili olub. Avtomobili Tiflisdən ta Axalkalakiyə özü idarə edib. Aylarla sürən sərt qışa, ardınca 2 aya yaxın çəkən leysanı, seli əskik olmayan yaza yollar yaxşı davam gətirir. Mükəmməl drenaj sistemi yolu çökməkdən qoruyur. Yerlilər deyir ki, bu yol çəkilənə qədər payızdan yaza qədər ərazi keçilməz olub, aralarında xeyli məsafə olan kəndlərin bir-biri ilə əlaqəsi kəsilib, “sivil dünyaya” çıxış təbiətin insafına qalıb. İndi artıq bölgənin yol problemi yoxdur. Gürcüstanla Türkiyə arasında Qars sərhəd-keçid məntəqəsinin yaradılması isə yolun önəmini artırıb. Təkcə Türkiyəyə deyil, Naxçıvana gedən-gələn yüklərin bir hissəsi də bu yolla daşınır.

Dəmir yolu dağ yamacları ilə Bakı-Tiflis-Ceyhanla paralel çəkilib. Uzaqdan dağların belinə dolanan BTC-ni seçmək çətin olsa da BTQ-nin elektrik dirəkləri marşrutun necə davam etdiyini aydın göstərir. İrəlilədikcə bir neçə yerdə çağdaş elektrik yarımstansiyaları görünür. Elə bələdçimiz də Bakı-Tiflis-Qarsın “qan damarlarının” - elektrik təchizatının yaradılmasını həyata keçirən ATEF şirkətinin Gürcüstan bölməsinin direktoru Qəhrəman Əsədovdur. Qəhrəman bəy Axalkalakiyə son tamamlama işlərini təhvil almaq üçün gedir. Bütün tikinti heyəti bir neçə gün sonra Azərbaycan Dəmir Yollarının rəhbəri Cavid Qurbanovun rəhbərliyi ilə Tiflisdə keçiriləcək toplantıya hazırlaşır. Q.Əsədov deyir ki, prosesi tam nəzarətdə saxlayan və hər gün şəxsən tətin etdiyi məsul şəxslərdən hesabat tələb edən C.Qurbanovun heç bir sualı açıq qala bilməz: “Bu yolun tikintisi də sübut etdi ki, rəhbər şəxslərin işgüzarlığı, yüksək məsuliyyət hissi olmadan nəhəng layihələri həyata keçirmək mümkün deyil. Cavid Qurbanovun tələbkarlığı bütün komandaya təsir edir. Hər kəs dərk edir ki, vəzifəsini, öhdəliyini ayrılan zamanda keyfiyyətlə yerinə yetirməlidir”.

Q.Əsədov yolun çəkilmə prosesində işləyən fəhlələri əsl qəhrəman adlandırır: “Burada qış o qədər sərt olur ki, bəzən insan açıq havada danışmağa çətinlik çəkir, nəinki işləməyə. Bu qış temperatur mənfi 47 dərəcəyə qədər endi. Təbii, bu, işin sürətinə təsir edir. Amma bütün işləri deyilən zamanda yekunlaşdırdıq. Bütün yarımstansiyalar tikilib, bircə düymə ilə işə düşməyə hazırdır. Regionda ikinci belə modern dəmir yol sistemi yoxdur. Ağır dağlıq şəraitdə ən son texnologiyalar olmadan keçinmək mümkün deyil. Bütün sistem avtomatlaşdırılıb. Yolun hər hansı hissəsində nasazlıq olarsa sistem dərhal onu müəyyən edir, aradan qaldırmaq üçün səfərbər olur, alternativ elektrik təchizatı işə düşür”.

