”Bank Respublika” ASC Dövlət Gömrük Komitəsi və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyini məhkəməyə verib.
gundemxeber.az-ın "Report”a istinadən məlumatına görə, bank pul tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib.
Məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə qərardad çıxarıb. Qərardadan narazı qalan ”Bank Respublika” ASC apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən saxlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?