"Birinci növbədə azadlığa çıxdığım üçün Azərbaycan ictimaiyyətinə minnətdaram, o cümlədən beynəlxalq təşkilatlara təşşəkkürümü bildirirəm. Bütövlikdə isə öz ailəmə minnətdaram ki, onlar özlərini kifayət qədər güclü apardılar. Bu da mənim üçün çox vacib idi".
Bu fikirləri jurnalsitlərə həbsdən buraxılmış "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib. O, kamerada onunla olmuş dustaqlara da minnətdarlıq edib. Bildirib ki, həbsxanada ona çox hörmətlə yanaşıblar. Həmçinin Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdiyin diqqətə çatdırıb. M.Əliyev deyib : "Ümidvaram ki, bu iş öz məntiqi nəticəsinə gəlib çıxacaq. "Turan" informasiya agentliyinə qarşı qaldırılan bu ittihamların heç biri öz təsdiqini tapmayacaq. Biz araşdıramada fəal iştirak edirik, istintaqdan yayınmırıq. Əməkdaşlarımız ifadə verib. Bütün lazimi sənədləri təqdim etmişik. Hesab edirəm ki, həqiqi vəziyyətin nədən ibarət olduğu bilinəcək". Mehman Əliyev həmçinin "Turan" informasiya agentliyinin sonrakı fəaliyyətinə də aydınlıq gətirib: "Agentliyin hazırkı fəaliyyəti ağırdır. Çünki bütün hesablarımız bağlanıb. İş aparmağa heç bir vəsaitimiz yoxdur. Onsuz da fəaliyyətimiz ağır idi, indi də demək olar, çox çətindir". Qeyd edək ki, bu gün Yasamal Rayon Məhkəməsi "Turan" agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirini dəyişib. Onun həbsi ev dustaqlığı ilə əvəzlənib./azxeber.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?