Axalkalakidə, ATEF-in qərargahındayıq. Qəhrəman Əsədovun “səhra kabineti”ndə söhbətimizə göz yaşı kimi təmiz bulaqların suyundan hazırlanan çayın müşayiəti ilə nəqliyyat sisteminin mürəkkəb sxemini incələyə-incələyə davam edirik: “Yol birxətli çəkilib. Amma hər 15-20 km-dən bir stansiyalar qurulub və onların bir neçə köməkçi yolları var. Qarşıdan qatar gəlirsə, əks istiqamətdə hərəkət edən qatarlar stansiyada əlavə relslər vasitəsilə bir-birinə yol verəcək. Axalkalakidəki stansiyasa isə keçmiş post-sovet məkanında ən modern stansiyalardandır. Burada sistem tam avtomatlaşdırılıb. Qatarların əsas dayanacaq yeri də Axalkalakidir. Yüklər burada boşaldılacaq. Nəhəng anbar da artıq hazırdır. Elə yüklər ola bilər ki, onlar buradan quru yolu ilə daşınacaq. Stansiyaya aparan yol yaxınlıqdakı Qars sərhəd-keçid məntəqəsinə aparan yolla birləşdirilib. Yəni Axalkalakidən yükləri həm dəmir, həm də avtomobil yolu ilə Türkiyəyə daşımaq mümkündür. Axalkalaki stansiyasının bir özəlliyi də var. Burada domkrat bütün qatar seksiyasını bir həmlə ilə yuxarı qaldıracaq, xüsusi qurğu qatarların enli yollar üçün olan təkərlərini çıxarıb onları nazik təkərlərlə əvəz edəcək. Məsələ burasındadır ki, Türkiyədə dəmir yolu Avropa standartları ilə qurulub. Bu standartlarda relslər buradakı xətlərdən ensizdir. Çıxış yolu kimi, Axalkalakidə qatarların ”ayaqqabı dəyişməsi" məqbul görüldü. Stansiyada bu iş bir neçə dəqiqə içərisində görüləcək".

ATEF-in toplantısı başlayır. Qəhrəman bəyi heyəti ilə baş-başa qoyub “olay yerinə”, yəni Axalkalaki stansiyasına və yolunun ən çətin hissəsinə - Gürcüstanla Türkiyəni birləşdirən 3 kilometrlik tunelə yol alırıq. Sürücümüz əraziyə bələd olmadığından bir də gözümüzü Qars quru yolu sərhəd-keçid məntəqəsində açırıq. Dünyanın ən gözəl iki bayrağından birinə - Türkiyə bayrağına, “nazlı hilala” salam verib geri qayıdırıq. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən başqa heç yerdə insan gözə dəymir. Kəndlər o qədər uzaq görünür ki... Evlər yay gecəsində səmadakı ulduz topalarına bənzəyir. Əlçatmaz... Bir anlıq özünü dünyanın qurtaracağında hiss edirsən...

Geri dönüşdə diqqətimi zümrüd göllərin, kəndlərin adları çəkir - Pərvanə, Qırx bulaq, Qoşa bulaq.. Görünür, gözdən uzaq olduğu üçün gürcülər hələlik bu qədim türk yurdundakı adları tamamilə gürcüləşdirməyiblər. Eləcə sonuna “i” hərfi əlavə etməyi yetərli sayıblar. Pərvanə gölünə çatanda sağdakı təpənin arxasından görünən dirəklər bizə tunelinin yerini nişan verir. Torpaq yolla “dərələrdən yel kimi, təpələrdən sel kimi” tunelə tərəf gedirik. Bu arada ağır yolda avtomobil idarə etmək təcrübəmizi də gəlişdiririk. Sən demə, asfaltda maşın “özü gedir”. Dərə-təpə torpaq yolda sükanı möhkəm saxlamaq hünər istəyirmiş...

Axalkalakidə olduğumuz günlər Qurban bayramına təsadüf etdiyi üçün tikintidə ancaq xristian işçilər çalışırdı. Azərbaycandan olan işçilər iznli idilər.

İşçilərdən onu da öyrənirik ki, dəmir yolunu tikintisi zamanı bir dağ tamamilə yerlə bir edilib, yol sərhədə çatdırılana qədər ərazidən milyonlarla kub torpaq, qaya daşınıb.

