Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib. Bu barədə məlumatı ailəyə yaxın mənbə bildirib.
gundemxeber.az-ın APA-ya istinadən məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib. Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?