Türkiyədə İhsan Şenocak adlı ilahiyyatçının açıqlaması geniş müzakirəyə səbəb olub.
Türkiyə mediasına istinadən verdiyimiz xəbərə görə, İ.Şenocak xütbəsində qızlarına qaş almasına və dar şalvar geyinməsinə icazə verən ataları sərt tənqid edib. O, bu cür qızların və onların atalarının cəhənnəmə gedəcəklərini bildirib:
"18 yaşındakı qızın qaşını alıb universitetə gedərkən, onun o geyimi sənin ürəyini parçalamırsa, vallah qiyamət günü cəhənnəm səni parçalayacaq. Allahın əmanətini nə hala gətirdin? Sevindin ki, universitetə girib: "ODTÜ, Boğaziçi universitetinə gedəndə fərəhləndin. Həkim olacaq, mühəndis olacaq, 5 milyar maaş alacaq, maşına minəcək, ərinə məcbur olmayacaq... Yaxşı onlara sevindin, dar cins şalvar geyinən zaman oğlanların gözü qızının dalında qalır. Bunu görürsən? Qızını cəhənnəmə atdın, cəhənnəmə” deyə fikirlərini davam etdirim.
İlahiyyatçının bu sözləri sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb.
Sorğu
Yeni dizaynımız necədir?