Tunelə daxil oluruq. Dağ günəşinin yandırıcı şüalarından sonra ilk hiss edilən sərinlikdir. Qaranlıq tunelin sonunda Türkiyə tərəfdən görünən işıq mistik ovqat yaradır. Haçalanan dağ, zülmət qaranlığı yaran işıq... İrəlilədikcə, sanki Ergenekon dastanına düşürük. Bir Boz qurd salamı vermədən buralardan necə keçəsən?

Tuneldən ayrılıb 25 km aralıdakı Axalkalaki stansiyasına gəlirik. Artıq Qəhrəman Əsədov da burdadır. Toplantı bitib. Bizi maraqlandıran bir sual da var. Bu yol sərnişin qatarlarına nə zaman açılacaq? “Sərnişin qatarı İsveçrə zavoduna sifariş verilib. Bildiyimə görə, yaxın zamanlarda hazır olacaq. Ancaq hələlik sərnişin daşıma qrafiki ilə bağlı qərar yoxdur. Bu yol əsasən yük daşımaları üçün münasibdir. Düşünün ki, Çindən çıxan yük 14-18 gün içincə Avropada olacaq. Buna qədər yüklər 60 günə daşınırdır. Bu, təxminən 4 dəfə artıq zaman qazanmaqdır. Zaman iqtisadiyyat üçün son dərəcə önəmli faktordur. Təbii, sərnişin qatarlarına da maraq olacaq. Bakıdan Türkiyənin böyük şəhərlərinə yol 2 sutka davam edəcək. Bakı-Tiflis 12 saatdır, Tiflis-Axalkalaki 5 saat, Kars Türkiyənin doğusundadır, böyük şəhərlərə uzaqdır. Uzaqlıq zaman alacaq. Gürcüstan ərazisində yolun dağ massivində yerləşəməsi də vaxtı uzadır. Elə dağ yamacları var orada qatarların sürəti saatda 10-15 km olacaq. Orta sürət isə saatda 60-70 km-dir. BTK-nın yük daşıma gücü ildə 10 milyon tondur. Hələlik ildə 3-5 milyon tonluq sifariş olacağı proqnozlaşdırılır. İlk sifarişçi ölkələr Qazaxıstan və Çindir” - deyə Q.Əsədov məlumat verdi.

Tunelin ərazisində diqqətimizi çəkən bir məqam elektrik dirəklərinin quraşdırılmaması, kontakt şəbəkənin olmaması idi. Q.Əsədov deyir ki, Türkiyəyə qədər qatarlar elektrovozla çəkiləcək, Axalkalakidə qatarları təhvil alan Türkiyə tərəf yola teplovozla davam edəcək. Ankara yolun elektrikləşdirilməsini 2018-ci ilin mart-iyun aylarında nəzərdə tutub. ATEF Türkiyənin sifarişi olarsa bu işi də görməyə hazırdır.

BTQ-nin dünya ticarəti üçün çəkici tərəfi həm də təhlükəsizliyidir. Hər 3 ölkə bu məsələyə xüsusi önəm verir. BTC kimi BTQ-ni də Gürcüstan ərazisində Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi mühafizə dəstələri qoruyacaq.

Dönüşdə yolu BTQ ilə haqqında aldığım saysız bilgiləri incələməklə keçirirəm. Böyük layihədir, çətin işdir. Əsas odur başardıq. Vətənə, millətə, insanlığa xeyirli olsun.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcü polisi Azərbaycanın məşhur şirkətinin hesabına həbs qoydu - özəl

    Gürcü polisi Azərbaycanın məşhur şirkətinin ...

    29-09-2016, 23:34

  • 
  • Bakı-Tiflis-Qars: işğalçını sarsıdacaq son tarix açıqlandı

    Bakı-Tiflis-Qars: işğalçını sarsıdacaq son tarix ...

    31-08-2017, 11:05

  • 
  • İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO)

    İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO) ...

    13-10-2015, 22:01

  • 
  • "Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək"

    "Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ...

    12-02-2017, 12:40

  • 
  • "Mən prezident kimi ilin sonunadək bunun açılışını etmək niyyətində idim..."

    "Mən prezident kimi ilin sonunadək bunun ...

    7-07-2013, 21:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu