GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakı-Tiflis-Qars: işğalçını sarsıdacaq son tarix açıqlandı

Bakı-Tiflis-Qars: işğalçını sarsıdacaq son tarix açıqlandı

Tarix: 31-08-2017, 11:05 Bölmə :Siyasət Baxış: 446
Bakı-Tiflis-Qars: işğalçını sarsıdacaq son tarix açıqlandı


İki qardaş ölkənin gücünə güc qatacaq proje işə düşür; Ermənistanın izolyasiyasını gücləndirib, onun tranzit ölkə olmaq şansına növbəti zərbə vuracaq 10 ilin layihəsi yekunlaşır; düşmənin havadarlarını da rahatsız edən, əngəllərlə üzləşən dəmiryolu xəttinin açılışına sayılı həftələr qaldı...

“Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq”. Bunu “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib. Onun sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir. Nazir bildirib ki, tikinti başa çatdıqdan sonra gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq. O, həmçinin əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə iş aparılır.

Qeyd edək ki, indiyədək işə salınacağı gün iki dəfə elan olunsa da, dəmir yolunun açılışı deyilən tarixlərdə baş tutmayıb (ötən ilin dekabrı və bu ilin iyunu). Mətbuatda bununla bağlı belə versiyalar səslənib ki, dəmir yolunun işə düşməsini əngəlləyən başqa səbəblər var. Hətta bu yöndə bəzi məkrli çevrələrin Türkiyə rəhbərliyinə təzyiqlər edilməsi haqda mətbuatda məlumatlar yayılmışdı. Bundan əlavə, qonşu Gürcüstanla tariflər məsələsində anlaşılmazlıqlar üzündən layihənin ləngiməsi haqda fikirlər səslənmişdi.

Ancaq çətin ki, bu kimi maneələr üç qonşu ölkə üçün strateji önəm daşıyan, onların büdcələrini əhəmiyyətli ölçüdə zənginləşdirəcək və tranzit ölkə statusunu daha da möhkəmlədəcək belə bir vacib layihənin reallaşmasını tormozlaya bilsin. Belə görünür ki, tormozlamaq mümkün olmayacaq da. Hər necə olmasa, əngəlləri aşmaq üçün üç paytaxtın - Bakı, Tiflis və Ankaranın siyasi iradəsi yetərli görünür.

Arayış üçün yada salaq ki, BTQ dəmir yolu layihəsinin təməli 10 il öncə - 2017-ci ilin noyabrında Gürcüstanın Marabda kəndində qoyulub. O vaxt hər üç dövlətin prezidentlərinin iştirakı ilə Marabda stansiyasında açılış mərasimi keçirilmişdi.

***

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Əvvəla, bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmir yolu ilə bir gündə Qarsa və iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Bakı-Tiflis-Qars dəmir yolu Bakı-Tiflis-Ceyhan xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Ölkəmizin ilk illərdə tranzitdən əldə edəcəyi minimal illik gəlirin 50 milyon dollar təşkil edəcəyi gözlənilir.

Onu da qeyd edək ki, dəmir yolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə (?!-A.X.) layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tiflis-Qars dəmir yolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tiflis dəmir yolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycanla Ermənistan arasında olan Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edildi və dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürdü.

Bakının bu qərarı sübhəsiz ki, doğru idi. Çünki Bakı-Tiflis-Qars layihəsi işğalçı Ermənistanın xarici aləmdən təcridini gücləndirəcək, onun tranzit ölkə kimi önəminə növbəti sarsıdıcı zərbə vuracaq. Təsadüfi deyil ki, erməni lobbisi lap əvvəldən bu mühüm nəqliyyat projesinin həyata keçməsinə qarşı bütün imkanları ilə mane olmağa çalışıb, hətta bu gün də səylərini davam etdirir. Həm də o səbəbə ki, layihə Azərbaycanla yanaşı Türkiyənin də böyük bir region üçün, o sırada Avropa Birliyi üçün önəmini artıracaq. Demək, Bakı və Ankaranın regional və qlobal məsələlərdə söz sahibliyi də güclənmiş olacaq.

***

Ancaq belə məlum olur ki, bu, Avropanın da bəzi siyasi çevrələrində nigaranlıq yaratmaqdadır. Söhbət həm də qardaş ölkənin TANAP və “Türk axını” qaz layihələri hesabına böyük regional qaz xabına çevrilməsi şansından gedir.
“Almaniyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alan çıxışlarının arxasında Türkiyənin Avropada enerji nəhəngi olmasına gətirib çıxara biləcək layihələrdən keçirdiyi narahatlıq dayanır”. Dünən belə bir sensasion iddia ilə Türkiyə mediası Almaniya Xarici İşlər Nazirliyinin 2016-cı ilin noyabr tarixli sənədinə istinadən çıxış edib (axar.az).

Sənəd “Avropaya gələn enerji üzərində nəzarət və onun gətirəcəyi siyasi və iqtisadi güc” adlanır. Bildirilir ki, Türkiyənin regional güc olmaqdan daha irəli getməsi, 3-cü Hava limanının Almaniya iqtisadiyyatına mənfi təsiri, Çinin trilyon dollarlıq layihələrinin Türkiyəni Avropanın lider ölkələrindən birinə çevirəcəyi Berlində həyəcan siqnalını işə salıb.

XİN-in hazırladığı sənədə görə, Türkiyə, Ukrayna və Polşanı sıradan çıxararaq Rusiyadan Almaniyaya uzanan “Cənub axını 2" layihəsini həyata keçirəcəyi halda Berlin bütün Avropanın təbii qaz mərkəzinə çevriləcək. ”Almaniyanın nəhəng layihəsinin qarşısında ən böyük əngəl kimi başda “Türk axını” təbii qaz boru kəməri olmaqla, Azərbaycan, Türkmənistan, İran, İsrail, Qətər və İraq kimi ölkələrlə həyata keçirdiyi layihələrlə Türkiyə dayanır. Marşrut olaraq da ən ucuz yolların Anadoludan keçməsi Türkiyəni daha əlverişli vəziyyətə gətirir".

XİN sənədinə münasibət bildirən türk professor Gürkan Kumbaroğlu 2016-cı ildə sənədin hazırlanmasından sonra Almaniyanın təşvişə düşdüyünü, iqtisadiyyat və enerji nazirinin sənəddən dərhal sonra xarici işlər naziri təyin olduğunu bildirib. Kumbaroğlu Almaniyanın artıq “Ya Türkiyə, ya da biz” şüarı ilə çıxış etməyə başladığını qeyd edib.

Bir daha xatırladaq ki, Türkiyə “Türk axını”, “Trans-Anadolu” (TANAP), “Gürcüstan-Yunanıstan”, “Qərb”, “Mavi axın”, “Bakı-Tiflis-Ərzurum” (qaz) və s. enerji layihələrinin əsas iştirakçısıdır. Bura gələn ay işə düşəcək BTQ-ni də əlavə eləsək, qardaş ölkənin - Azərbaycanın 1 nömrəli müttəfiqinin artan roluna qarşı qıcığı anlamaq olar./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək"

    "Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ...

    12-02-2017, 12:40

  • 
  • "Mən prezident kimi ilin sonunadək bunun açılışını etmək niyyətində idim..."

    "Mən prezident kimi ilin sonunadək bunun ...

    7-07-2013, 21:56

  • 
  • Ermənistanın Bakı-Tiflis-Qars xəttindən istifadəsinin şərtləri açıqlandı

    Ermənistanın Bakı-Tiflis-Qars xəttindən ...

    4-07-2013, 02:08

  • 
  • Bakı-Tiflis-Qars yolunu əngəlləmək istəyən “çox nüfuzlu adamlar”?

    Bakı-Tiflis-Qars yolunu əngəlləmək istəyən “çox ...

    4-07-2017, 11:29

  • 
  • Naxçıvan-Qars dəmir yolu ilə bağlı protokol imzalandı

    Naxçıvan-Qars dəmir yolu ilə bağlı protokol ...

    13-10-2014, 16:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu